Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1388/2024 25.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EQ 12973473 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EQ 12973473 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EQ 12973473 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EQ 12973473 nömrəli inzibati tənbeh vermə haqqında qərar X1 barəsində tərtib olunmuş, lakin həmin qərardan şikayət isə X3 tərəfindən verilmişdir. Qanunvericilikdə barəsində qərar qəbul edilmiş şəxs tərəfindən şikayət verilməsi nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Materialdan görünür ki, mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixlidir, şikayət isə 20 (iyirmi) gündən artıq müddət keçdikdən sonra verilmişdir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət verən şəxs tərəfindən belə bir vəsatət verilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EQ 12973473 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1388/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1388/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver