Məhkəmə qərarları › İş №3(060)-1411/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1411/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1411/2025 11.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi X1, X2 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsi tərəfindən qəbul edilmiş qərarın ləğv olunmasına dair şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin 26 fevral 2025ci il tarixli, 0218 nömrəli materialı üzrə qərarının ləğv edilməsi və işin yenidən araşdırılması barədə qərar qəbul edilməsinixahiş etmişdir. Məhkəmə hesab edir ki, X3 şikayət ərizəsi mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. - 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. - 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. İlk növbədə şikayət verən şəxs tərəfindən şəxsiyyətini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmiş və şikayət ərizəsində şəxsin fərdi identifikasiya nömrəsi qeyd olunmamışdır. Bundan başqa iş materiallarına əsasən müəyyən olundu ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin böyük təhqiqatçısı, mayor X5 tərəfindən 0218 nömrəli material üzrə xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən, ''Spar” marketə məxsus məişət tullantılarının saxlanılması yerində baş vermiş yanğın hadisəsi ilə əlaqədar toplanmış materialın aidiyyəti üzrə Sumqayıt şəhər Baş Polis İdarəsinə göndərilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim edilməsi barədə 26 fevral 2025-ci il tarixli qərar qəbul edilmişdir. Qeyd olunan qərardan şikayət verilməsi və məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda şikayət verən şəxs tərəfindən qeyd olunan qərarın ləğv edilməsi ilə hansı nəticə əldə etmək istəyi məlum deyildir. Şikayət verən şəxs qərarın ləğv edilməsi və işin yenidən araşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş materialın aidiyyatı üzrə göndərilməsi barədə 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, baş vermiş yanğın hadisəsində Azərbaycan Respublikası CM-nin 186 və 187-ci maddəsinin tərkib əlamətləri olduğundan, toplanmış material aidiyyatı üzrə Sumqayıt şəhər Baş Polis İdarəsinə göndərilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Baş prokurorluğuna təqdim edilmişdir. Göründüyü kimi şikayət verən şəxsin şikayətində işin yenidən araşdırılması xahiş edilmiş, materialın aidiyyatı üzrə göndərilməsi barədə qərarda da işin araşdırılması üçün göndərilməsi nəzərdə tutulmuşdur. Odur ki, qeyd olunanlara əsasən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsi tərəfindən qəbul edilmiş 26 fevral 2025-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar