Məhkəmə qərarları › İş №3(060)-1417/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1417/2024

01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1417/2024 01.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs-Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis mayoru Eldar Abdullayevin, Zərərçəkmiş şəxs X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində ünvan 2 ünvanında arvadı X1 əlinin bilək hissəsindən tutub sıxaraq xəsarət yetirməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında 5-ci PB-nin sahə rəisi, polis polis Eldar Abdullayev protokolda göstərilənlərə uyğun izahat verərək, tərəflərin barışmasın nəzərə alaraq qanunamaüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, Sərfinaz Qasımova onun arvadıdır, onlar 2008-ci ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından iki övladları vardır. O, spirtli içki aludəçisidir, bu səbəbdən aralarında tez-tez mübahisələr yaranır. Sonuncu dəfə 08 aprel 2024-cü il tarixdə, saat 12 radələrində Sərfinazın yaşadığı ünvana getmiş, aralarında yenidən mübahisə yaranmış, spirtli içkinin təsiri altında olduğundan sonuncunun sağ əlinin bilək hissəsindən tutub sıxmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. İcraata xitam veriməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. İnzibati xətanın törədilməsində özünü təqsirli bilir, icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, Şəxs onun əridir, onlar 2008-ci ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından iki övladları vardır. Vüsal spirtli içki aludəçisi olduğundan aralarında tez-tez mübahisə yaranır. Sonuncu dəfə 08 aprel 2024-cü il tarixdə, saat 12 radələrində anasının yaşadığı ünvanda olarkən Vüsal ora gəlmişdir. Vüsalın yenə də spirtli içki qəbul etdiyini görmüş, onu evdən çıxartmaq istəmiş, bu zaman aralarında münaqişə yaranmış, Vüsal sağ əlinin bilək hissəsindən tutub sıxaraq ona xəsarət yetirmişdir. Hazırda Şəxsla barışmış, ona qarşı heç bir tələbi yoxdur, icraata xitam veriməsini xahiş edir. Zərərçəkmiş şəxs Sərfinaz Qasımova ərizə ilə məhkəməyə müraciət edərək Şəxslə barışdığını, ona qarşı heç bir tələbinin olmadığını bildirərək icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Ramin Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan MTE və PA X5 Şəxsindən daxil olmuş 575 saylı, xx.xx.2024cü il tarixli ekspert rəyindən aydın olur ki, Sərfinaz Qasımovanın bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ mil-bilək nahiyyəsinin qançırı. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəaitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığıa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməmişdir. Xəsarətin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialı proses iştirakçılarının izahatı ilə birlikdə araşdıraraq, tərəflərin barışdığını nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-nin 39.1, 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar