Məhkəmə qərarları › İş №3(060)-14/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-14/2022

25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-14/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X5, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Sumqayıt Regional ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, 19.06.1966-cı ildə Bakı şəhərində, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X8 tərəfindən X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Sumqayıt Regional ərazi şöbəsi tərəfindən tərtib olunmuş 09.07.2021-ci il tarixli ******* saylı qərarından verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Sumqayıt Regional ərazi şöbəsi tərəfindən tərtib olunmuş 09.07.2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 AZN məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X8 şikayət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Sumqayıt Regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş ******* saylı 22 iyul 2021-ci il tarixli qərarın ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 3(060)-2644/2021 saylı qərarı ilə X5 şikayəti təmin edilməmiş, X5 vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair X6 Xidməti Sumqayıt Regional ərazi şöbəsinin 09.07.2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 19.10.2021-ci il tarixli, 3(105)-580/2021 saylı qərarı ilə X5 şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 3(060)-2644/2021 saylı qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X8 bildirdi ki, "xxxx" MMC-də Ehtiyat hissələri üzrə anbardar vəzifəsində çalışan X4 tərəfindən 08 iyul 2016-cı il tarixində təqdim etdiyi işdən azad edilmə ilə bağlı ərizəsində 01 avqust 2016-cı il işdən azad edimə tarixi kimi qeyd edilmişdir. X4 təqdim etdiyi ərizəsi və No K-067/16 saylı 01 avqust 2016-cı il tarixli “Əmr”ə əsasən işdən azad edilmişdir. X2 02 mart 2015-01 avqust 2016-cı il iş dövrü üçün düşən 29.69 əmək məzuniyyət günlərindən işçi tərəfindən 30 əmək məzuniyyət günü istifadə edilmişdir: 11.11.2015 - 24.11.2015-ci il tarixlərində 14 əmək məzuniyyət günü, 16.12.2015 - 17.12.2015-ci il tarixlərində 2 əmək məzuniyyət günü və 08.02.2016 - 21.02.2016-cı il tarixlərində 14 əmək məzuniyyət günü. 01 avqust 2016-cı il tarixinə işçinin istfadə edilməmiş 0 əmək məzuniyyət günü qalmışdır. X1 Əmək müqaviləsinə əsasən aylıq əmək haqqısı 419.28 manat (bütün vergilər və icbari ödənişlər daxil olmaqla) təşkil edib. X2 01.08.2019-cu il tarixində düşən son haqq - hesabla bağlı bütün ödənişlər 29 iyul 2016-cı il tarixində hesablanıb (əsas 29 iyul 2016-cı il tarixli əmək haqqı bildirişi). X2 hesablanıb ödənilən son haqq hesab məbləği: istifadə edilməmiş məzuniyyət günlərinə görə 0 manat və 2016-cı ilin iyul ayında 24 iş gününə görə 419.28 manat (14% gəlir vergisi - 39.66 manat və 3% DSMF-na ödəniş - 12.58 manat daxil olmaqla). İşçiyə məxsus olan bank kartına 367.04 manat son haqq hesab məbləği oturub. X2 hesablanan son haqq-hesab məbləği 01 avqust 2016-cı il tarixində ödəniş tapşırığına əsasən Bank Respublika vasitəsilə ödənilib. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Sumqayıt Regional ərazi şöbəsi tərəfindən tərtib olunmuş 09.07.2021-ci il tarixli ******* saylı qərarını ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Sumqayıt Regional ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi X7 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Sumqayıt Regional ərazi şöbəsi tərəfindən tərtib olunmuş 09.07.2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 AZN məbləğində cərimə edilmişdir. X8 ödənişlərin həyata keçirilməsi ilə bağlı bank ödənişlərini vaxtında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Sumqayıt Regional ərazi şöbəsinə təqdim etməmişdir. X8 tərəfindən X1 işdən çıxarılması zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl edilməmiş, onunla son haqq-hesab aparılmamışdır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Sumqayıt Regional ərazi şöbəsi tərəfindən tərtib olunmuş 09.07.2021-ci il tarixli ******* saylı qərarın ləğv edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş məktubdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, X4 təqdim etdiyi ərizəsi və No K-067/16 saylı 01 avqust 2016-cı il tarixli “Əmr”ə əsasən işdən azad edilmişdir. X2 02 mart 2015-01 avqust 2016-cı il iş dövrü üçün düşən 29.69 əmək məzuniyyət günlərindən işçi tərəfindən 30 əmək məzuniyyət günü istifadə edilmişdir: 11.11.2015 - 24.11.2015-ci il tarixlərində 14 əmək məzuniyyət günü, 16.12.2015 - 17.12.2015-ci il tarixlərində 2 əmək məzuniyyət günü və 08.02.2016 - 21.02.2016-cı il tarixlərində 14 əmək məzuniyyət günü. 01 avqust 2016-cı il tarixinə işçinin istfadə edilməmiş 0 əmək məzuniyyət günü qalmışdır. X2 hesablanıb ödənilən son haqq hesab məbləği: istifadə edilməmiş məzuniyyət günlərinə görə 0 manat və 2016-cı ilin iyul ayında 24 iş gününə görə 419.28 manat (14% gəlir vergisi - 39.66 manat və 3% DSMF-na ödəniş - 12.58 manat daxil olmaqla). İşçiyə məxsus olan bank kartına 367.04 manat son haqq hesab məbləği oturub. İş materiallarında olan Bank Respublikas ASC tərəfindən "xxxx" MMC-yə təqdim edilən 020/21-027 nömrəli, 08.10.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, X1 əmək haqqı hesabına "xxxx" MMC tərəfindən 04.05.2015 tarixində 227 AZN, 01.06.2015 tarixində 227 AZN, 01.07.2015 tarixində 227 AZN, 05.08.2015 tarixində 227 AZN, 02.09.2015 tarixində 348 AZN, 02.10.2015 tarixində 348 AZN, 05.11.2015 tarixində 348 AZN, 03.12.2015 tarixində 302,40 AZN, 25.12.2015 tarixində 339,25 AZN, 04.02.2016 tarixində 367,04 AZN, 04.03.2016 tarixində 363,12 AZN, 05.04.2016 tarixində 246,04 AZN, 05.05.2016 tarixində 367,04 AZN, 03.06.2016 tarixində 367,04 AZN, 05.07.2016 tarixində 367,04 AZN, 05.08.2016 tarixində 367,04 AZN məbləğində mədaxil əməliyyatları olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tərəfindən X5 şikayəti üzrə inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Sumqayıt Regional ərazi şöbəsi tərəfindən iş üzrə bütün hallar araşdırılmamışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, X4 təqdim etdiyi ərizəsi və No K-067/16 saylı 01 avqust 2016-cı il tarixli “Əmr”ə əsasən işdən azad edilmişdir. X2 02 mart 2015-01 avqust 2016-cı il iş dövrü üçün düşən 29.69 əmək məzuniyyət günlərindən işçi tərəfindən 30 əmək məzuniyyət günü istifadə edilmişdir: 11.11.2015 - 24.11.2015-ci il tarixlərində 14 əmək məzuniyyət günü, 16.12.2015 - 17.12.2015-ci il tarixlərində 2 əmək məzuniyyət günü və 08.02.2016 - 21.02.2016-cı il tarixlərində 14 əmək məzuniyyət günü. 01 avqust 2016-cı il tarixinə işçinin istfadə edilməmiş 0 əmək məzuniyyət günü qalmışdır. X2 hesablanıb ödənilən son haqq hesab məbləği: istifadə edilməmiş məzuniyyət günlərinə görə 0 manat və 2016-cı ilin iyul ayında 24 iş gününə görə 419.28 manat (14% gəlir vergisi - 39.66 manat və 3% DSMF-na ödəniş - 12.58 manat daxil olmaqla). İşçiyə məxsus olan bank kartına 367.04 manat son haqq hesab məbləği oturub. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Buna baxmayaraq iş materiallarından müəyyən olunur ki, X4 01 avqust 2016-cı il tarixli “Əmr”ə əsasən işdən azad edilməsinə və hadisənin baş verdiyi gündən qanunvericiliklə nəzərdə tutulmuş müddətdən artıq müddət keçməsinə baxmayaraq X8 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Sumqayıt Regional ərazi şöbəsi tərəfindən tərtib olunmuş 09.07.2021-ci il tarixli ******* saylı qərar ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Sumqayıt Regional ərazi şöbəsi tərəfindən tərtib olunmuş 09.07.2021-ci il tarixli ******* saylı qərarı İnzibati Xətalar məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Sumqayıt Regional ərazi şöbəsi tərəfindən tərtib olunmuş 09.07.2021ci il tarixli ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar