Məhkəmə qərarları › İş №3(060)-1394/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1394/2022

31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1394/2022 31.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən və Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 30.05.2022-ci il tarixli, MN ******* nömrəli və həmin Məcəllənin 511.1.3 və 333.3-cü maddəsi ilə 30.05.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Həmin protokollara əsasən Şəxs 30.05.2022-ci il tarixdə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hərəkətələrinə yol vermiş, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətini yetirmiş və zərərçəkmiş şəxsə maddi zərər vurmuş, saat 17:30 radələrində Sumqayıt şəhəri, Bədəlbəyli küçəsində YPX əməkdaşlarına tabesizlik edib saxlamayaraq nəqliyyat vasitəsini səkinin üstünə çıxartmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3, 333.3 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 30.05.2022-ci il tarixli, MN ******* nömrəli və həmin Məcəllənin 511.1.3 və 333.3-cü maddələri ilə 30.05.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)- 1394/2022 və 3(060)-1395/2022 nömrəli işlər bir icraatda, yəni 3(060)-1395/2022 nömrə ilə birləşdirilməlidir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll etdiyim məsələlərə görə: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1, 511.1.3 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir; işin icraatını rədd edən hallar mövcud deyil; inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmışdır; iş üzrə vəsatətlər və etiraz etmə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3, 333.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında işin baxılması Sumqayıt şəhər Məhkəməsinin binasına 31 may 2022-ci il tarixə, saat 14:30-a təyin edilsin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işin baxılmasında iştirakı təmin edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 30.05.2022-ci il tarixli, MN ******* nömrəli və həmin Məcəllənin 511.1.3 və 333.3-cü maddələri ilə 30.05.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1394/2022 və 3(060)-1395/2022 nömrəli işlər bir icraatda, yəni 3(060)-1395/2022 nömrə ilə birləşdirilsin. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar