Məhkəmə qərarları › İş №3(060)-139/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-139/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-139/2021 02.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, 00700-0209/20 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən "Şəxs" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 00700-0209/20 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. "Şəxs" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, ümumi dəyəri 45000 ABŞ dolları olan "Xırdabuynuzlu Heyvan-qoyun gönündən aşılanmış dəri" yükü İmişli rayonu, Qaralar kəndi ünvanında qeydiyyatda olan "Şəxs" MMC tərəfindən xx.xx.2020-ci il tarixli **********5367 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək konsiqnasiya yolu ilə Türkiyə Respublikasına ixrac olunmuş və ixracdan əldə olunmuş 45000 ABŞ dolları xarici valyuta vəsaitindən 44600,00 ABŞ dolları bank köçürülməsi yollu ilə ixracatçının müvəkkil edilmiş bankdakı hesabına köçürülmüş, lakin 400 (dörd yüz) ABŞ dolları məbləğində xarucu valyuta vəsaitləri geri qaytarılmamışdır. xx.xx.2020-ci il tarixli Mərkəzi Bankın valyuta məzənnəsinə əsasən xx.xx.2020-ci il tarixində 1 ABŞ dollarının Azərbaycan manatına nisbətinin 1,7 manat olduğu və hesablama aparılaraq xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xaricdən qaytarılmayan 400 ABŞ dollarının müvəkkil bankın hesabına məcburi qaydada köçürülməli olan məbləğin 680 (altı yüz səksən) manat təşkil etdiyi müəyyən olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsinin və barəsində iş üzrə icraat aparılan şəxs "Şəxs" MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "Şəxs" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də "Şəxs" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixə aid olan gömrük bəyənnaməsindən görünür ki, "Şəxs" MMC tərəfindən emal edilməmiş yun örtüyü olmayan qoyun dərisipikellənmiş Azərbaycan Respublikasından ixrac olunmuşdur. İş materiallarında olan Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi informasiya resursuna baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Sumqayıt Baş Gömrük İdarəsində xx.xx.2020-ci il tarixli **********5367 sorğu nömrəli gömrük bəyannaməsi ilə İxrac gömrük prosudurunda rəsmiləşdirilmiş "Emal edilməmiş yun örtüyü olamayan qoyun dərisi-pikellənmiş" yükü Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı körpü" gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmış, lakin həmin yükün müqabilində şirkətin müvəkkil bankdakı hesabına məcburi köçürülməli olan 45000 ABŞ dolları məbləğindən 44600 ABŞ dolları köçürülmüş lakin 400 ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. İş materiallarında olan Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat bölməsinin rəisi Rəşad Cabbarov tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, "Şəxs" MMC-nin **********5367 sorğu nömrəli gömrük bəyannaməsi ilə ixrac etdiyi malların müqabilində geri qaytarılmayan 400 ABŞ dollarının 680 manat təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 15.1-ci maddəsinə əsasən şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "Şəxs" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: İmişli rayonu, Qaralar kəndi ünvanında qeydiyyatda olan "Şəxs" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 120 (bir yüz iyirmi) ABŞ dolları (400x30%) məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar