Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1399/2023 21.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, qərardan şikayət vermiş şəxs X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (bundan sonra mətndə 4 saylı Regional ETSİ) tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. X3 şikayətində göstərmişdir ki, o, Sumqayıt şəhəri, Zülfi Hacıyev küçəsində yerləşən “Romance” banket zalını icarə əsasında idarə edir. Obyekt istifadəyə verildiyi gündən etibarən atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsiri nizamlamaq məqsədi ilə Hidrofilter qurğusu ilə təmin edilmişdir. Banket zalının fəaliyyəti müddətində X5 ilə bağlı hər hansı nöqsana yol verilməmiş, hətta AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Departamentinin yoxlamalarından uğurla keçmişdir. ETS Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi xx.xx.2023-cü il tarixdə, “Romance” banket zalında aparılan monitorinq zamanı banket zalının mətbəxinin tüstü bacasından atmosfer havasına zərərli maddələrin guya norma həddindən artıq miqdarda atılması qənaətinə gəlmişdir. Bundan sonra həmin idarənin müfəttişi X4 tərəfindən xx.xx.2023-cü il tarixli protokol göndərilərək İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi və işə baxılmasında iştirak etmək üçün xx.xx.2023-cü il, saat 11:00-da ETS Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət olunması barədə bildiriş verilmişdir. O, bildirişdə qeyd edilən tarixdə və saatda ETN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gələrək barəsindəki inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmək üçün çağırıldığını bildirmiş, lakin regional idarənin nümayəndəsi, artıq işə onun iştirakı olmadan baxıldığını və müvafiq qərarın qəbul edildiyini bildirərək şəffaf və qərəzsiz münasibətdən yayınmışdır. Həmin nümayəndəyə bildiriş vərəqəsini göstərib araşdırmaya gecikmədiyini sübut etməyə çalışsa da, nümayəndə iş barəsində yekun qərar çıxarıldığını demişdir. Beləliklə idarədə onun iştirakı olmadan barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar çıxarılmışdır. AR İXM-nin 61.3-cü maddəsi ilə müəyyən edilmiş iştirak etmək hüququ pozulmuşdur. Belə ki, İXM-nin 61.3-cü maddəsinə müvafiq olaraq, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Ona verilən bildiriş əsasında regional idarəyə şəxsən gəlmiş və araşdırmada iştirak etməyə çalışsa da, bu hüququ idarə tərəfindən təmin edilməmişdir. Bundan əlavə MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokolda banket zalının fəaliyəti zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normativdən artıq olduğu və tərəfindən AR İXM-nin 233.1-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Lakin həmin protokolda atmosfer havasına atılan zərərli maddələrin miqdarının yoxlanmasında hansı qurğu və ya texniki vasitələrdən istifadə olunması, bu texniki vasitənin markası, modeli barədə dəqiq məlumatlar qeyd edilməyərək protokulun tərtibində nöqsana yol verilmişdir. Belə ki, İXM maddə 100.1.8-ci maddəsinə müvafiq olaraq inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa həmin xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer barədə məlumatlar qeyd olunmalıdır. Ümumiyyətlə, monitorinq zamanı ona texniki ölçmə cihazından necə istifadə edildiyi, göstəricinin nə qədər olduğu, normativləri hansı miqdarda aşdıqları barədə məlumatlar izah olunmadan birbaşa protokol tərtib edilmişdir. Hətta protokolda atmosfer havasına atılan zərərli maddənin miqdarının yol verilən həddən nə qədər artıq olması ilə bağlı hər hansı bir məlumat da yerləşdirilməmişdir. Yuxarıda qeyd edilən protokolun tərtibindəki nöqsanlar, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının təmin edilməməsi, qərəzli və şəffaf olmayan yanaşma protokol və qərarın ləğvi üçün əsas hesab edilir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1399/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət təmin edilərək 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN № ******* saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1399/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından 4 saylı Regional ETSİ tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-331/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1399/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmış və xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 21 avqust 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmədə şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək şikayətiniə uyğun izahat verərək bildirdi ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri yoxlama aparmaq məqsədilə 30 aprel 2023-cü il tarixdə icarə əsasında işlətdiyi “Romance” banket zalına gəlmiş, lakin yoxlamanın aparılmasına dair hər hansı qərar və ya sənəd təqdim etməmişlər. Yoxlama aparıldıqdan sonra ona şadlıq evinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən həddi keçdiyini, atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan çox olduğunu bildirmişlər. Lakin qeyd edir ki, “Romance” şadlıq evinin "xxxx" MMC ilə hadisə baş verməzdən öncə yəni 24 aprel 2023-cü il tarixdə restoranda olan manqal, hava kanalı, mühərrik və filtrdə təmizlik aparılmasını təsdiq edən akt mövcud olmuşdur. “Romance” şadlıq evində məclislər gec-gec təşkil edildiyi üçün tərəflərindən təmizlik işləri vaxtında aparılır. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yoxlamaya başlanılmazdan öncə ona heç bir qərar təqdim edilməmişdir. Bu səbəbdən özünün heç bir qayda pozmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Regional ETSİ-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında şikayəti qəbul etməyərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 19:40da “Romance” şadlıq evində aparılan monitorinq zamanı şadlıq evinin mətbəxinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən norma həddindən artıq olmuş, bu səbəbdən şadlıq evini icarə müqaviləsi əsasında işlədən X3 barəsində həmin tarixdə İXM-nin 233.1-ci maddəsi ilə protokol tərtib edilmiş, 16 may 2023cü il tarixdə həmin protokol əsasında qərar qəbul edilmişdir. İdarəyə daxil olan ərizə və şikayətlə bağlı rəhbərlik tərəfindən qəbul edilmiş sərəncam əsasında həmin obyektdə plandankənar yoxlama həyata keçirilmişdir. “Romance” şadlıq evində monitorinqin həyata keçirilməsi ilə bağlı 30 aprel 2023-cü il tarixli akt tərtib edilmişdir. Yoxlamanın aparılması zamanı xx.xx.2022-ci il tarixdə yoxlamadan keçmiş Ankat 64 M3-03 tipli xüsusi texniki vasitədən istifadə edilmiş, yoxlama zamanı atmosfer havasına atılan zərərli maddənin miqdarı CO5,6 mq/m3 olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, Sumqayıt Şəhər Məhkəməsinin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərarını ləğv edən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarındakı hüquqi mövqeyini, məhkəməyə təqdim olunmuş sənədləri və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən imzalanmış 20 aprel 2023-cü il tarixli, 048 saylı sərəncamdan görünür ki, xx.xx.2023-cü il tarixdən 15 iş günü müddətində Sumqayıt şəhəri, Novxanı Corat bağları, 1-18-ci mikrorayonlar, 37-76-cı məhəllələrin ərazisindən daxil olmuş ərizə, şikayətlərin araşdırılması, nəzarət qeydləri və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ilə X3 İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2500 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “Romance” şadlıq evində aparılan monitorinq zamanı şadlıq evinin mətbəxinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən norma həddindən artıq olduğu qeyd edilmişdir. Yoxlamada Ankat 64M3-03 adlı xüsusi texniki vasitədən istifadə edilmişdir. İş materiallarına “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarına əsasən tüstü bacalarının yanar tozlardan və istehsalat tullantılarından təmizlənməsi işlərinin tamamlanması haqqında” "xxxx" MMC ilə “Romance” şadlıq evinin icarədarı Araz Quluzadə arasında şadlıq evində manqal, hava kanalı, mühərrik və filtirin təmizlənməsini təsdiq edən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akt əlavə edilmişdir. Aktda “İcraçı” tərəfin istismar müddəti yəni (21gün) ərzində baş vermiş nöqsanları aradan qaldırmağı öz öhdəsinə götürdüyü qeyd edilmişdir. İş materiallarında olan vergi üçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi bardə (taxes.gov.az) çıxarışdan görünür ki, X3 ********** VÖEN əsasında 2 saylı Ərazi Vergilər idarəsinin fiziki şəxslərin qeydiyyatı kimi qeydiyyatına alınmışdır. “X5” haqqında AR qanunun 41-ci maddəsinə əsasən Müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı X5 üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. “Atmosfer havasının mühafizəsi haqqında” AR qanunun 14.1-ci maddəsinə əsasən Təsərrüfat obyektlərinin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismarı zamanı atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərinə riayət edilməsinə dair tələblər təmin olunmalıdır. Həmin Qanunun 14.7-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi qaydalarında nəzərdə tutulmuş qaztoztutucu qurğuları və atmosfer havasına atılan zərərli maddələrə ölçü-nəzarət vasitələri olmayan təsərrüfat obyektlərinin yerləşdirilməsi və istismarı qadağandır. Həmin Qanunun 27-ci maddəsində isə Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri olan hüquqi və fiziki şəxslərin hüquq və vəzifələri qeyd olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.10-cu bəndinə əsasən həmin Məcəllənin 228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar. Məhkəmə araşdırması zamanı xx.xx.2023-cü il tarixli aktla müəyyən olunmuşdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tapşırığı əsasında Sumqayıt şəhəri, 6-cı mikrorayon, Zülfi Hacıyev küçəsində yerləşən “Romance” şadlıq evinin ətraf ərazisində monitorinq keçirilmişdir. Monitorinq zamanı “Romance” şadlıq evinin ətraf ərazisində atmosfer havasında tüstünün tərkibində zərərli maddələr “Ankat 64M3-03” cihaz vasitəsi ilə ölşülmüş, cihazın göstəricisi CO-5.6, mq/m3 (norma: 5 mq/m3) ərazidə ölçmənin nəticəsi ətraf mühit üçün yol verilən hədd artıq olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 4 saylı Regional ETSİ tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunvericiliyin tələblərinə uyğundur və X1 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li xx.xx.2023-cü inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1399/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1399/2023
21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver