Məhkəmə qərarları › İş №3(060)-1409/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1409/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1409/2024 27.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin YNH-nin baş inspektoru, polis kapitanı X2, Zərərçəkmiş şəxs - X3, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1964-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 13,13A,13B, 15, 23, mənzil 85 ünvanında qeydiyyatda olan və ünvan 1an Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:00-da idarə etdiyi “VAZ 21154 minik” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərxoş vəziyyətdə Sumqayıt şəhəri, Kamal Axundov küçəsi ilə hərəkətdə olan zaman xx.xx.1981-ci il təvəllüdlü X4 idarə etdiyi “Mercedes E220” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və xx.xx.1986-cı il təvəllüdlü X3 idarə etdiyi "Opel Astra” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq zərərçəkmiş şəxslərə maddi zərər vurmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs etibarnamə əsasında idarə etdiyi “VAZ 21154 minik” markalı avtomobillə Sumqayıt şəhəri, Kamal Axundov küçəsində iki avtomobillə toqquşaraq maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı sürücü tibbi müayinədən keçirilmiş və məlum olmuşdur ki, sərxoş vəziyyətdədir. Zərərçəkmiş şəxslərin izahatları alınmış, onlara dəymiş zərər ödənilmişdir və şikayətləri yoxdur. Digər zərərçəkmiş şəxs şikayəti olmadığı üçün məhkəmə iclasında iştirak etmək istəməmişdir. Qeyd olunanlara əsasən vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən Şəxs izahatında bildirdi ki, spirtli içkini toy məclisində qəbul etmişdir. Səhv etdiyini anlayır. Hadisə nəticəsində zərərçəkmiş şəxs X5 dəymiş ziyanı ödəmiş, digər zərərçəkmiş şəxslə razılığa gəlmişlər. Əməlindən çox peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X7 bildirdi ki, etibarnamə əsasında idarə etdiyi Opel markalı avtomobillə Kamal Axundov küçəsində hərəkətdə olan zaman “VAZ 21154 minik” markalı avtomobilin sürücüsü onun avtomobilini vurmuşdur. Hadisə yerinə yol polis xidməti əməkdaşları gəlmişlər, bundan başqa Mercedes markalı avtomobilə də zərər dəymişdir. Hadisə nəticəsində ona dəymiş ziyan ödənilmiş, şikayət və tələbi yoxdur, digər zərərçəkmiş şəxs barəsində məlumatı yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs X7 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şəxs şikayəti yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Məhkəmədən ərizənin nəzərə alınmasını xahiş edir. Müdafiəçi Vəkil inzibati xətanı törətmiş şəxsin əməlini səmimi etiraf etməsini, dəymiş ziyanı ödəməsini nəzərə alaraq şəxs barəsində ən yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq zərərçəkmiş şəxs X8 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X4 ərizəsindən görünür ki, özünə məxsus olan Mercedes markalı avtomobili (**-GJ-***) xx.xx.2024-cü il tarixdə saat 15:00-da Sumqayıt şəhəri Kamal Axundov küçəsində iş yerinin qarşısında yolun sağında saxlamışdır. Saat 21:00 radələrində həmin küçə ilə hərəkət edən VAZ 21150 markalı avtomobil onun maşınını dayanmış vəziyyətdə sol arxa hissəsi ilə, eyni zamanda özünün solla düzünə hərəkət edən opel markalı maşının sağ yan hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. İş materiallarında olan 3226 saylı, 22 iyun 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti vardır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Beləliklə, inzibati xəta haqqında protokoldan və iş materiallarına əlavə edilmiş digər sənədlərdən görünür ki, vətəndaş Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etməsi nəticəsində maddi zərər vurması tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən həmin Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar