Məhkəmə qərarları › İş №3(060)-141/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-141/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-141/2021 02.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt Şəhər Prokurorunun köməkçisi X1 iştirakı ilə, Sumqayıt Şəhər Prokurorunun Şəxs barəsində inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli qərarı əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Prokuroru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir ona görə ki, Şəxs tərəfindən Sumqayıt Su kanal İdarəsi ilə aralarında "Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə" dair müqavilə bağlanmadan və müvafiq su ölçən cihaz- su sayğacı quraşdırılmadan d-15 mm-lik boru vasitəsilə qanunsuz olaraq sudan istifadə edilmiş və "xxxx" ASC tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli qeyri qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən dəymiş ziyanın məbləği 1098 manat təşkil etmişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Prokurorunun köməkçisi X2 fiziki şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutlan inzibati xətanın törədildiyini nəzərə alaraq tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə olan sübutlarla təsdiq edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İşmateriallarında olan xx.xx.2020-ci il tarixli 007063 saylı aktdan görünür ki, obyektə baxış keçirilən zaman aydın olmuşdur ki, d-15 mm-lik boru vasitəsi ilə müqaviləsiz olaraq sudan qeyri-qanuni istifadə olunmuşdur. 1098 kubmetr miqdarında 1098 manat dəyərində içməli su xidmətindən qeyri-qanuni istifadə edilməklə "xxxx" ASC-yə ziyan vurulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaların"ın 8.7 maddəsi və "Sudan istifadə Qaydaları"na 4 nömrəli əlavə ilə müəyyən edilmiş "Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsinə dair" cədvəldə nəzərdə tutulmuşdur ki, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları müəyyən edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi 1 (bir) il müddətinədək hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə görə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə- fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Bu maddənin qeyd hissəsində az miqdarda dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1981-ci ildə Füzuli rayonu, Yuxarı Veysəlli kəndində anadan olmuş, Sumqayıt şəhəri, 26-cı məhəllə, S.Vurğun küçəsində Energetiklər yataqxanasının yaxınlığında yerləşən sanatoriyada məskunlaşmış Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar