Məhkəmə qərarları › İş №3(060)-1392/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1392/2024

19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1392/2024 19.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Prokuror-Sumqayıt şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tərcüməçi – X1 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi Sumqayıt şəhər Prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Qərar və ona əlavə edilmiş sənədlər xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər prokurorunun köməkçisi Nümayəndə izahatında göstərdi ki, vəzifəli şəxs Şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət olunması vəzifəsi həvalə olunmuş şəxs olaraq “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydalan”nın 7.12 və 7.28 bəndlərinin tələblərini pozaraq, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin keramik məlumatların istehsalı müəssisəsində avtokar maşınının çəngəlinin üzərində hündürlüyü təxminən 4 metr olan konstruksiyanı yerləşdirərək onun üzərinə çıxıb xarab olmuş elektrik lampalarını dəyişdirilməsini avtoyükləyicini idarə etmək üçün sürücülük hüququ olmayan, bu peşə üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə təlimat keçməmiş və bilikləri yoxlanılmamış Şahid1 həvalə etmiş, Şahid1 idarə etdiyi avtokar maşınının çəngəlinin üzərində olan konstruksiya tavanın sütunlarını birləşdirən dəmirin altından keçərkən X4 üstündə dayandığı kontruksiyanın dəmiri ilə tavanın sütunlarını birləşdirən dəmirin arasında sıxılıb qalaraq sağ qasıq və oturaq sümüklərinin qapalı yerdəyişən sınıqları ilə müşayiət olunan sağlamlığına az ağır zərər vurulmasına səbəb olan bədən xəsarətləri almışdır, bununla da o Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, Şəxs tərəfindən İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq onun barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, xx.xx.2022-ci ildən Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 1, X6 fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin keramik məmulatlarının istehsalı müəssisəsində baş elektrik vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə o, istehsal müəssisəsindəki xarab olmuş (yanmayan) elektrik lampalarını dəyişdirilməsini elektrik Çin Xalq Respublikasının vətəndaşı Atonq adlı şəxsə tapşırmışdır. Atonqun əsl adı Zhang Zhitong olsa da hər kəs ona Atonq deyə müraciət edir.Atonq da öz növbəsində elektrik Şahid2 adlı işçi ilə birlikdə həmin işləri yerinə yetirmişdir. Sonradan bilmişdir ki, Atonq digər şöbədən avtokar götürərək idarə etmiş, Nəzər də avtokarın səbətinə qalxaraq lampaları dəyişmişdir. Elşənlə Turan sonradan Atonqun çağırışı ilə onlara köməyə gəlmişdir. Elektrik olduğu üçün işləməyən lampaların dəyişdirilməsini Atonqa tapşırmışdır. Atonq avtokar sürücüsü deyil, onun avtokarı idarəetmək üçün sürücülük vəsiqəsi, təlimatlandırılması yoxdur. Şahid1 avtokar maşınını sürərkən çəngəlinin üzərindəki konstruksiyanın tavanın sütunlarını birləşdirən dəmirlərə dəyməməsi üçün aşağı endirmişdir. Buna baxmayaraq tavanın sütunlarını birləşdirən dəmirin altından keçərkən idarə etdiyi avtokar maşınının çəngəlinin üzərində olan konstruksiyanın üstündə dayanmış Elşən Ağalarov aşağı əyilməmiş, buna görə də o, üstündə dayandığı kontrukslyanın dəmiri ilə tavanın sütunlarını birləşdirən dəmirin arasında sıxılıb qalmışdır. O, nə Şahid1 nə Elşən Ağalarova nə də ki Nəzərə hər hansı tapşırıq verməmişdir. Məhkəmə iclasında Luo Gengliang verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllər də lampaların dəyişdirilməsinə zərurət yaranmışdır. O zaman ya ətrafdan səbəti olan avtomaşın, nərdivan və ya digər şöbələrdən sürücülük hüququ olan avtokar sürücüsü dəvət edilmişdir. O, Atonqa lampaların dəyişdirilməsini bildirmişdir. Sonuncu bu işi yerinə yetirmək üçün kənardan ya səbəti olan avtomaşın və ya digər şöbədən sürücüsü ilə birlikdə avtokar dəvət etməli idi. Onların şöbəsinə təhkim edilmiş hər hansı avtokar o cümlədən, avtokarı idarə etmək hüququ olan hər hansı şəxs də yoxdur. Qeyd olunanların nəzərə alınmasını, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, xx.xx.2022-ci ildən Sumqayıt şəhəri. Kimyaçılar küçəsi, ev 1, X6 fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin keramik məmulatlarının istehsalı müəssisəsində fəhlə vəzifəsində işləyir. Əmək müqaviləsində fəhlə yazılmışdır. xx.xx.2024-cü il tarixdə saat 08:30 radələrində müəssisədə böyük elektrik vəzifəsində işləyən Çin Xalq Respublikasının vətəndaşı Atonq adlı şəxs o və Elşən Ağalarova ərazinin təmizlənməsi ilə bağlı göstəriş verilmiş, özü isə Şahid2la birlikdə müəssisədəki xarab olmuş (yanmayan) elektrik lampalarını dəyişdirilməsi işini yerinə yetirmişdir. Qeyd edir ki, Atonqun əsl adı Zhang Zhitong olsa da hər kəs ona Atonq deyə müraciət edir. Bundan sonra Atonq və Şahid2 xarab olmuş (yanmayan) elektrik lampalarını dəyişdirilməsi işini, o və Elşən ərazinin təmizlənməsi işlərini yerinə yetirmişdir. Bir müddət çalışdıqdan sonra Nəzər ona zəng edərək Atonqun işlərini bitirdikdən sonra onlara kömək etmək üçün çağırdığını bildirmiş, təxminən 35-40 dəqiqədən sonra o və Elşənlə birlikdə Nəzərlə Atonqun yanına getmişlər. Həmin vaxt Atonq avtokarı idarə etmiş, Nəzər isə avtokarın üzərində səbətin içərisində elektrik lampalarını dəyişmişdir. Həmin vaxt Atonq göstəriş verərək Nəzəri əraziyə göndərmiş, Elşənə isə avtokarın üzərinə çıxaraq xarab olmuş (yanmayan) elektrik lampalarını dəyişdirilməsini yerinə yetirmişdir. Atonq və Elşən bir neçə lampanı dəyişdikdən sonra Atonq avtokardan düşmüşdür. O avtokara əyləşərək qalan lampaların dəyişdirilməsi üçün avtokarı idarə etmiş, Elşən də səbətdə lampaları dəyişmişdir. Bir neçə dəqiqə sonra Elşən işinə bitirmiş, onu səsləyərək avtokarı endirməsini xahiş etmişdir. Avtokarı bir qədər hərəkət etdirdikdən sonra qeyd olunan hadisə baş vermişdir. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs ona işlərin yerinə yetirilməsi, xüsusən avtokarı idarə etməklə bağlı hər hansı göstəriş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyniməzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Leo Genglıang həmin gün ona işlərin yerinə yetirilməsi barədə hər hansı göstəriş verməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Mürvət Həsənov tərəfindən qəbul edilmiş 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, vəzifəli şəxs Şəxs (FİN: xxxxxxx)xx.xx.1989-cu il tarixdə Çin Xalq Respublikasıda doğulmuş, Çin Xalq Respublikası vətəndaşı, Sumqayıt şəhəri, İnşaatçılar küçəsi, ev 10-da qeydiyyatda olmaqla, orada yaşayan barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Sumqayit Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3 tərəfindən toplanmış 24-3-2-2-443-0179 (99-C-24) nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Çin Xalq Respublikasının vətəndaşı Luo Gengliang, Şahid1 və "xxxx" MMC barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Luo Gengliang xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-də elektrik vəzifəsində çalışır. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 3-16-16/2-10/2668 saylı, xx.xx.2024cü il tarixli rəyindən görünür ki, avtoyükləyicini idarə etmək üçün vəsiqəsi (sürücülük hüququ) olmayan, bu peşə üzrə təlim və təlimatlandırma keçməmiş, müəssisə üzrə təyin edilmiş kvalifikasiya komissiyasında attestasiyadan keçməmiş, konkret iş şəraitinə uyğun əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə təlimat keçməmiş Şahid1 avtoyükləyicinin idarə edilməsi həvalə edildiyinə, avtoyükləyicinin çəngəlinin üzərinə yerləşdirilmiş konstruksiyanın üzərində insanların daşınmasına yol verildiyinə, avtokarın hərəkəti zamanı dəmir konstruksiyanın altından keçərkən yuklə "maneə" arasındakı məsafə nəzərə alınmadığına görə baş vermiş hadisə ilə əlaqədar «Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları»nın 5.9, 7.1, 7.2, 7.11, 7.12, 7.14, 7.28, 7.31 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. Avtoyükləyicini idarə etmək üçün vəsiqəsi (sürücülük hüququ) olmayan, bu peşə üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə təlimat keçməmiş və bilikləri yoxlanılmamış Şahid1 avtoyükləyicinin idarə edilməsi həvalə edildiyinə və avtoyükləyicinin üzərində insanların daşınmasına yol verildiyinə görə “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydalarıwnın 5.9, 7.1, 7.2, 7.11 bəndlərinin tələbləri sex (şöbə) rəisi tərəfindən pozulmuşdur. Avadanlıqların, sütunların, divarların və s. hissələrin yanından və ya keçidlərdən keçərkən yüklə və "maneə" arasındakı məsafəyə nəzarət edilmədiyinə və avtoyükləyicinin ış zonasında (yükün üstündə) insanların olmasına yol verildiyinə görə «Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydalarının 7.12 və 7.28 bəndlərinin tələbləri elektrik lampalarının dəyişdirilməsi işinə rəhbərlik edən şəxs (baş elektrik) tərəfindən pozulmuşdur. Avtoyükləyicinin çəngəlinin üzərinə yerləşdirilmiş konstruksiyanın üzərində işçi olan vəziyyətdə avtoyükləyicini hərəkət etdirdiyinə və avtokarın hərəkəti zamanı hündürlüyü az olan keçidə girməzdən əvvəl avtokarı dayandırmadığına və hərəkət üçün maneə (təhlükə) olduğunu dəqiqləşdirmədiyinə görə avtokarı idarə edən Şahid1 hərəkətləri «Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydalarıwnın 7.14 və 7.31 bəndlərinin tələblərinə zidd olmuşdur. Hərəkət edən (yeri dəyişdirilən) avtoyükləyicinin çəngəlinin üzərinə yerləşdirilmiş konstruksiyanın üzərinə çıxaraq öz təhlükəsizliyini qorumadığına görə zərərçəkmiş X2 hərəkətləri “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydalarıwnın 7.11 və 7.12 bəndlərinin tələblərinə zidd olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 32 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Elşən Ağalarovun bədəni üzərində 28.03.24-cü il tarixdə Sumqayıt şəhər TTYX- Çanağın və döş qəfəsinin küt təravması.Sağ qasıq və oturaq sümüklərinin qapalı yerdəyişən sınıqları. Qarnın sol yarısının sıyrığı xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla 28.03.24-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada əmələ gələ bilərdi və dərəcəsinə görə - qarnın sol yarısının sıyrığı sağlamlığa zərərvurmayan, çanağın və döş qəfəsinin küt travması sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL, digər xəsarətlər yəni - sağ qasıq və oturaq sümüklərinin qapalı yerdəyişən sınıqları isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-1391/2024 saylı qərarından görünür ki, eyni inzibati xəta ilə bağlı "xxxx" MMC-də mühəndis, elektrotexnika vəzifəsində çalışan, xx.xx.1990-cı ildə Çin Xalq Respublikasıda anadan olmuş, Çin Xalq Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Zhang Zhitong Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1.500,00 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. İXM-nin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 198.3-cü maddəsinə görə Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə prokurorun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərinə inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 3-16- 16/2-10/2668 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, hadisə baş verməsinə səbəb “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydalarının 5.9, 7.1, 7.2, 7.11 bəndlərinin tələblərinin sex (şöbə) rəisi tərəfindən, «Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydalarının 7.12 və 7.28 bəndlərinin tələblərinin isə elektrik lampalarının dəyişdirilməsi işinə rəhbərlik edən şəxs (baş elektrik) tərəfindən pozulması olmuşdur. İş materiallarında olan əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-də elektrik vəzifəsində çalışır. Məhkəmə iclası zamanı izahatında da Luo Gengliang işçilərə elektrik lampalarının dəyişdirilməsi ilə bağlı göstəriş vermədiyini bildirmişdir. X9 hadisənin baş verməsinə səbəb olmuş gööstərişləri adları çəkilən şəxslərə tapşırmış, nəticədə məhkəmənin yuxarıda qeyd edilən qərarı ilə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs ekspert rəyi ilə müəyyən edilən, hadisənin baş verməsində “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nın tələblərini pozan nə sex (şöbə) rəisi, nə də elektrik lampalarının dəyişdirilməsi işinə rəhbərlik edən şəxs (baş elektrik) olmamışdır. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş həm Şahid1 həm də Şahid2 hadisə baş verən günü Şəxsın onlara hər hansı tapşırığı vermədiyini, ərazinin təmizlənməsini işlərini onlara Zhang Zhitongun (Atonqun) tapşırdığını bir daha bildirmişlər. Xarab olmuş (yanmayan) elektrik lampalarını dəyişdirilməsini isə məhz sonuncunun tapşığı ilə yerinə yetirdiklərini qeyd etmişlər. Göründüyü kimi hadisələrin baş verməsində Şəxsın heç bir təqsiri yoxdur, belə ki, o, işçilərə elektrik lampalarının dəyişdirilməsi ilə bağlı heç bir göstəriş verməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxsın əməlində İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə baxılarkən qəbul edilən qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC-də elektrik vəzifəsində çalışan, xx.xx.1989-cu il tarixdə Çin Xalq Respublikasıda doğulmuş, Çin Xalq Respublikası vətəndaşı, Sumqayıt şəhəri, İnşaatçılar küçəsi, ev 10-da qeydiyyatda olmaqla, orada yaşayan, vəzifəli şəxs Şəxs (FİN: xxxxxxx) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya prostest verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar