Məhkəmə qərarları › İş №3(060)-1404/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1404/2022

01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1404/2022 01.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Sumqayıt regional ərazi şəbəsindən daxil olmuş SVS-LTD MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı məhkəmə müəyyən etdi: SVS-LTD MMC barəsində 25 may 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* №li inzibati xəta haqqında protokol 31 may 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Qeyd olunan inzibati xəta haqqında protokolun “inzibati xətanın mahiyyəti” hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. İXM-nin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol aşağıda göstərilən əsaslara görə baxılmadan geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilən inzibati xəta haqqında protokolda SVS-LTD MMC-nin İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş xətanı tərətməsi qeyd edilsə də, inzibati xəta hadisəsini təsdiq edən sübutlar məhkəməyə göndərilməmişdir. Məhkəməyə yalnız inzibati xəta haqqında protokol göndərilmişdir. Həmçinin inzibati xəta haqqında protokol SVS-LTD MMC-yə təqdim edilməmiş, göndərilməmiş, göndərilməni təsdiq edən poçt bildirişi materiala əlavə edilməmiş, törədilməsi güman edilən inzibati xəta hadisəsi ilə bağlı SVS- LTD MMC-nin rəhbərinin izahatı alınmamışdır. Qeyd edilən qanunsuzluqlar məhkəmə tərəfindən İXM-nin 100.1.7, 100.1.10, 100.2, 100.3-cu maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilir və sadalanan qanunsuz hallar SVS-LTD MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılmasını mümkünsüz etdiyindən, hazırkı inzibati xəta haqqında protokolun surəti baxılmadan onu tərtib edən orqana geri qaytarılmalıdır. Məhkəmə bir daha qeyd edir ki, inzibati xəta haqqında protokol həmin protokolun tərtib edilməsinə dair İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun olmadığından həmin protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 100-109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Sumqayıt regional ərazi şəbəsinin SVS-LTD MMC -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair tərtib olunmuş MN seriyalı ******* №li inzibati xəta haqqında protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Sumqayıt regional ərazi şəbəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar