Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1403/2025 11.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Yadigar qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru: X4, İcra sənədi üzrə tələbkar (zərərçəkmiş şəxs): Zərərçəkmiş şəxs, İcra sənədi üzrə borclu ( Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs): Şəxs, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil oğlunun iştirakları ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 tərəfindən 11 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3508/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini üzrlü səbəb olmadan qərəzli şəkildə icra etməmiş və nəticədə 12500 manat aliment borcu yaranmışdır. Sumqayıt şəhər İcra İdarəsinin böyük icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 çıxış edərək bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)- 3508/2017 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2017-ci il tarixli, 2(060)-11741/2017 saylı qətnamə üzrə xx.xx.2017-ci il tarixdən başlayaraq 100 manat, cəmi ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)- 11741/2017 saylı qətnaməsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-3508/2017 saylı qətnaməsi əsasında alimentin miqdarı dəyişdirilmişdir. İcra vərəqəsi xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, borclu müxtəlif vaxtlarda Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş, bildirşlə tanış olmuş, borclunun ünvanına dəfələrlə alimenti ödəməsi barədə rəsmi xəbərdarlıq göndərilmişdir. Hal-hazırda borclu protokolda göstərilən icra vərəqəsi üzrə iki dəfə müxtəlif vaxtlarda inzibati məsuliyyətə cəlb olunmuşdur. Borclunun hal-hazırda 12500 manat ödənilməmiş aliment borcu qalmış, borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş və üzərində olan alimentin ödənilməsi tələb olunsa da alimenti ödəməyə imkanı olmadığını bildirmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində inzibati protokol tərtib edilib məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs (icra sənədi üzrə borclu) izahatında bildirdi ki, aralarında razılığa gəlmişlər. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İcra sənədi üzrə tələbkar (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə razılığa gəldiklərini, hazırda heç bir şikayət və tələbi olmadığını bildirdi. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. İcra sənədi üzrə tələbkar (Zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs il barışmışdır, şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3508/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşağa görə 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit məbləğdə aliment tutulması müəyyən edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsi 3(060)-3207/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 8(060)-514/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Sumqayıt Şəhər Məhkəməsi 3(060)-1427/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 5281-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 1(060)-80/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən Şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 528.1-cı maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs tələbkar şəxs ilə (zərərçəkmiş şəxslə) aralarında razılığa gəlməsi, tələbkar şəxs (zərərçəkmiş şəxsin) şikayətçi olmamasını, aliment borcunu ödəməsi barədə öhdəlik götürməsi və gələcəkdə də ödənişlər etməkdən imtina etməməsi onun qərəzli olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmadığını göstərir. Həmçinin qeyd edilən hallar icra məmuru, zərərçəkmiş şəxs və özünün izahatı ilə də təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. -8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. - 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. -528.1-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. - 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin: - 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. -66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1403/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1403/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver