Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1390/2022 01.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Baş Dövlət Yol Polis İdarəsinin vəzifəli şəxsinin tərtib etdiyi 21.05.2022-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X3 şikayətinə baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X6 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Baş Dövlət Yol Polis İdarəsinin vəzifəli şəxsinin tərtib etdiyi 21.05.2022-ci il tarixli EQ ******* saylı iznibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər 31 may 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayətdə inzibati xəta haqqında qərar mübahisələndirilir, lakin şikayətə əlavə olunmuş sənədlərə inzibati xəta haqqında qərar əlavə olunmamışdır. İnzibati xəta haqqında qərarın mövcudluğu halında həmin qərarla hüquqları məhdudlaşdırılan inzibati xəta törədən şəxs İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada şikayətlə məhkəməyə müraciət edə bilər. Bundan başqa şikayətə X7 adına olan 21.05.2022-ci il tarixli EQ ******* saylı protokol əlavə edilmişdir. Bu qeyri müəyyənliklə bağlı məhkəmə qeyd edir ki, X3 X2 adına olan 21.05.2022-ci il tarixli EQ ******* saylı protokolu mübahisələndirmək hüququ yoxdur. Məhkəmə qeyd edir ki, qeyd edilən nöqsanlara əsasən şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İXM-nin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Baş Dövlət Yol Polis İdarəsinin vəzifəli şəxsinin tərtib etdiyi 21.05.2022-ci il tarixli EQ ******* saylı iznibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə X4 geri qaytarılsın. Şikayət vermiş şəxs X4 izah olunsun ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1390/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1390/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver