Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-139/2025 23.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Yadigar qızının sədrliyi, X2 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Əsədov Elşən Mehbala oğlunun iştirakı ilə, Əsədov Elşən Mehbala oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından Əsədov Elşən Mehbala oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Əsədov Elşən Mehbala oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, İXP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, Sumqayıt Şəhər DYPŞ Yol patrul xidməti inspektoru Polis X1 xx.xx.2024-cü il tarixdə İXP6773485 nömrəli Protokola və inzibati xəta haqqında qərarına əsasən onun İXM-nın 329.1 və 327.2-ci maddəsində nəzərdə tutulmuş İnzibati xəta törətməyi barədə protokol tərtib etmişdir. Cavabdehin haqqında tərtib etmiş olduğu protokolu təmamilə etibarsız hesab edir. Belə ki, hadisə yerində onun işıqfordan dönmə əməliyyatı zamanı heç bir qanun pozuntusu törətməmişdi. Qarşıdan gələn avtomobil ilə ara məsafəsi və onun sürət həddi onu dönmə əməliyyatı zamanı qəza şəraiti yaratmasına səbəb olmamışdır. Məhkəmədən video görüntülərə baxılmasını və qanuni nəticə çıxarılmasını xahiş edir. Qeyd olunanlara əsasən Sumqayıt Şəhər DYPŞ Yol patrul xidmətinin xx.xx.2024-ci il tarixli İXP6773485 nömrəli qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Əsədov Elşən Mehbala oğlu şikayət ərizəsində qeyd olunanları təsdiq edərək ədalətli qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əsədov Elşən Mehbala oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. - Sumqayıt şəhər DYPŞ tərəfindən məhkəməyə təqdim edilmiş diskdən görünür ki, “Hyundai Grandeur minik” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, Səməd Vurğun küçəsindən Sülh küçəsinə daxil olarkən düzünə hərəkətdə olan digər nəqliyyat vasitəsinə yol verməyərək sola dönmə əməliyyatı etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun: - 36-ci maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də xx.xx.2024-cü il tarixdə saat 16:26-da “Hyundai Grandeur minik” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əsədov Elşən Mehbala oğlu Sumqayıt şəhəri, Səməd Vurğun küçəsindən Sülh küçəsi istiqamətinə sola dönmə əməliyyatı edərkən digər hərəkət iştirakçısına maneə yaradaraq yol hərəkəti qaydalarını pozmuşdur, təhlükəli vəziyyət yaratmışdır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Əsədov Elşən Mehbala oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Əsədov Elşən Mehbala oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Əsədov Elşən Mehbala oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 tərəfindən Əsədov Elşən Mehbala oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-139/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-139/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver