Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1412/2021 30.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Şikayət vermiş şəxs X1, Sumqayıt şəhər X8 X9 Xidməti inspektoru polis baş serjantı X3 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 05.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş 05.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt şəhər Məhkəməsinə 22.04.2021ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən şikayətçi X4 izahatında bildirdi ki, 05 aprel 2021-ci il tarixində Sumqayıt şəhər Nizami küçəsində idarə etdiyi, avtomobilin içərisində oturub oğlunu gözlədiyi halda Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin YPX-i inspektoru polis baş serjantı X5 tərəfindən ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilməklə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək, epidemiya əleyhinə reyim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etmədiyinə görə 100 manat miqdarında cərimə edilmişdir. X3 əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etməsi və hərəkətləri qanunsuz hesab edilməli və İXP3878062 nömrəli protokolu əsasında tərtib olunan 05.04.2021-ci il TP4290350 saylı qərarı onun qanunla qorunan hüquq və mənafelərinə toxunduğundan ləğv edilməlidir. Belə ki, avtomobildə sürücüdən başqa digər şəxs və ya şəxslər olduqda, avtomobildəkilərin hamısı maskadan istifadə etməlidir. Qalan hallarda şəxsi maşında maskanın taxılması məcburi deyil və inzibati məsuliyyət yaratmır. Bununla yanaşı ailə üzvləri ilə birgə olanların da maska taxmasının bir əhəmiyyəti yoxdur. Sadəcə öz şəxsi avtomobilinə ailə üzvlərindən kənar şəxsi götürənlərə tövsiyə olunur ki, maskadan istifadə etsinlər. Yalnız ictimai nəqliyyatda maskalardan istifadə məcburidir və maska taxılmaması inzibati məsuliyyətə, cərimə olunmağa səbəb olur. Bu səbəbdən YPX əməkdaşı tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Odur ki, qeyd olunanları nəzərə alaraq şikayətinin təmin edilməsini və barəsində qəbul edilmiş 05.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhər X8 X9 Xidməti inspektoru polis baş serjantı X5 izahatında bildirdi ki, vətəndaş X4 barəsində Azərbaycan Resublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 05.04.2021-ci il tarixdə, saat 18:38 radələrində Sumqayıt şəhər Nizami küçəsində bir nəfər şəxsin öz avtomobilinin yanında maskadan istifadə etmədən dayandığını görüb ona yaxınlaşmış, özünü təqdim etmiş və vətəndaşa maska taxmadığı üçün iradını bildirmişdir. Məlum olmuşdur ki, həmin şəxs X2r. Həmin şəxsə maskadan niyə istifadə etməməsini söylədikdə o, maskanın avtomobilində olduğunu söyləmişdir. Hamıya məlum olduğu kimi hazırda ölkədə açıq hava şəraitində maskadan istifadə məcburidir. Buna görə də vətəndaş X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 05.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, X1 şikayətinin təmin olunmamasını və 05.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə qalmasını Məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş 05.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 211.2ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Sumqayıt şəhər X8 X9 Xidməti inspektoru polis baş serjantı X3 Məhkəmə iclas zalında Məhkəməyə təqdim etdiyi inzibati xəta hadisəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd diskə baxış zamanı müəyyən olundu ki, X4 həqiqətən də epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimi dövründə fərdi qoruyucu vasitədən istifadə ilə bağlı tələbi pozmuş və maskadan istifadə etməmişdir. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş 05.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X1 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X4 tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş 05.04.2021-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İnzibati xətaya dair iş materiallarına əlavə edilmiş 01 ədəd disk iş üzrə sübuti əhəmiyyət daşıdığından iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş 05.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 oğlu tərəfindən verilmiş şikayət təmin olunmasın. Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş 05.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. İnzibati xətaya dair iş materiallarına əlavə edilmiş 01 ədəd disk iş üzrə sübuti əhəmiyyət daşıdığından iş materiallarında saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1412/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1412/2021
30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver