Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1393/2024 09.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1961-ci ildə Əli-Bayramlı rayonu, Qarasu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağsu rayonu, Kəndoba Ərazi Dairəsi, Cəfərli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* №-li, xx.xx.2024-cü il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:08 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsi, “Oba” marketin qarşısında X1 məxsus Opel markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinə çəkiclə vurmuş, bu səbəbdən də 50 (əlli) manat ziyan dəymişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyət məsələsinə baxılması üçün inzibati xəta haqqında protokol və iş üzrə toplanmış materiallar məhkəməyə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Xəzər bağları ərazisində Oba marketdə işləyir. Mağazada oturduğu zaman bir şəxsin avtomobilini gəlib mağazanın qarşısında saxladığını görmüş, o, həmin şəxs avtomobili marketin qarşısından çəkməyi xahiş etdikdə həmin şəxslə aralarında mübahisə yaranmış, ətrafdakı şəxslə onu mağazaya apararaq digər şəxsə avtomobilini çəkməyi bildirmişlər, bu zaman həmin şəxs onu söyüb təhqir etmiş, o da əsəbləşdiyi üçün mağazadan çəkic götürüb avtomobilin qabaq hissəsinə vurmuşdur. Daha sonra özünü pis hiss etdiyindən özündən getmiş, oraya təcili yardım və polis əməkdaşları gəlmişdir. Əgər zərərçəkmiş şəxs razılaşarsa avtomobili özü aparıb təmir edə bilər. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, hadisə 22 mart 2024-cü il tarixdə baş vermişdir. İşdən gəldikdən sonra taksi fəaliyyəti ilə məşğul olur, 9-cu mikroraon ərazisindən müştəri götürmüş, “bərpa” xəstəxanasına yaxın ərazidə düşürmüşdür. Bir az irəliyə gedən zaman orada “Al market”dən su almış, daha sonra mobil telefonun balansını artırmışdır. Çox müddət çəkməmişdir. Həmin vaxt bir şəxs mağazadan ona əl edərək avtomobili çəkməsini bildirmiş, o da əl işarəsi edərək tez çıxacağını bildirmişdir. Daha sonra yenə həmin şəxs gələrək avtomobili orada saxlamamasını bildirmiş, o da əsəbləşərək ona işi ilə məşğul olmasını bildirmişdir. Daha sonra həmin şəxs mağazaya girərək çəkic gətirib avtomobilə vurmuşdur. Bundan sonra avtomobili çəkib bir az irəlidə saxlamışdır. Orada olan başqa şəxsə bildirmişdir ki, həmin şəxs gəlib avtomobilə dəymiş ziyanı ödəsin. Şəxsin səhhətində problem yarandığından gəlməmiş, o da həmin yerə qayıtmamışdır. Daha sonra DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Məhkəmədən ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq protokol tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən 01 aprel 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, qərarın surəti həmin fakt üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin (əmlakı qəsdən məhv etmə və ya zədələmə) tərkibi olduğundan, inzibai xəta törətmiş Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, fərdi həyət evində yaşayan Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt ŞPİ-nin 4-cü PB-ə göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, **-NZ-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra xetçbek” markalı, qırmızı rəngli, 2005-ci il buraxılış ili, W0L0AHL********** ban nömrəli avtomaşının təmir xərcləri: qabaq kapot (təmir edilməli)-dəmirçi işi və rəngsaz işi – 50 AZN-dir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını və qanunvericiliyin tələbini nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, vurulmuş ziyanın bir misli, yəni 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-1393/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1393/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver