Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1389/2025 10.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materialı nəzərdən keçirərək məhkəmə müəyyən etdi: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində ünvan 2qayıt ŞPİ DYPŞ tərəfindən İXM-nin 347-ci maddəsi ilə 27 may 2025-ci il tarixli İXP ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuş, protokol və ona əlavə edilmiş materiallar baxılması üçün ünvan 2qayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bu səbəbdən hüquqi şəxs barəsində qeyd edilən protokol tərtib edilmişdir. İş materialında olan sənəddən müəyyən edilir ki, ünvan 2qayıt ŞPİ-nin DYPŞ tərəfindən verilmiş 29 may 2025-ci il tarixli arayışda Şəxs MMC-nin istifadəsində olan Hyundai markalı, ** AA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 barəsində yol vərəqəsinə dair məlumatların xx.xx.2025-ci il tarixdə ünvan 2qayıt ŞPİ-nin DYPŞ-nə təqdim edildiyi, lakin texniki səhf olaraq BDYPİ-nin X1 daxil edilmədiyi, hazırda texniki səhfin aradan qaldırılaraq yol vərəqinə dair MİS-də müvafiq qeydlərin aparıldığı, qeyd olunan cərimənin sürücü tərəfindən ödənilməsinin təmin edildiyi qeyd edilmişdir. İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati işin materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Belə ki, Şəxs MMC tərəfindən istifadəsində olan “HYUNDAİ PALİSADE MİNİK” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Saleh Qarqarov barəsində yol vərəqəsinə dair məlumatları xx.xx.2025-ci il tarixdə ünvan 2qayıt ŞPİ DYPŞnə təqdim edilib, lakin texniki səhv olaraq BDYPİ-nin X1 (MİS) daxil edilməmişdir. Hazırda qeyd olunan texniki səhv aradan qaldırılaraq yol vərəqinə dair MİS-də müvafiq qeydlər aparılmış, qeyd olunan cərimənin sürücü tərəfindən ödənilməsi təmin edilmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində ünvan 2qayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa ünvan 2qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1389/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1389/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver