Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1402/2024 25.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şahgədi oğlunun, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan Şəxs Şahgədi oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-20462/2016 saylı, 2(060)-3717/2023 saylı, 2(060)- 3825/2023 saylı, 2(060)-6407/2023 saylı və 2(060)-1383/2024 saylı icra sənədlərinə əsasən 9904 manat borclarını üzürsüz səbəbdən icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-20462/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X1 xeyrinə 2131 (iki min yüz otuz bir) manat məbləğində pul tutulması, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3717/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4348,70 (dörd min üç yüz qırx səkkiz manat yetmiş qəpik) manat əsas, 965,21 (doqquz yüz altmış beş manat iyirmi bir qəpik) manat faiz borcu, 28,99 (iyirmi səkkiz manat doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 5342,90 (beş min üç yüz qırx iki manat doxsan qəpik) manat borc və 73,87 (yetmiş üç manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutulması, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3825/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 380.6 manat əsas, 84.06 manat faiz borcu və 3.49 manat cərimə olmaqla, cəmi 468.15 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6407/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1504.48 manat əsas borc, 115.06 manat faiz borcu olmaqla, cəmi 1619.54 (bir min altı yüz on doqquz manat əlli dörd qəpik) manat borc və 36.20 (otuz altı manat iyirmi qəpik) manat dövlət rüsumu tutulması və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1383/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində edilmiş 01 saylı əlavəyə əsasən, «Gree» markalı kondisioner üçün 909,6 manat ödənilməmiş hissə, 90,4 manat cərimə; xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixində edilmiş 01 saylı əlavəyə əsasən, İmei kodu **********04359 olan Huawei P Smart Z markalı telefon üçün 92,67 manat ödənilməmiş hissə, 9,33 manat cərimə; ümumilikdə 1102 manat borc və 31,02 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi ödənilməsi qət edilmişdir. Borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-20462/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə cəmi 900 manat ödəniş etmiş, 1232 manat ödənilməmiş borc qalmışdır. Digər icra sənədləri üzrə heç bir ödəniş olunmamışdır. Ümumilikdə borlunun 9904 manat ödənilməmiş borcu qalmışdır. Borclu çağırışlara gəlmədiyi üçün borclunun barəsində axtarış elan olunmuş və qərarın icrası Sumqayıt ŞPİ-nə həvalə edilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmiş və o, ödəniş etmək imkanının olmadığını bildirmişdir. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini və borclu Şəxs Şahgədi oğlunun barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şahgədi oğlu məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-20462/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən ondan iddiaçı X1 xeyrinə 2131 (iki min yüz otuz bir) manat məbləğində pul tutulması, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3717/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh ondan iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4348,70 (dörd min üç yüz qırx səkkiz manat yetmiş qəpik) manat əsas, 965,21 (doqquz yüz altmış beş manat iyirmi bir qəpik) manat faiz borcu, 28,99 (iyirmi səkkiz manat doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 5342,90 (beş min üç yüz qırx iki manat doxsan qəpik) manat borc və 73,87 (yetmiş üç manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutulması, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3825/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan 380.6 manat əsas, 84.06 manat faiz borcu və 3.49 manat cərimə olmaqla, cəmi 468.15 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6407/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan iddiaçı "xxxx" ASCnin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1504.48 manat əsas borc, 115.06 manat faiz borcu olmaqla, cəmi 1619.54 (bir min altı yüz on doqquz manat əlli dörd qəpik) manat borc və 36.20 (otuz altı manat iyirmi qəpik) manat dövlət rüsumu tutulması və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1383/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində edilmiş 01 saylı əlavəyə əsasən, «Gree» markalı kondisioner üçün 909,6 manat ödənilməmiş hissə, 90,4 manat cərimə; xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixində edilmiş 01 saylı əlavəyə əsasən, İmei kodu **********04359 olan Huawei P Smart Z markalı telefon üçün 92,67 manat ödənilməmiş hissə, 9,33 manat cərimə; ümumilikdə 1102 manat borc və 31,02 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi ödənilməsi qət edilmişdir. O, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-20462/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə cəmi 900 manat ödəniş etmiş, 1232 manat ödənilməmiş borc qalmışdır. Digər icra sənədləri üzrə heç bir ödəniş olunmamışdır. Hal-hazırda borcu ödəməyə imkanı olmadığını və gələcəkdə borcu hissə-hissə ödəyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-20462/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 20462/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X1 xeyrinə 2131 (iki min yüz otuz bir) manat məbləğində pul tutulması qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-20462/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraat başlanılmış və borcluya icranı 10 (on) gün müddətində könüllü təmin edilməsi təklif olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3717/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3717/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4348,70 (dörd min üç yüz qırx səkkiz manat yetmiş qəpik) manat əsas, 965,21 (doqquz yüz altmış beş manat iyirmi bir qəpik) manat faiz borcu, 28,99 (iyirmi səkkiz manat doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 5342,90 (beş min üç yüz qırx iki manat doxsan qəpik) manat borc və 73,87 (yetmiş üç manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutulması qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3717/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmış və borcluya icranı 10 (on) gün müddətində könüllü təmin edilməsi təklif olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3825/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3825/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 380.6 manat əsas, 84.06 manat faiz borcu və 3.49 manat cərimə olmaqla, cəmi 468.15 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3825/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmış və borcluya icranı 10 (on) gün müddətində könüllü təmin edilməsi təklif olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6407/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6407/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1504.48 manat əsas borc, 115.06 manat faiz borcu olmaqla, cəmi 1619.54 (bir min altı yüz on doqquz manat əlli dörd qəpik) manat borc və 36.20 (otuz altı manat iyirmi qəpik) manat dövlət rüsumu tutulması qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6407/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmış və borcluya icranı 10 (on) gün müddətində könüllü təmin edilməsi təklif olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1383/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1383/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində edilmiş 01 saylı əlavəyə əsasən, «Gree» markalı kondisioner üçün 909,6 manat ödənilməmiş hissə, 90,4 manat cərimə; xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixində edilmiş 01 saylı əlavəyə əsasən, İmei kodu **********04359 olan Huawei P Smart Z markalı telefon üçün 92,67 manat ödənilməmiş hissə, 9,33 manat cərimə; ümumilikdə 1102 manat borc və 31,02 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi ödənilməsi qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1383/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat başlanılmış və borcluya icranı 10 (on) gün müddətində könüllü təmin edilməsi təklif olunmuşdur. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Şahgədi oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs Şahgədi oğlunun himayəsində 04 (dörd) azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.3-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kmi nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs Şahgədi oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-20462/2016 saylı, 2(060)-3717/2023 saylı, 2(060)- 3825/2023 saylı, 2(060)-6407/2023 saylı və 2(060)-1383/2024 saylı icra sənədlərinə əsasən 9904 manat borclarını üzürsüz səbəbdən icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Şahgədi oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində inzibati cərimə cəzası tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı: Şəxs Şahgədi oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Şahgədi oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1402/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1402/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver