Məhkəmə qərarları › İş №3(060)-1398/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1398/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1398/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru – X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X6 tərəfindən xx.xx.2023cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-987/2023 saylı, 01 may 2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs bilə-bilə yalan ifadə vermişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-987/2023 saylı, 01 may 2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs bilə-bilə yalan ifadə vermişdir. Onun barəsində protokol tərtib olunmasından ötrü məhkəmənin qərarı və məhkəmə iclas protokolu icra idarəsinə göndərilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 530-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, hadisə işdən evə qayıdan zaman baş vermiş, X3 onu əsəbləşdirdiyindən o da belə bir ifadə vermişdir. Üzr istəyir. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə icra məmurunu və barəsində protokol tərtib edilmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-987/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən X3 barəsində 14 aprel 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 3(060)-987/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, Şəxs aşağıdakı məzmunda ifadə vermişdir: “xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində işdən çıxıb aptekdən anama dərman almaq üçün velosiped ilə Sumqayıt şəhəri, N.Nərimanov və P.Həşimov küçələrinin kəsişməsində hərəkətdə olarkən “Kia minik” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü dönmə işığından istifadə etmədən məni sıxdığından avtomaşını idarə edən adını sonradan bildiyim Mürsəlova Səbinəyə “niyə dönmə işığından” istifadə etmədiyini bildirdim “yaxşı edirəm, sən kimsən göstəriş verirsən, maşının nömrəsinə bax kiməm mən” sözlərindən sonra məni nalayiq küçə söyüşləri ilə söyərək təhqir etdi. Onun bu hərəkətlərindən əsəbləşib səkinin üzərində əsəbi halda oturmuşdum. Əvvəllər tanımadığım adını sonradan bildiyim X2 yaxınlaşaraq məni sakitləşdirmiş və maqazindən su alıb mənə verdi. Daha sonra mən X1 mobil nömrəsini götürdüm, hadisənin şahidi olması ilə bağlı onunla razılaşıb və bu gün Raminə zəng etdim ki, məhkəməyə gəlib şahidlik etsin. Mən əvvəllər Ramini tanımamışam, xx.xx.2023-cü ilə kimi Raminlə telefon əlaqəsi saxlamamışam. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edirəm. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmış və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. İnzibati xətalar Məcəlləsinin 530-cu maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraat zamanı şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin bilə-bilə yalan izahat verməsinə və ya ekspertin bilə-bilə yalan rəy verməsinə, yaxud tərcüməçinin bilə-bilə yanlış tərcümə etməsinə və ya məhkəmə və digər orqanların qərarlarının icrası üzrə icraat zamanı bilə-bilə yanlış tərcüməsinə görə-iki yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar