Məhkəmə qərarları › İş №3(060)-139/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-139/2022

09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-139/2022 09.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Kürdəmir rayonu, Şilyan kəndində doğulmuş, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Z.Hacıyev küçəsində təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı sərxoş halda olduğu aşkarlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X1 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, etibarnamə ilə ona məxsus olan Opel markalı, 50CV821 qeydiyyat nişanı olan avtomobili xx.xx.2021-ci il tarixdə Z.Hacıyev küçəsində idarə edərkən yol polisi tərəfindən saxlanılmışdır. Yoxlama zamanı ondan şübhələndikləri üçün onu həkim müayinəsinə aparmışlar. Həkim tərəfindən müayinə olunduqdan sonra onda yüksək dərəcəli sərxoşluq vəziyyəti aşkarlanmışdır. Saat 4 radələrində 150 qram araq içmişdir. Bundan sonra o yenidən həkim müyainəsindən keçmiş və onda heç bir sərxoşluq halı müəyyən olunmamışdır. Yoxlama zamanı o ayıq olmuşdur. 1 gün əvvəl araq içmişdir. O müharibə veteranıdır və şəkər xəstəsidir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barəsində heç bir məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından olan xx.xx.2021-ci ıl tarixli, 10943 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından müəyyən olunur ki, Şəxs müayinə vaxtı 0.323% promil alkoqol sərxoşluğu vəziyyəti aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 2/35708 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından müəyyən olunur ki, Şəxs müayinə vaxtı saat 10:35də ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ DYPŞ tərəfindən alınmış Şəxs izahatından müəyyən olunur ki, hadisə 08:15 radələrində baş vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-139/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə sərxoşluğun təyini ekspertizası təyin edilmiş, Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsinin 4727 saylı xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarı orta hesabla 1 saata 0,1-0,2 promil təmizlənir, vətəndaş Şəxs xx.xx.2021-ci il tarixdə saat 08:15-da sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə Sumqayıt Şəhər Narkoloji Mərkəzində aparılmış müayinəsi zamanı alkoqolun konsentrasiyasının 0,323 promil olması ilə həmin tarixdə saat 10:35 radələrində Respublika Narkoloji Mərkəzində müayinə zamanı alkoqol konsentrasiyasının 0,00 promil olması mümkün hesab olunur. Şəxs müayinə olunduğu xx.xx.2021-ci il tarixdən saat 08:15-dən təkrar müayinə edildiyi xx.xx.2021-ci il tarixə saat 10:35-dək olan müddət ərzində sərxoşluğun aradan qalxması mümkündür. Məhkəmə hesab edir ki, 10943 №li, 05 dekabr 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı mötəbər sübut kimi qəbul edilməlidir. Respublika Narkoloji Mərkəzinin 05 dekabr 2021-ci il tarixli 2/35708 saylı aktda qeyd edildiyi kimi Şəxs sərxoşluq vəziyyətinin olmaması öz təsdiqini tapsa da, aradan keçən müddət ərzində sərxoşluq halı aradan qalxmışdır. Bu Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsinin 4727 saylı xx.xx.2022-ci il tarixli rəyi ilə təsdiq edilir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən hal Qarabağ müharibəsi veteranı olmasıdır, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar