Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1414/2022 01.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Ramin Əhmədovun, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən və ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında 01.06.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-350/2018 saylı 19.02.2018-ci il tarixli icra sənədi üzrə 13420 manat aliment borcunu üzrsüz səbəbdən qərəzli olaraq icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X10 məhkəməyə bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-350/2018 saylı, 19.02.2018-ci il tarixli icra sənədinə əsasən 22 sentyabr 2017-ci il tarixdən etibarən 23.10.2003-cü il təvəllüdlü X9 oğlunun və 19.05.2008-ci il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 136 manat, ümumilikdə 272 manat miqdarında alimentin Şəxs tutularaq X4 verilməsi qət edilmişdir. Borclu Şəxs icra idarəsinə çağırılmış və izahatı alınmış, borcunu ödəməsi barədə xəbərdar edilmişdir. Lakin borclu mövcud olan 13420 manat aliment borcundan 22.09.2022-ci il tarixdən bu günə qədər cəmi 408 manat ödəniş etmişdir. İcra sənədini üzrsüz səbəbdən qərəzli olaraq icra etmədiyi üçün Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, o X2 ilə son 3-4 il ərzində bir yerdə yaşamış, nə boşanmadan nə də aliment borcundan xəbəri olmamışdır. Yalnız 06.12.2021-ci il tarixdə icra məmuru ona bildirdikdən sonra icra sənədi və aliment borcu barədə xəbərdar olmuş və borcundan 860 manat ödəniş etmişdir. O ailəsi ilə bir yerdə yaşadığı və uşaqlarını özü saxladığı üçün ödənişləri rəsmi qaydada olmamışdır. Qalan borcunu hissə-hissə ödəyəcəkdir. Ona görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. X2 Məhkəmə iclasında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin icra sənədinə əsasən 22 sentyabr 2017-ci il tarixdən etibarən 23.10.2003-cü il təvəllüdlü X9 oğlunun və 19.05.2008-ci il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 136 manat, ümumilikdə 272 manat miqdarında alimentin Şəxs tutularaq ona verilməsi qət edilmişdir. Borclu aliment borcunu hissə-hissə ödəyəcinə söz versə də borcunu ödəməmişdir. Ona görə də qalıq borclarını ödəməsini və haqqında qanunamüvafiq tədbirlərin görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-350/2018 saylı 19.02.2018-ci il tarixli icra sənədindən görünür ki, 22 sentyabr 2017-ci il tarixdən etibarən 23.10.2003-cü il təvəllüdlü X9 oğlunun və 19.05.2008-ci il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 136 manat, ümumilikdə 272 manat miqdarında alimentin Şəxs tutularaq X4 verilməsi qət edilmişdir. İşdə olan X1 ərizələri ilə və işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, tələbkar 2021-ci ilin dekabr ayına qədər aliment tələb etməmiş, həmin ilin dekabr ayında icra şöbəsinə müraciət etmiş, həmin vaxtdan isə borclu hər ay aliment ödəyir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, X9 oğlu tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. X9 oğlunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında icra idarəsinə çağırıldığı vaxtdan, yəni cari ilin yanvar ayından aliment ödədiyini və bu dövrə qədər isə tələbkarla bir yerdə yaşadığından tələbkarın ondan aliment tələb etmədiyini bildirmişdir. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1414/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1414/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver