Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-140/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, inzibati xəta haqqında icraatın başlanmasına dair qərar qəbul etmiş orqan Sumqayıt şəhər prokurorluğunun nümayəndəsi, Sumqayıt Şəhər prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X3, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər prokuroru İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən Şəxs barəsində 15 dekabr 2020-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir ona görə ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, Qəhrəmanov küçəsində yerləşən Şəxs məxsus olan meyvə-tərəvəz mağazasında d-20 mm-lik plasmas boru vasitəsilə müqaviləsiz olaraq sudan qeyri-qanuni istifadə edilmiş və nəticədə 4.104 manat maddi ziyan dəymişdir. Sumqayıt şəhər prokuroru İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən Şəxs barəsində tərtib olunmuş 15 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 18.12.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tərbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli və 16 yanvar 2021-ci il tarixli məlumatlarına əsasən işin baxılması 09 fevral 2021-ci il tarixə təyin olunmuşdur. 09 fevral 2021-ci il tarixdə sübutların tədim olunması ilə bağlı işin baxılması 12 fevral 2021-ci il tarixə təxirə salınsada, 12 fevral 2021-ci il tarixdə məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi gəlmədiklərindən məhkəmə iclası 15 fevral 2021-ci il tarixə təxirə salınmışdır. 15 fevral 2021-ci il tarixdə məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi gəlmədiklərindən məhkəmə iclası 18 fevral 2021-ci il tarixə təxirə salınmışdır. 18 fevral 2021-ci il tarixli məhkəmə iclasında Sumqayıt şəhər prokurorluğunun nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, Qəhrəmanov küçəsində yerləşən meyvə-tərəvəz mağazasının sahibkarı Şəxs tərəfindən Sumqayıt Sukanal İdarəsi ilə aralarında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilə bağlanmadan və müvafiq su ölçən cihaz-su saycağı quraşdırılmadan d-20 mm-lik plasmas boru vasitəsilə qanunsuz olaraq sudan istifadə edilmiş və “xxxx” ASC tərəfindən verilmiş 18.08.2020-ci il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən dəymiş ziyanın məbləği 4.104 manat təşkil edir. Mahir Həsənov şəhər prokurorluğuna verdiyi izahatında həmin mağazanın fəaliyyət göstərdiyini və sudan qeyri-qanuni istifadə etdiyini, etiraf etsə də, bir il deyil, akt yazılan gündən bir neçə gün əvvəl fəaliyyətə başladığını həmin müddətdə aktda göstərilən məbləğdə sudan istifadə etməsinin qeyri-mümkün olduğunu, bu səbəbdən də sudan qanunsuz istifadə etdiyi dövrün bir il müddətədək hesablanmasının və 4.104 manat cərimə borcunun olmasına dair yazılan aktın qanunsuz olduğunu və oradakı məbləğlə razılaşmadığını göstərmişdir. Sumqayıt şəhər prokurorluğunun nümayəndəsi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq onun barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. 18 fevral 2021-ci il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 1993-cü ildən İ Qarabağ müharibəsi ilə əlaqədar olaraq ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşmışdır. 1993-cü ildə Zəngilan rayonu ətrafında gedən döyüşlərdə iştirak etmiş və xəsarət almış, İ qrup əlildir. Böyük qardaşı Mübariz Xankişiyev İ Qarabağ müharibəsində iştirak etmiş və şəhid olmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11.04.2008-ci il tarixdə anası X1 adına «şəhid ailəsi üzvünün vəsiqəsi» verilmişdir. 2020-ci ilin əvvəllərində Sumqayıt şəhəri, 15-ci məhəllə, Qəhrəmanov küçəsində yerləşən obyekti hərrac yolu ilə almış və həmin vaxtdan oranı meyvə-tərəvəz mağazası kimi işlətmişdir. Obyekti aldığı vaxtdan onun adıma rəsmiləşdirilməsi üçün müraciət etsə də, lakin hal-hazıradək sənədləşmə işi başa çatmamışdır. Ona görə də Sumqayıt Sukanal idarəsi ilə «Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair» müqavilə bağlanmamış və müvafiq su ölçən cihaz-su saycağı quraşdırılmamışdır. Həmin obyekti aldığı vaxtdan orada diametri 20 mm olan plasmas su borusu çəkilmiş və o, da sudan müqaviləsiz olaraq istifadə etmişdir. 2020-ci il avqust ayının 18-də Sumqayıt Sukanal İdarəsinin əməkdaşları gəlib obyektə baxış keçirərək qanunsuz istifadəni aşkar etmiş və barəsində akt tərtib etmidirlər. Aktı izmalamış və aktın bir nüsxəsi ona təqdim olunmuşdur. Şəxs qeyd olunanların nəzrə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxsin, qərar qəbul etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə olan sübutlarla təsdiq edilir. Ona görə də Şəxs İnzibati Xətalar Məcəlləsinin 262.3cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən təqdim olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sumqayıt şəhər şöbəsi tərəfindən təqdim olunmuş 011612 №-li vəsiqədən görünür ki, Şəxs müddətsiz İ qrup əlildir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11.04.2008-ci il tarixdə X1 adına «şəhid ailəsi üzvünün vəsiqəsi» verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş idarəsinin 15 fevral 2021-ci il tarixli uçota dair arayışından görsənir ki, sahibkarlıq və ya digər vergi tutulan əməliyyatlarınızın 21.09.2017-ci il tarixdən 21.09.2022-ci il tarixdədək dayandırılmışdır. Hazırda Şəxs sahibkarlıq fəaliyyəti dayandırılması qeyd olunmuşdur. İş materiallarında olan “xxxx” ASC-nin Şəxs barəsində 18.08.2020-ci il tarixli qeyriqanuni istifadə nəticəsində itirilmiş su hesabatı aktından müəyyən olunur ki, qanunsuz istifadə olunan borunun diametri d-20 mm, sudan sutkada istifadə vaxtı 5 saat və hesabat verilən dövr üzrə 12 ay hesabla (1,14 m3 x 5 saat x 30 gün x 12 = 2052 m3) 1 m3 su 2 manatdan hesablanmaqla “xxxx” ASC-yə 4.014 manat ziyan dəyməsi qeyd olunmuşdur. İş materiallarında olan 18.08.2020-ci il tarixli 007056 saylı aktdan görünür ki, obyektə baxış keçirilən zaman aydın olmuşdur ki, d-20 mm-lik plastmas boru vasitəsi ilə müqaviləsiz olaraq sudan qeyri-qanuni istifadə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaların"ın 8.7 maddəsi və "Sudan istifadə Qaydaları"na 4 nömrəli əlavə ilə müəyyən edilmiş "Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsinə dair" cədvəldə nəzərdə tutulmuşdur ki, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları müəyyən edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi 1 (bir) il müddətinədək hesablanır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə olan sübutlarla təsdiq edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə görə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə- fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Bu maddənin qeyd hissəsində az miqdarda dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx xxxxxxx 1974-cü ildə Cəbrayıl rayonu, Karxulu kəndində doğulmuş, Cəbrayıl rayonu, Karxulu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 20A/29, mənzil 49 qnvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-140/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-140/2021
18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver