Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1388/2021 04.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Azərbaycan Respublikası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X3 Dövlət Xidmətinin tərtib etdiyi Şəxs MMC barəsində 05.03.2021-ci il tarixli, MN № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X3 Dövlət Xidməti tərəfindən Şəxs MMC barəsində 05.03.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prosspekti 88A ünvanında yerləşən Şəxs MMC-yə məxsus mağaza tərəfindən 05.03.2021-ci il tarixdə saat 15:00 radələrində “Beko” markalı soyuducu uyğunluq sertifikatı olmadan satılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X3 Dövlət Xidmətinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan -Şəxs MMC-nin nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Şəxs MMC 12.06.2002-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində ********** saylı VÖEN-lə qeydiyyata alınmışdır. İş materiallarında olan X1 müraciətindən görünür ki, “Soliton” mağazasından aldığı soyuducu qüsurlu olmuş, bu barədə dəfələrlə mağazaya və servis mərkəzinə etdiyi müraciət nəticəsiz qalmışdır, hüquqlarının qorunmasına köməklik göstərilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X3 Dövlət Xidmətinin Soliton mağazasının rəhbərliyinə 21.01.2021-ci il tarixli sorğusundan görünür ki, vətəndaş Xatirə Səfərovanın müraciətinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X3 Dövlət Xidmətində aidiyyəti üzrə baxılır. X2 2018-ci ildə “Soliton” mağazasından aldığı soyuducunun qüsurlu olduğunu, bu barədə dəfələrlə mağazaya və servis mərkəzinə etdiyi müraciətin nəticəsiz qaldığını bildirərək, istehlakçı hüquqlarının qorunmasına köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə əsasən müraciətdə göstərilən məsələnin zərurət yarandığı təqdirdə vətəndaşın iştirakı ilə araşdırılaraq, qanunamüvafiq tədbirlərin görülməsini və malın müayinə edilməsinə dair sənədin surəti barədə məlumatın, malın mənşə və uyğunluq sertifikatlarının surətinin yeddi iş günüdən gec olmayaraq İqtisadyyat Nazirliyi yanında Antiinhisar və X3 Dövlət Xidmətinə təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X3 Dövlət Xidmətinin Soliton mağazasının rəhbərliyinə 10.02.2021-ci il tarixli sorğusundan görünür ki, vətəndaş Xatirə Səfərovanın müraciətində göstərilən məsələlərin araşdırılaraq qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumatın, malın müayinə edilməsinə dair sənədlərin, həmçinin malın mənşəə və uyğunluq sertifkatlarını yeddi iş günündən gec olmayaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar vı X4 Dövlət Xidmətinə təqdim olunması məqsədi ilə 21.01.2021-ci il tarixli AİBNDX-08/01-5/248 nömrəli məktub göndərilsə də, tərəfinizdən bu günə qədər heç bir məlumat verilməmişdir. Bununla əlaqədr bildirilmişdir ki, Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinə əsasən məcburi sertifikatlaşdırlımalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatdək məbləğdə cərimə edilir. Qeyd olunanlarla əlaqədar müraciətdə göstərilən məsələlərin araşdırılaraq qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumatın, malın müayinə edilməsinə dair sənədin, həmçinin müraciətdə qeyd olunan soyuducunun mənşə və uyğunluq sertifikatlarının surətini beş iş günündən gec olmayaraq Dövlət Xidmətinə təqdim edilməsi tələb olunmuşdur. Əlvə olaraq bildirilmişdir ki, tələb olunan sənədlər qeyd olunan müddətdə Dövlət Xidmətinə təqdim edilmədiyi təqdirdə sertifikatı olmayan malın satılması kimi qiymətləndirilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə görə məcburi sertifikatlaşdırlımalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatdək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: ünvan 2 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 4000 (dörd min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1388/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1388/2021
04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver