Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1416/2025 12.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, inzibati xəta haqqında iş üzrə materiallar natamamdır və işə baxılarkən onu tamamlamaq mümkün deyil. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs müddətdən artıq hərbi qulluqçudur. Materiallar məhkəməyə təqdim edilən vaxt da Şəxs hərbi qulluqçu olması, yaxud onun hərbi qulluqçu statusuna xitam verilməsi barədə iş materiallarına hər hansı sənəd əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hazırda da hərbi qulluqçu statusunun olub-olmamasını məhkəməyə təqdim edilmiş materiallara əsasən müəyyən etmək mümkün olmadığı işin məhkəmədə baxılması mükün deyil. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərbi qulluqçu statusu olduğu halda işə aidiyyəti üzrə hərbi məhkəmədə, qeyd edilən statusu olmadığı halda isə onun yaşyış yeri üzrə rayon (şəhər) məhkəməsində baxıla bilər. İş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin statusu hazırda dəqiq müəyyən edilmədiyindən işin məhkəmə aidiyyətini müəyyən etmək mümkün deyil. İcra məmuru tərəfindən qeyd edilən natamamlıq aradan qaldırıldıqdan sonra, yəni şəxsin hazırda da hərbi qulluqçu statusu olub-olmaması müəyyən edildikdən sonra tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti məhkəməyə təqdim edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1416/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1416/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver