Məhkəmə qərarları › İş №3(060)-1399/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1399/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1399/2024 25.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Ramil Hüseynovun, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1969-cu ildə Qubadlı ray., Məmər kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:30 radələrində Sumqayıt şəhəri, Karvan Ticarət Mərkəzində Zərərçəkmiş şəxs döyməsi ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə MN ******* №li, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş 4-cü PB-nin sahə rəisi polis mayoru Ramil Hüseynov tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşılıqlı xəsarətlər yetirildildiyi üçün hər iki şəxs barəsində İXM-nin eyni maddəsi ilə ayrı-ayrı protokollar tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək göstərdi ki, Karvan Ticarət Mərkəzində dükan icarəyə götürərək ticarətlə məşğul olmuşdur. Zərərçəkmiş şəxs özü də həmin ticarət Mərkəzində icarəçidir belə ki, qonşu dükanları işlədirlər. Qeyd edir ki, xx.xx.2024-cü il tarixdə, saat 14:30 radələrində işlədiyi Sumqayıt şəhəri, Karvan Ticarət Mərkəzində sanitar qovşağa gedərkən istəmədən çiyni digər mağazada işləyərən Zərərçəkmiş şəxs dəymişdir. O, hərəkətinə davam edərkən Tahirə onun ünvanına nalayiq ifadələr işlətdiyini görə geri qayıtmış, aralarında mübahisə baş vermişdir. Tahir Məmmədzadə ona əl-qol atdığından o, da əsəblərini cilovlaya bilməmiş, sonuncuya cavab qaytarmış və əlbəyaxa olmuşlar. Ətrafda olan şəxslər onları aralaşdırdıqdan sonra işlədiyi mağazaya keçmiş, güzgüyə baxıb üzündə qan ləkələri gördüyü üçün geri qayıtmış, Tahirənin üzərinə getmişdir. Tahirənin onun üzünə əlləri ilə vurub xəsarət yetirdiyi üçün o, da sonuncunun saçından hər iki əli tutaraq özünə tərəf çəkmiş, onu vurmuşdur. Hadisə zamanı Tahirənin hicabının çıxdığını xatırlamır. Əməlindən peşmandır, təqsirini etiraf edir. Qeyd edir ki, o da tibbi erkspetizadan keçmiş dərəcəsi təyin edilməyən xəsarət aldığı üçün Tahirə barəsində eyni maddə ilə polis əməkdaşı tərəfindən protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Qeyd olunanlara əsasən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 14:30 radələrində Sumqayıt şəhəri, Karvan Ticarət Mərkəzində işlədiyi mağazanın qarşısında dayandığı vaxt qonşu mağazada işləyən Şəxs oradan keçən zaman çiyni ilə onu vurmuşdur. Bundan sonra o, Bəsdiyə nə səbəbə ona çiyni ilə toxunduğunu soruşduqda sonuncu əsəbi şəkildə geri qaytaraq onun üzərində hücum çəkmiş, onu vurmuşdur. Ətrafda olan digər iş yoldaşlarının köməkliyi ilə Bəsdini aralaşdırmaq mümkün olmuşdur. Şəxs şikayətçidir. Bəsdi kənar şəxslərin gözünün qarşısında onun hicabını başından çıxartmışdır. Əgər Bəsdi həmin şəxslərin qarşısında ondan üzr istəsə sonuncunu bağışlayar. Qeyd olunanların nəzərə alınmasını, Şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş edir İşdə olan 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Vüsal Quliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs və Tahir Məmmədzadənin əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan MTE və PA X1 Şəxsindən daxil olmuş 615 saylı, xx.xx.2024cü il tarixli ekspert rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: alnın, sol alt çənə qövsünün qançırı, Vİ-Vİİ dişlərin ətinə qansızma. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən əllə, yumruqla əmələ gələ bilər, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığıa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş, baş vermiş hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilən zaman bir nəfər sarı köynəkli qadının Ticarət Mərkəzinin koridorunda gedərkən manikenlərin qarşısında dayanmış qara paltarlı hicablı qadına sağ çiyni ilə toxunduğu, bundan sonra hicablı qadının sarı geyimli qadına nəsə dediyi, sonuncunu geri dönərək hicablı qadınla sözlü mübahisə etdiyi daha sonra aralarına mübahisə yarandığı, nəticədə əlbayaxa dava etdikləri müəyyən edilir. Daha sonra sarı köynəkli qadın işlədiyi mağazaya daxil olur, bir neçə saniyədən sonra yenidən qayıdaraq bir-digərini tutaraq dava etrməyə etməyə başlayırlar, görüntülərdə qadınların bir-birini vurduğu müəyyən edilir. Sonradan iş yoldaşları onları aralamağa nail olurlar. Məhkəmə inzibati xətaya dair materialları barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici ifadəsi və digər iş materialları ilə tam təsdiq edilir. Bu səbəbdən Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən İXM-nin 157-ci inzibati tənbeh tətbiq edilməsi rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Vüsal Quliyev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Həmin məcəllənin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Şəxs şikayətçidir, barışmaq istəmir. Məhkəmədə Şəxs əməlindən peşman olmasını, himayəsində bir övladının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş 4-cü PB-nin polis sahə rəisi, polis mayoru Ramil Hüseynovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini, yaşını, məsuliyyətini yüngülləşdirən hallar, ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Hadisənin baş vermə görüntüsünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar