Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1406/2025 07.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X5, Məhkəmə iclas katibi:X6, Şikayət vermiş şəxs: X14, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X11 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi: X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X11 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X14 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: X14 şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X11 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 08 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 08 may 2025-ci il tarixdə 4 saylı RETSİnin rəisi X15 tərəfindən barəsində yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Qərara əsasən guya İdarənin əməkdaşları tərəfindən aparılan manitorinq zamanı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 15-ci məhəllə, ev 1-in qarşısındakı ərazidə əkilmiş köküstə yaş halda ümumi sayı 8 ədəd olmaqla d=4 sm dək ə ədəd heyva. 3 ədəd tut, 2 ədəd yapon əzgili, və d=4,0, 10 sm 2 ədəd söyüd, cinsindən olan ağacların Yaşıllığı mühafizə haqqında Azərbaycan Respublikasının qanununun tələblərinə zidd olaraq məhv olunması faktı aşkar edilmişdir. Nəticədə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr, 2016-cı il tarixli, qərarına əsasən təbiətə 2040 manat ziyan dəymişdir. AR.İXM-nin yuxarıda qeyd olunan maddəsinin tələblərindən də göründüyü kimi onun barəsində tərtib olunmuş protokolun və həmin protokol əsasında qəbul edilmiş qərarın heç bir hüquqi qüvvəsi yoxdur və bu səbəbdən də həmin qərar ləğv olunmalıdır. Belə ki, qərarın təsviri hissəsindən də göründüyü kimi, Kotec qəsəbəsi, 15-ci məhəllə, ev 1-in qarşısındakı ərazidə əkilmiş köküstə yaş halda ümumi sayı 8 ədəd olmaqla d=4 sm dək ə ədəd heyva. 3 ədəd tut, 2 ədəd yapon əzgili, və d=4,0, 10 sm 2 ədəd söyüd, cinsindən olan ağacların Yaşıllığı mühafizə haqqında Azərbaycan Respublikasının qanununun tələblərinə zidd olaraq məhv olunması iddia olunur. Lakin qeyd olunan qərar qəbul olunarkən cərimə tədbiq edən subyekt işin faktiki hallarını nəzərə almamış, tərəflər arasında olan uzun müddətli mübahisələri qiymətləndirməmişdir (halbuki bu hallar cərimə tədbiq edən subyektə məlum olmuşdur.). Belə ki, yuxarıda qeyd olunan “ağaclar” əslində qanusuz və əsassız şəkildə qeyd olunan əraziyə (yola) məqsədyönlü şəkildə yerləşdirilmiş, gələcəkdə həmin ərazinin ümumi istifadədə olan yolun zəbt olunmasına hesablanmışdır. Qeyd olunan kollar əslində istifadəyə və əkilməyə yararsız olan kol bitkiləridir ki, onların çoxusunun aqrotexniki qulluqları belə yoxdur və dəfələrlə qeyd olunan ərazidən uzaqlaşdırılmış, lakin sonradan yenə X2 tərəfindən əraziyə gətitilərək guya əkilmiş ağac görüntüsü yaradılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 27 mart, 2024-cü il tarixli məktubundan da görünür ki, özbaşına tikinti işlərinin aparılmasının və torpaq sahələrinin qanunsuz zəbt olunmasının qarşısını almaq məqsədilə yerli səviyyədə dövlət şəhərsalma nəzarəti çərçivəsində qeyd edilən ünvanda aşkar olunmuş, qanun pozuntusu barədə (vərəndaş X2 tərəfindən aparılmış qeyri qanuni tikinti işləri barədə ) tədbirlər görülməsi üçün şəhər İcra Hakimiyyəti tərəfindən Polis İdarəsinə və FHN-ə məlumatlar göndərilmişdir. Göründüyü kimi əslində qeyd olunan kollar X2 tərəfindən əraziyə qanunsuz olaraq yalançı əkilmə imitasiyası yaradılmış, əslində onlar heç ağac belə hesab olunmurlar. Qeyd olunan kollar zatən yararsız olmuş, onların yenidən yararsız hala salınması ilə bağlı barəsində qəbul olunmuş qəararın heş bir hüquqi qüvvəsi yoxdur. O, faktiki molaraq heç bir ağac və kolu yararsız vəziyyətə salmamışdır, məhv etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən barəsində 4 saylı RETSİ-nin rəisi X15 tərəfindən tərtib olunmuş MN ******* nömrəli 08 may 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X14 şikayət ərizəsini müdafiə edərək bildirdi ki, qonşusu ilə mübahisələri var idi. O, həyətdə hasarın içərisində olan ağacları çıxarmış, sonra həmin gün də onları yenidən yerinə əkmişdir. Məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X11 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 şikayətlə razılaşmayaraq bildirmişdir ki, şikayət 17 apreldə daxil olmuş, 21-24 aprelə qədər araşdırma aparılmışdır. Həmin müddət ərzində ağaclar yerinə bərpa olunsa idi, baxış zamanı görünərdi. İş materiallarına əlavə edilmiş şəkillərdən də görünür ki, hasarın çöl tərəfindədir, lakin çöl tərəfə də kubik yığılmışdır. Həmin vaxt ağaclar çıxarılmış vəziyyətdə idi. Bərpa olunsa belə yenə də inzibati xəta törədilmiş hesab olunur. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X11 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol əsasında 08 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X14 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 manat məbləğində cərimə edilmişdir. - X4 tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X11 və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:43 radələrində ona məxsus həyətyanı sahəsində əkdiyi 8 ədəd meyvə ağaclarını onların evi ilə üzbəüz qeyri-qanuni evin yaşayışçısı Eminov Cümşüdün qardaşı X14 tərəfindən çıxarılaraq (kökündən) yola tullanmışdır. Bu barədə 102 xidməti vasitəsi ilə müraciət olunmuş, iş Sumqayıt şəhər polis bölməsində araşdırılır. Zədələnmiş ağaclara baxış keçirilməsinə və qanuna müvafiq tədbirlər görülməsinə dair müvafiq göstəriş verilməsini xahiş edir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X11 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 89725 saylı aktın surətindən görünür ki, baxış keçirilən zaman şikayət ərizəsində göstərilən ünvan 1 ünvanındakı ərazidə qarşısındakı sahədə əkilmiş köküstə yaş halında ümumi saylı 8 ədəd olmaqla d=4.0 sm-dək 1 ədəd, 3 ədəd tut, 2 ədəd yapon əzgili, 1 ədəd söyüd və d=10 sm olan 1 ədəd söyüd cinsindən olan ağacların köklə birlikdə torpaqdan çıxarılaraq məhv edilməsi faktı müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli 89725 nömrəli akt əsasında tikinti abadlaşdırma işləri aparılmadan yaşıllığa dəymiş əlavə ziyanın hesablanması cədvəlinə əsasən dəymiş ziyanın məbləği ümumilikdə 2040 manat hesablanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X14 tərəfindən ünvan 1 ünvanının qarşısındakı sahədə əkilmiş köküstə yaş halında ümumi saylı 8 ədəd olan müxtəlif cinsli ağaclar köklə birlikdə torpaqdan çıxarılmış, qeyd olunan hal xx.xx.2025-ci il tarixli 89725 nömrəli aktla, iş materiallarına əlavə edilmiş sənədlərlə və şikayət verən şəxsin özünün izahatı ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 13.2-ci maddəsinə əsasən Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı, 30 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən Bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Hazırki işə baxılarkən barəsində protokol tərtib edilən şəxsin yaşıllıqların götürülməsi ilə bağlı müraciəti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair 29 noyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış məntəqələrinin torpaqlarındakı digər yaşıllıqların, habelə xüsusi mülkiyyətdə olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi) məsələsinə gəlincə isə qeyd olunmalıdır ki, Meşə Məcəlləsinin 12-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən yaşıllıqlar, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir. Göstərilən yaşıllıqlar üzərində sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikası meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X14 şikayətində və məhkəmə iclasında göstərdiyi xüsusat onun özünü müdafiəsi və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. İş materiallarından görünür ki, o, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, M.İbrahimov küçəsi, 15-ci məhəllə ev 1-in qarşısındakı ərazidə əkilmiş köküstə halda 8 ədəd meyvə və söyüd cinsindən olan ağaclarını kökləri ilə birlikdə torpaqdan çıxarmışdır. Beləliklə, iş materiallarını araşdıraraq şikayət vermiş şəxsin və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsinin izahatını dinləyərək məhkəmə belə nəticəyə gəlir ki, X10 barəsində qəbul olunmuş 08 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X10 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X14 tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, 08 may 2025ci il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X14 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X11 və Təbii Sərvətlər İdarəsi tərəfindən X14 barəsində Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə qəbul olunmuş 08 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1406/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1406/2025
07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver