Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1388/2022 09.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarət Baş İdarəsinin inzibati xəta haqqında 23 may 2022-ci il tarixli, MN № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarət Baş İdarəsi (bundan sonra mətndə Miqrasiya Nəzarət Baş İdarəsi) tərəfindən Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən 23 may 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, (VÖEN **********) Şəxs MMC tərəfindən Rusiya Federasiyası vətəndaşı X1 iş icazələri olmadan əmək fəaliyyətinə cəlb edilmişdir. Şəxs MMC-nin barəsində tərtib olunmuş 23 may 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, X2 10-15 ildir Şəxs MMC-də əridici vəzifəsində işləyir. Hər il özü gedib icazə alırdı. Lakin axırıncı dəfə icazə alıbalmaması barədə məlumatı olmamışdır və protokol tərtib olunanda da, bu barədə onlara Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarət Baş İdarəsi tərəfindən xəbərdarlıq edilməmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarət Baş İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 578.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də, Şəxs MMC İXMnin 578.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC ********** VÖEN əsasında 2 saylı Ərazi Vergilər Baş idarəsində Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi uçotu orqanı kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokoldan, X1 xx.xx.2022-ci il tarixli izahatından və xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Rusiya Federasiyası vətəndaşı X1 əvvəllər Azərbaycanda daimi yaşamaq icazəsi olmuş, axırıncı dəfə 2020-ci ilin dekabr ayında daimi yaşamaq müddətinin uzadılması haqqında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ona xx.xx.2022-ci il tarixədək müvəqqəti yaşamaq icazəsi verilmişdir. xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də əmək müqaviləsi əsasında metal əridən usta vəzifəsində işləyirmiş, lakin hal-hazırda əmək müqaviləsi əsasında Şəxs MMC-də işləyir. İş yeri Sumqayıt şəhərində yerləşir. Hər ay ona 300 (üç yüz) manat əmək haqqı ödənilir. Rusiya Federasiyası vətəndaşı X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən, yəni şəxsi iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğundan o həmin maddə ilə təqsirli bilinərək ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X2 ilə Şəxs MMC arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.67-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 578-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti baxır. Azərbaycan Respublikası Miqrsiya Məcəlləsinin 51.1-ci maddəsinə sasaən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. Belə ki, iş üzrə inzibati tənbeh vermə haqqında protokollardan, izahatdan və inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, Rusiya Federasiyası vətəndaşı X2 Şəxs MMC tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxsləri iş icazəsi alınmadan işə cəlb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsinə görə işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 15.000 (on beş min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1388/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1388/2022
09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver