Məhkəmə qərarları › İş №3(060)-1388/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1388/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1388/2023 06.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi Qərardan şikayət vermiş şəxs - İsmayılov Emil Sarı oğlunun iştirakı ilə, İsmayılov Emil Sarı oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Qubadlı rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından İsmayılov Emil Sarı oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: İsmayılov Emil Sarı oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinə əsasən Qubadlı rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, RAVON R4 LTZ minik markalı, ** EN *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə saat 16:15 radələrində idarə edərkən Bulvar ərazisində Qubadlı rayonu Polis X1 tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd edilir ki, 335.1-ci nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi hallarına yol verilmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta (xətalar) törədilmişdir. O, bu qərara etirazını bildirmişdir. Qərarda göstərilən qanun pozuntularının heç birisi onun tərəfindən pozulmamışdır. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq şikayət ərizəsi məhkəməyə müraciət edir. O, həmin qərardan narazıdır, onu qanunsuz, əsassız, ən başlıcası ədalətsiz hesab edir. Hesab edir ki, Qubadlı rayonu Polis X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsinə istinadən tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən bu iş üzrə Qubadlı rayonu Polis X1 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsinə istinadən tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi İsmayılov Emil Sarı oğlu izahatında bildirdi ki, o, yolun hərəkət hissəsi olmayan hissəsində həyat yoldaşına avtomobil idarə etməyi öyrədirmiş, avtomobili saxlayan zaman polis əməkdaşı onlara yaxınlaşmış, xanımın sürücülük vəsiqəsinin olub-olmamasını soruşduqda o, olmadığını bildirmiş, polis əməkdaşı ona avtomobilin cərimə meydançasına getməli olduğunu bildirərək qərar tərtib etmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Qubadlı rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İsmayılov Emil Sarı oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 60 (altmış) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə-fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin İ hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Həmin Qanunun 33 maddəsinin İV hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. İş materiallarından görünür ki, İsmayılov Emil Sarı oğlu qanunun tələbini pozaraq idarə etdiyi avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə vermiş və bunu izahatında da qeyd etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Qubadlı rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və İsmayılov Emil Sarı oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, İsmayılov Emil Sarı oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Qubadlı rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İsmayılov Emil Sarı oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qubadlı rayon Polis Şöbəsi tərəfindən İsmayılov Emil Sarı oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar