Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1403/2024 25.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru – X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X16 tərəfindən xx.xx.2024cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Goranboy rayon Məhkəməsinin 2(045)-1583/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Şəxs 4160 manat, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4675/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 12809 manat, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3680/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 4375 manat, cəmi 21344 manat borcu üzrsüz səbəbdən ödəməkdən yayınır. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X16 bildirdi ki, Goranboy rayon Məhkəməsinin 2(045)- 1583/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 4360 manat məbləğində pul alınaraq X3 verilməlidir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3680/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Şəxs xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 5500 manat məbləğində borc və ödənilmiş 75 manat dövlət rüsumunun əvəzi alınaraq X12 qaytarılmalıdır. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 4675/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər biri üçün 193 manat olmaqla, ümumilikdə 579 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. 2022-ci ilin may ayında birinci icra sənədi üzrə protokol tərtib edilmiş, müharibə iştirakçısı olduğuna görə və həmin dövrdə 100 manat ödəniş etdiyinə görə protokola xitam verilmişdir. Daha sonra qarşı tərəf şikayət etdiyinə görə xx.xx.2022-ci il tarixli İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş protokol üzrə 500 manat cərimə olunmuş, həmin cərimə də ödənilməmiş qalmışdır. Bu müddət ərzində borclu tərəfindən heç bir ödəniş edilməmişdir. X2 olan borcla bağlı icra sənədi icra idarəsinə daxil olmamışdan öncə borclu 1000 manat, icra idarəsinə daxil olduqdan sonra isə 100 manat tələbkara ödəniş etmişdir. Hər iki icra sənədi üzrə tələbkarlar sərt şəkildə şikayətçidirlər, lakin rayonda yaşadıqlarından gələ bilmirlər. Digər icra sənədi alimentlə bağlıdır. Həmin icra sənədi üzrə tələbkar əvvəlcə şikayətçi olmadığını, borclunun tutulmasını istəmədiyini bildirsə də sonradan şikayət etmişdir. Borclu həmin dövrdə Gəncə Hərbi Məhkəməsinin qərarı ilə CM-nin 312.2, 178.2.2, 178.2.3-cü maddələri ilə həbs qətimkan tədbiri seçilmiş, sonradan azad olunmuş, ümumi olaraq 8000 manat cərimə cəzasına məhkum olunmuşdur. Sonradan barəsində axtarış elan olunmuş, öncədən borcluya ödəniş etməsi ilə bağlı xəbərdarlıq etmiş, lakin borclu yenə də ödəniş etməmişdir. Sonuncu dəfə Nəsimi rayon Polis İdarəsində barəsində CM-nin 178.1-ci ilə cinayət işi olmuş, həmin iş üzrə barəsində axtarış elan olunduğundan öz icraatında olan mülki axtarışı dayandırmışlar. Həmin işin nətitəci ilə bağlı məlumat verilməsi üçün Nəsimi RPİ-yə məktub göndərsələr də onlara cavab gəlməmişdir. Həmin işlə bağlı ötən ay tələbkar X17 onunla telefon vasitəsi ilə əlaqə saxlamış və cinayət işinin yekunlaşdığını bildirmiş, borclunun çağırılmasını xahiş etmişdir. Borclunun ünvanı məlum olmadığından və tez-tez telefon nömrəsini dəyişdiyindən, ona məlum olan telefon nömrələrini işlətmədiyindən borclu barəsində axtarış elan olunmuş və bu gün gəlmişdir. Hazırda cəmi 90 manat ödəniş etmiş, həmçinin son iki aydır, müharibədə iştirakına görə aldığı təqaüddən 56 manat aliment ödənişinə tutulur. DSMF-dən ona maddi yardım olunur, sosial yardım olduğundan həmin məbləğdən tutulma aparıla bilməz. Şəxs könüllü olaraq həmin məbləğdən ödəniş edə bilər, lakin həmin pulu dərman ehtiyaclarına sərf etdiyini bildirir. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, qeyd olunanlarla razıdır. Hər ay 100-200 manat arası ödəyə bilər. Bu gün ona polis idarəsindən zəng olunmuş, axtarışda olduğunu bildirmişlər və özü icra idarəsinə getmişdir. 2004-cü ildən hərbi xidmətdə olmuşdur. Həm 2016-cı il tarixli Aprel döyüşlərində, həm İİ Qarabağ Müharibəsi döyüşlərində iştirak etmiş və yaralanmışdır. Medallarla təltif olunmuşdur. Uzun müddət müalicələr almışdır, hazırda onkoloji xəstədir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş edir. X1 şəxsin müharibə iştirakçısı olmasını, onkoloji xəstə olmasını və ödəniş etmək istəyini nəzərə alaraq barəsində ən yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tələbkar X7, X17 və X11 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə protokol tərtib etmiş və barəsində protokol tərtib edilmiş şəxsi, müdafiəçini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Goranboy rayon Məhkəməsinin 2(045)- 1583/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 4360 manat məbləğində pul alınaraq X3 verilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3680/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Şəxs xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 5500 manat məbləğində borc və ödənilmiş 75 manat dövlət rüsumunun əvəzi alınaraq X12 qaytarılmalıdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4675/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər biri üçün 193 manat olmaqla, ümumilikdə 579 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1165/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2234/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəxs barəsində Sumqayıt ŞPİ-si tərəfindən xx.xx.2024-cü il tarixdə 736120 saylı axtarış işi açılmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Goranboy rayon Məhkəməsinin 2(045)-1583/2021 saylı, xx.xx.2021-ci il tarixli, Tərtər Hərbi Məhkəməsinin 1(098)-155/2019 saylı, xx.xx.2019-cu il tarixli, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3680/2022 saylı, xx.xx.2022-ci il tarixli, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2234/2022 saylı, xx.xx.2022-ci il tarixli, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4675/2022 saylı, xx.xx.2022-ci il tarixli və Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5231/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Şəxs xx.xx.2005-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur və Vətən müharibəsində iştirakına görə 80 manat təqaüd alır. İş materiallarından görünür ki, Şəxs “Vətən müharibəsi iştirakçısı” medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Yubileyi medalı, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubileyi medalı ilə təltif edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəfiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, borclunun icra sənədi üzrə borcunun yaranması onun aliment ödənişlərindən yayınmasını təsdiq edir. Məhkəmə, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, müharibə iştirakçısı olmasını və təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil X13 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-1403/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1403/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver