Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1415/2024 28.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5698/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs qalıq 13400 manat borcu inzibati inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq 01 (bir) il keçməmiş yenidən ödəməkdən yayınır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5698/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 15800 (on beş min səkkiz yüz) manat pul vəsaiti tutularaq iddiaçı X1 ödənilməsi və cavabdeh Şəxs 137,4 (bir yüz otuz yeddi manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İcra sənədi icra olunması üçün xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul olunaraq tərəflərə göndərilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə məlumatlandırılmışdır. Tələbkar tərəfindən xx.xx.2023-cü il tarixli Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ərizə daxil olmuş və icra sənədinin icra edilməsi xahiş olunmuşdur. İcra sənədi üzrə puldan borclu tərəfindən 2400 manat ödəbilmiş, 13400 manat borc qalmışdır. xx.xx.2024-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və borclu 500 manat məbləğində inzibati cərimə olunmuşdur. Tələbkar qeyd olunan məhkəmə qərarı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbər şəxslərinə və digər dövlət orqanlarına müraciət edərək oğlunun şəhid və həyat yoldaşının İ qrup əlil olduğunu, Qax rayonunda yaşadığı üçün gəlib-gedə bilmədiyini bildirərək icra sənədinin icra olunmasını xahiş etmişdir. Həmçinin müraciətinə oğlunun şəhidliyi ilə bağlı müvafiq sənədlər də əlavə etmişdir. Borclunun barəsində axtarış verilmiş, polis əməkdaşı tərəfindən ona zəng olunmuş və o, bu gün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gəlmişdir. Onun izahatı alınmış və borcu tam ödəməyə imkanının olmadığını bildirmişdir. Ona görə də, borclu barəsində il ərzində təkrar olduğu üçün Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5698/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən ondan 15800 (on beş min səkkiz yüz) manat pul vəsaiti tutularaq iddiaçı X1 ödənilməsi və ondan 137,4 (bir yüz otuz yeddi manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bütün çağırışlara gəldiyini, yayınmadığını bildirmişdir. Dəfələrlə tələbkarın evinə gedərək bir dəfə 2500, daha sonra 3000 manat pul aparmış, lakin tələbkar qəbul etməmişdir. 2023cü ilin dekabr ayında borcdan 200 manat, 2024-cü ilin fevral ayında 2000 manat və inzibati məsuliyyətə cəlb olunduqdan sonra isə 200 manat pul ödəmişdir. Ümumi borcu 13400 manat təşkil edir. Hal-hazırda borcdan 5600 manat ödəmək iqtidarında olduğunu qalan borcu ödəmək üçün ona 01 (bir) ay vaxt verilməsini bildirdi. Himayəsində 02 (iki) azyaşlı uşağının olmasını və həmin azyaşlı uşaqlardan birinin xəstə olmasını nəzərə alaraq barəsində yüngül inzibati inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5698/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 15800 (on beş min səkkiz yüz) manat pul vəsaiti tutularaq iddiaçı X1 ödənilməsi və cavabdeh Şəxs 137,4 (bir yüz otuz yeddi manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5698/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat başlanılmış və borcluya icranı 10 (on) gün müddətində könüllü təmin edilməsi təklif olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə məlumatlandırılmış və imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-410/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində icra məmurunu, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və vəkilin çıxışını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.3-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kmi nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5698/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs qalıq 13400 manat borcu inzibati inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq 01 (bir) il keçməmiş yenidən ödəməkdən yayınır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində inzibati həbs inzibati tənbeh tədbiri tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 28 iyun 2024-cü il, saat 17:50-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili X3 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1415/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1415/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver