Məhkəmə qərarları › İş №3(060)-1391/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1391/2024

10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1391/2024 10.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Prokuror-Sumqayıt şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Zhang Zhitong və onun vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4, Tərcüməçi – X7 iştirakı ilə, Zhang Zhitong barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Sumqayıt şəhər Prokurorluğu tərəfindən Zhang Zhitong barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Qərar və ona əlavə edilmiş sənədlər xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər prokurorunun köməkçisi X5 izahatında göstərdi ki, vəzifəli şəxs Zhang Zhitong texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət olunması vəzifəsi həvalə olunmuş şəxs olaraq “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydalan”nın 7.12 və 7.28 bəndlərinin tələblərini pozaraq, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin keramik məlumatların istehsalı müəssisəsində avtokar maşınının çəngəlinin üzərində hündürlüyü təxminən 4 metr olan konstruksiyanı yerləşdirərək onun üzərinə çıxıb xarab olmuş elektrik lampalarını dəyişdirilməsini avtoyükləyicini idarə etmək üçün sürücülük hüququ olmayan, bu peşə üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə təlimat keçməmiş və bilikləri yoxlanılmamış X3 həvalə etmiş, Turan Xıdırzadənin idarə etdiyi avtokar maşınının çəngəlinin üzərində olan konstruksiya tavanın sütunlarını birləşdirən dəmirin altından keçərkən X12 üstündə dayandığı kontruksiyanın dəmiri ilə tavanın sütunlarını birləşdirən dəmirin arasında sıxılıb qalaraq sağ qasıq və oturaq sümüklərinin qapalı yerdəyişən sınıqları ilə müşayiət olunan sağlamlığına az ağır zərər vurulmasına səbəb olan bədən xəsarətləri almışdır, bununla da o Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, Zhang Zhitong tərəfindən İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq onun barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Zhang Zhitong bildirdi ki, işçilər iş başlamamışdan öncə təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılırlar. Həmin gün o, fəhləyə avtoyükləyicini sürməyə icazə verməmiş, fəhlə ona əl işarəsi ilə avtokarı idarə etmək istədiyini bildirmiş, istəməzdi ki, bu cür hadisə baş versin. Özünü qismən təqsirli bilir, həm onun, həm də işçilərin təqsiri vardır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Mürvət Həsənov tərəfindən qəbul edilmiş 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, vəzifəli şəxs Zhang Zhitong (FİN: 5545329)- xx.xx.1990-cı il tarixdə Çin Xalq Respublikasıda doğulmuş, Çin Xalq Respublikası vətəndaşı, Sumqayıt şəhəri, Kimyaşılar küçəsi, ev 10-da qeydiyyatda olmaqla, orada yaşayan barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Sumqayit Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X11 tərəfindən toplanmış 24-3-2-2- 443-0179 (99-C-24) nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Çin Xalq Respublikasının vətəndaşı Luo Gengliang, X6 və "xxxx" MMC barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Zhang Zhitong xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-də mühəndis, elektrotexnika vəzifəsində çalışır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 3-16-16/2-10/2668 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, avtoyükləyicini idarə etmək üçün vəsiqəsi (sürücülük hüququ) olmayan, bu peşə üzrə təlim və təlimatlandırma keçməmiş, müəssisə üzrə təyin edilmiş kvalifikasiya komissiyasında attestasiyadan keçməmiş, konkret iş şəraitinə uyğun əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə təlimat keçməmiş X3 avtoyükləyicinin idarə edilməsi həvalə edildiyinə, avtoyükləyicinin çəngəlinin üzərinə yerləşdirilmiş konstruksiyanın üzərində insanların daşınmasına yol verildiyinə, avtokarın hərəkəti zamanı dəmir konstruksiyanın altından keçərkən yuklə "maneə" arasındakı məsafə nəzərə alınmadığına görə baş vermiş hadisə ilə əlaqədar «Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları»nın 5.9, 7.1, 7.2, 7.11, 7.12, 7.14, 7.28, 7.31 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. Avtoyükləyicini idarə etmək üçün vəsiqəsi (sürücülük hüququ) olmayan, bu peşə üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə təlimat keçməmiş və bilikləri yoxlanılmamış X3 avtoyükləyicinin idarə edilməsi həvalə edildiyinə və avtoyükləyicinin üzərində insanların daşınmasına yol verildiyinə görə “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydalarıwnın 5.9, 7.1, 7.2, 7.11 bəndlərinin tələbləri sex (şöbə) rəisi tərəfindən pozulmuşdur. Avadanlıqların, sütunların, divarların və s. hissələrin yanından və ya keçidlərdən keçərkən yüklə və "maneə" arasındakı məsafəyə nəzarət edilmədiyinə və avtoyükləyicinin ış zonasında (yükün üstündə) insanların olmasına yol verildiyinə görə «Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydalarıwnın 7.12 və 7.28 bəndlərinin tələbləri elektrik lampalarının dəyişdirilməsi işinə rəhbərlik edən şəxs (baş elektrik) tərəfindən pozulmuşdur. Avtoyükləyicinin çəngəlinin üzərinə yerləşdirilmiş konstruksiyanın üzərində işçi olan vəziyyətdə avtoyükləyicini hərəkət etdirdiyinə və avtokarın hərəkəti zamanı hündürlüyü az olan keçidə girməzdən əvvəl avtokarı dayandırmadığına və hərəkət üçün maneə (təhlükə) olduğunu dəqiqləşdirmədiyinə görə avtokarı idarə edən X2 hərəkətləri «Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydalarıwnın 7.14 və 7.31 bəndlərinin tələblərinə zidd olmuşdur. Hərəkət edən (yeri dəyişdirilən) avtoyükləyicinin çəngəlinin üzərinə yerləşdirilmiş konstruksiyanın üzərinə çıxaraq öz təhlükəsizliyini qorumadığına görə zərərçəkmiş X8 hərəkətləri “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydalarıwnın 7.11 və 7.12 bəndlərinin tələblərinə zidd olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 32 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X9 bədəni üzərində 28.03.24-cü il tarixdə Sumqayıt şəhər TTYX- Çanağın və döş qəfəsinin küt təravması.Sağ qasıq və oturaq sümüklərinin qapalı yerdəyişən sınıqları. Qarnın sol yarısının sıyrığı xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla 28.03.24-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada əmələ gələ bilərdi və dərəcəsinə görə - qarnın sol yarısının sıyrığı sağlamlığa zərərvurıııayan, çanağın və döş qəfəsinin küt travması sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL, digər xəsarətlər yəni - sağ qasıq və oturaq sümüklərinin qapalı yerdəyişən sınıqları isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Məhkəmə qeyd edir ki, Zhang Zhitong tərəfindən İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə olan sübutlarla təsdiq edilir. Ona görə də Zhang Zhitong İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Belə ki, avtoyükləyicini idarə etmək səlahiyyəti olmayan, bu peşə üzrə təlim və təlimatlandırma keçməmiş şəxsə heç bir halda hətta özünün xahişi olsa belə idarə edilməsi məsul şəxs tərəfindən icazə verilməməlidir. Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zhang Zhitongnun məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Zhang Zhitong barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: “"xxxx" MMC-də mühəndis, elektrotexnika vəzifəsində çalışan, xx.xx.1990-cı ildə Çin Xalq Respublikasıda anadan olmuş, Çin Xalq Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Zhang Zhitong Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1.500,00 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil X10 tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar