Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1412/2024 28.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Tələbkar "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-1426/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən 13492 manat kredit borcun 11511,96 manatını qəsdən ödəməmiş, məhkəmə qərarını qəsdən icra etməkdən yayınmışdır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-1426/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdehlər Şəxs (VÖEN **********) və Hüseynov Coşqun Qnyaz oğlundan müştərək qaydada 9209,82 (doqquz min iki yüz doqquz manat 82 qəpik) manat məbləğində əsas borc, 3476,29 (üç min dörd yüz yetmiş altı manat 29 qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 105,85 (yüz beş manat 85 qəpik) manat məbləğində faiz, 500 (beş yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 13491,96 (on üç min dörd yüz doxsan bir manat 96 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Dəfələrlə ona şifahi və rəsmi xəbərdarlıq olunaraq icra sənədi üzrə borcu ödəməsi bildirilmişdir. Lakin borclu tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş borcdan cəmi 2000 manat ödəniş edilmişdir. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirdi ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)- 1426/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan (VÖEN **********) və Hüseynov Coşqun Qnyaz oğlundan müştərək qaydada 9209,82 (doqquz min iki yüz doqquz manat 82 qəpik) manat məbləğində əsas borc, 3476,29 (üç min dörd yüz yetmiş altı manat 29 qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 105,85 (yüz beş manat 85 qəpik) manat məbləğində faiz, 500 (beş yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 13491,96 (on üç min dörd yüz doxsan bir manat 96 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Pandemiyadan çıxdıqdan sonra əlində olan malları satmışdır. 02 (iki) ay bundan əvvəl 2000 manat ödəniş etmişdir. Əməlindən peşman olmasını, himayəsində 01 (bir) azyaşlı uşağının olmasını və gələcəkdə borcu hissə-hissə ödəyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Tələbkar "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-1426/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdehlər Şəxs (VÖEN **********) və Hüseynov Coşqun Qnyaz oğlundan müştərək qaydada 9209,82 (doqquz min iki yüz doqquz manat 82 qəpik) manat məbləğində əsas borc, 3476,29 (üç min dörd yüz yetmiş altı manat 29 qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 105,85 (yüz beş manat 85 qəpik) manat məbləğində faiz, 500 (beş yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 13491,96 (on üç min dörd yüz doxsan bir manat 96 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Borclu tərəfindən cəmi bir dəfə 04 (dörd) ay bundan əvvəl 2000 manat ödəniş edilmişdir. Bank tərəfindən borcluya faizlərin azaldılması və hissə-hissə ödəniş etməyi təklif olunsa da, borclu 2000 manatdan başqa ödəniş etməmişdir. Borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-1426/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs (VÖEN **********) və Hüseynov Coşqun Qnyaz oğlundan müştərək qaydada 9209,82 (doqquz min iki yüz doqquz manat 82 qəpik) manat məbləğində əsas borc, 3476,29 (üç min dörd yüz yetmiş altı manat 29 qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 105,85 (yüz beş manat 85 qəpik) manat məbləğində faiz, 500 (beş yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 13491,96 (on üç min dörd yüz doxsan bir manat 96 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5929/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Şəxs Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-1426/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. İş materiallarında olan portaldan çıxarışdan müəyyən olunur ki, Şəxs himayəsində 01 (bir) azyaşlı uşaq vardır. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, himayəsində 01 (bir) azyaşlı uşağının olmasını isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-1426/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən 13492 manat kredit borcun 11511,96 manatını qəsdən ödəməmiş, məhkəmə qərarını qəsdən icra etməkdən yayınmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində inzibati cərimə cəzası tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1412/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1412/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver