Məhkəmə qərarları › İş №3(060)-1402/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1402/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1402/2023 08.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati xəta haqqında 23 may 2023-cü il tarixli, EP ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Protokola görə Şəxs 84064.55 ABŞ dolları məbləğində vəsaiti 07 may 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, qalıq 45032.27 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 08 may 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 bildirdi ki, Şəxs mebel satışı və istehsalı ilə məşğuldur. Şəxs MMC tərəfindən 84064.55 ABŞ dolları məbləğində vəsait hesabına alınan bütün mallar ölkəyə idxal edilmişdir, sadəcə sənədlərdə yalnışlıq olmuş, gömrük bəyənnəmasənin nömrəsi düzgün yazılmadığından bu kimi hallar yaranmışdır. Belə ki, üç gömrük bəyannaməsindən birində dünənki tarixdə dəyişiklik edilmişdir. Şirkətə tərəfindən sifariş verilmiş məhsullar tam həcmdə ölkəyə idxal edilmişdir. Qeyd olunan bəyannamələr “Bank VTB (Azərbaycan)” ASC tərəfindən təsdiq edilmişdir. Hazırda sənədlərdə heç bir problem yoxdur və hər bir fəaliyyət qanunamüvafiq qaydada həyata keçirilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq edilmədiyindən, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan, “Bank VTB (Azərbaycan)” ASC tərəfindən AR Mərkəzi Bankına ünvanlanmış KB-162/2-64/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən məktubda əlavə olunan qeyd olunan müştərinin apardığı qabaqcadan ödəniş günündən 2 (iki) il keçmiş, lakin malın ölkəyə daxil olduğu haqqında sənədlər Banka təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş, “Bank VTB (Azərbaycan)” ASC-nin Əməliyyatlar İdarəsi tərəfindən təsdiq edilmiş **********5693 saylı, xx.xx.2021-ci il tarixli bəyannamədən görünür ki, Şəxs MMC tərəfindən 23977.39 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmişdir. İş materiallarına əlavə edilmiş, “Bank VTB (Azərbaycan)” ASC-nin Əməliyyatlar İdarəsi tərəfindən təsdiq edilmiş **********5738 saylı, xx.xx.2021-ci il tarixli bəyannamədən görünür ki, Şəxs MMC tərəfindən 2953.44 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmişdir. İş materiallarına əlavə edilmiş, “Bank VTB (Azərbaycan)” ASC-nin Əməliyyatlar İdarəsi tərəfindən təsdiq edilmiş **********3882 saylı, xx.xx.2021-ci il tarixli bəyannamədən görünür ki, Şəxs MMC tərəfindən 9500.57 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli, 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə hesab edir, Şəxs MMC barəsində protokol tərtib edilməsi üçün əsas olmuş 45032.27 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallardan 36431.4 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmiş və bu xüsusat təqdim edilmiş sənədlərdə öz təsdiqini tapır. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi izahatında 84064.55 ABŞ dolları məbləğində vəsait hesabına alınan bütün malların ölkəyə idxal edildiyini bildirməsinə baxmayaraq, yerdə qalan 8600.87 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkə ərazisinə idxal edilməsini təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli, 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın tələblərinə əsasən idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyərinin məhz 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olduğunu, lakin Şəxs MMC tərəfindən sifariş edilmiş malların yalnız 8600.87 ABŞ dolları məbləğində olan hissəsinin idxal edilmədiyini və ya avans yolu ilə ödədəyi ümumi məbləğin həmin hissəsinin geri qaytarılmadığını nəzərə almaqla məhkəmə Şəxs MMCnin inzibati məsuliyyətə cəb edilməsi üçün əsasların olmadığı və təqsirsiz olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respblikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcllənin 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazid xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən tərədilmiş xəta hesab edilir. Məhkəmə hesab edir ki, "FORİELLA” MMC-nin həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün aşağıdaki hallar mövcud olmalı idi. 1. Şəxs MMC-nin öz hərəkətlərinin hüquqazidd xarakterini dərk etməsi, 2 bu hərəkətlərin zərərli nəticələrini qabaqcadan görməsi. 3 bu nəticələri arzu etməsi 4. belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan da məlum olur ki, Şəxs MMC-nin qanunvericiliyin müəyyən etdiyi tələblərdən yayınmaq, qanunla qorunan ictimai münasibətlərə qəsd etmək, hüquqazid hərəkət etmək niyyəti olmamış, yaxud təqsirli sayılan hər hansı hərəkətə yol verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar