Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1388/2020 27.07.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Sumqayıt şəhər İcra İdarəsinin böyük icra məmuru X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü il tarixdə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Sumqayıt şəhəriüzrəİcra İdarəsininicra məmuru tərəfindən tərtib edilmiş protokol Sumqayıt ŞəhərMəhkəməsinə daxil olmuşdur. Sumqayıt şəhəriüzrəİcra İdarəsinin icra məmurutərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixliMN ******* saylı protokolda göstərilmişdir ki,Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)- 402 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs ümumilikdə 2572 manat məbləğində borc pul tutularaq “xxxxx” X5 ödənilməlidir. Lakin borclu Şəxs tərəfindən icra edilməmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər İcra İdarəsinin böyük icra məmuru X3 tərtib etdiyi inzibati protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs ümumilikdə 3370 manat məbləğində borc pul tutularaq “xxxxx” X5 ödənilməlidir. Şəxs borcundan 800 manat ödəniş etsə də, borcunun qalan hissəsini ödəməmişdir. Sözügedən icra sənədinin icrası ilə bağlı borcluya dəfələrlə xəbərdarlıq edilərək ondan icra sənədində göstərilən tələbin icrasının təmin edilməsi tələb olunmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunu ödəməsi barədə kifayət qədər möhlət verilsə də, borc ödənilməmişdir. Əlavə olaraq qeyd etdi ki, Şəxs barəsində əvvəllər də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bütün bunlara baxmayaraq o, borcunu ödəməmiş, nəticədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-402 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi icrasız qalmışdır. Odur ki, Şəxs barəsindəAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cimaddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs bildirdi ki, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-2(85)-402 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, ondan ümumilikdə 3370 manat məbləğində borc pul tutularaq “xxxxx” X5 ödənilməlidir. O, sözügedən icra sənədindən boyun qaçırmır və “xxxxx” ASC-yə olan borcunu qərəzli olaraq ödəməkdən imtina etmir. Belə ki, o, qeyri-rəsmi sürücü işləyir və aylıq gəliri dəyişkəndir. Hazırda ölkədə baş verən “COVİD-19” pandemiyası ilə əlaqədar bir çox iş yerləri fəaliyyətini dayandırmışdır. Elə bu səbəbdən də onun qazancı kəskin olaraq azalmışdır. Lakin bütün bunlara baxmayaraq, o, bu günə qədər iddiaçı təşkilata olan borcundan 800 manatdan çox ödəniş etmişdir. Qalan borcunu isə ayda 200 manat olmaqla ödəməyi təklif etsə də, “xxxxx” X4 rəhbərliyi bununla razılaşmamışdır. Əlavə olaraq qeyd etdi ki, aliment öhdəliyi də var və hər ay 160 manat sabit pul məbləğində aliment ödəyir. O, məhkəmə prosesində borcundan 300 manat ödəyərək, qalan məbləği ayda 200 manat olmaqla ödəyəcəyini bildirdi. Yuxarıda qeyd olunanları nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Şəxs “xxxxx” X2 borcundan 300 (üç yüz) manat məbləğində ödəniş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarını dinləyib hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsŞəxs əməlində Azərbaycan RespublikasıİXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Belə ki, Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Lakin, məhkəmə baxışında sübutların tədqiqi zamanı Şəxs icra sənədini üzrsüz səbəbdən, o cümlədən qərəzli olaraq icra etməməsi müəyyən edilmədi. Belə ki, borclu Şəxs icra sənədi üzrə borcu ödəməkdən yayınmaq niyyətində olmamışdır. O, borcundan müəyyən məbləğdə ödəniş etmişdir. Həmçinin, Şəxs məhkəmə iclasında verdiyi izahatından da görünür ki, onun icra sənədi üzrə borc məbləğini qismən ödəməməsi ölkədə baş verən hadisələrlə (“COVİD-19” pandemiyası) əlaqədar son dərəcə aşağı olan maddi vəziyyəti ilə bağlı olmuşdur. Buna baxmayaraq, borcundan daha 300 manat ödəniş etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmələr belə işlərə baxarkən Konstitusiyadan irəli gələn tarazlıq prinsipini rəhbər tutaraq, bir tərəfdən məhkəmə aktının icrasının vacibliyinə, digər tərəfdən isə şəxsin lüzumsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsinə xüsusi diqqət yetirməlidirlər. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində olaninzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 76, 84 və 128-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində olaninzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Sumqayıt ŞəhərMəhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №3(060)-1388/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1388/2020
27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver