Məhkəmə qərarları › İş №3(060)-1419/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1419/2024

29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1419/2024 29.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərarından şikayət verilən AR ƏƏSMN yanında X14 Xidmətinin baş məsləhətçisi X7 Qərardan şikayət verən şəxs X1 müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası ƏƏSMN yanında X14 Xidməti X2 xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası ƏƏSMN yanında X14 Xidməti X2 xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1700 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Oqtay Niftəliyev şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, “Etilen-Polietilen” zavodunun keçmiş işçisi X12 ilə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verildiyi üçün o, qeyd olunan haldan narazı qalaraq, DƏMX-nin Abşeron-Xızı regional şəbəsinə müraciət etmişdir. “Etilen-Polietilen” zavodunun direktoru tərəfindən X10 qarşı heç bir haqsızlıq edilməmiş, qanun pozuntusuna yol verilməmişdir. 13 iyun 2023-cü il tarixində saat 10:50 radələrində “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsində yerləşən (V =600 m3, D=10500 mm) E-3/1 tutumunda yanğın hadisəsi baş vermiş, sahə işçiləri tərəfindən dərhal yanğınsöndürmə vasitələrindən istifadə olunmuş, tutumun üzərindəki su çiləyicilər, eləcə də yanğınsöndürən lafet lülələri işə salınmış və paralel olaraq FHN-nə məlumat verilmişdir. Yanğın 19:30 radələrində tam söndürülmüşdür. Baş vermiş hadisənin səbəb və şəraiti SOCAR-ın 14 iyun 2023-cü il tarixli 14-2/3-1İ-76/2023 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən araşdırılmış və bu barədə 10 iyul 2023-cü il tarixli texniki təhqiqat haqqında akt tərtib edilmişdir. Komissiya SOCAR-dan daxil olan əmr və qərarların icra edilməməsi, əməliyyatların təlimata uyğun həyata keçirilməməsi, yerinə yetirilən əməliyyatlar üzrə nəzarətin həyata keçirilməməsi, qaydaların, prosedurların və təlimatların tələblərinə riayət edilməməsinə və risklərin reallaşmasında iştirak etdiklərinə görə hadisənin baş verməsinə cavabdeh olan məsul şəxslər barədə rəy vermişdir. Zavod rəhbərliyi araşdırma komissiyasının rəyinə uyğun olaraq yanğın hadisəsinin baş verməsinə görə günahkar hesab edilmiş bir sıra işçilərin, o cümlədən 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini X17 Məcəlləsinin 70-maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilməsi üçün 14-2-3-1/3-6-846/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla zavod Həmkarlar İttifaqı Komitəsinə müraciət etmişdir. HİK-in RH-nin 114 nömrəli, xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini Sabir Qənbərov xəstəliyi ilə əlaqədar işə çıxmadığına görə barəsində intizam tənbehi tədbiri görülməsi məsələsinə işə çıxdıqdan sonra baxılması qərara alınmışdır. Qənbərov Sabir xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xəstəlik vərəqində olmuş, xx.xx.2024-cü il tarixində işə çıxmışdır. Sabir Qənbərov zavodun Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixində keçirilən iclasına dəvət edilmiş və iclasda iştirak etmişdir. HİK-in RH-nin 133 nömrəli, xx.xx.2024-cü il tarixli iclas protokoluna əsasən Sabir Qənbərovun ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilmişdir. HİK-in razılığı alındıqdan sonra zavod üzrə verilmiş xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3-1İ-198/2024 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən Sabir Qənbərov işdən azad edilmişdir. Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin məcəllənin 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və həmin maddənin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 12-ci bəndində göstərilmişdir ki, həmkarlar ittifaqları təşkilatları (birlikləri) əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən İşçilərin nümayəndəli orqanıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, işçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər; həmin məcəllənin 80-cı maddəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi, Sabir Qənbərovla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər əsas olmuş və əmrin verilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə tam riayət olunmuşdur. Barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* nömrəli protokolda və işin digər materiallarında mənim Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyimin təsdiq edildiyi göstərilmiş, lakin həmin sənədlərin nədən ibarət olması və nədə ifadə olunması ilə bağlı hər hansı qeyd aparılmamışdır. Həmçinin həmin sənədlər mənə təqdim və elan edilməmişdir. Habelə, idarə tərəfindən təqdim olunmuş sənədlərlə tam əksinə olaraq mənim Əmək Məcəlləsinin tələblərini pozmadığım tam sübut olunur, hər hansı qanunvericilik normasının pozulmadığını, hazırki iş üzrə inzibati xəta hadisəsinin olmadığını sübut edir. Bundan başqa, 14 iyun 2024-cü il tarixdə keçirilən iclasda o bir daha sənədlərin diqqətlə araşdırılmasını, həmin sənədlərlə hazırki iş üzrə heç bir inzibati xəta hadisəsinin olmamasını, həmin faktla bağlı Sabir Qənbərovun iddia ərizəsi ilə mülki qaydada məhkəməyə müraciət etdiyini və hazırda həmin işin məhkəmənin icraatında olduğunu, Qənbərovun qabaqlayıcı tədbir kimi hüquqdan sui-istifadı etməklə hazırki şikayətlə müraciət etdiyini bildirmişdir. Barəsində tərtib olunmuş inzibati iş üzrə tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuş, yalnız Qənbərovun izahatı əsasında heç bir sübuta söykənməyən, səthi araşdırma aparılmaqla qərar qəbul edilmişdir. Beləliklə, “Etilen- Polietilen” zavodunun direktoru Oqtay Niftəliyev tərəfindən Əmək Məcəlləsinin əmək qanunvericiliyinin tələblərinin pozulması halı olmadığından, bununla da “Etilen-Polietilen” zavodunun direktoru X1 hərəkətlərində hər hansı inzibati xəta hadisəsi olmadığından, İXM-nin 192.6-cı maddəsinə əsasən inzibati xətaya dair işlər üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Oqtay Niftəliyevin müdafiəçisi Vəkil şikayət ərizəsinə uyğun izahat verərək bildirdi ki, müəssisədə yanğın hadisəsi 13 iyun 2023-cü il tarixdə baş vermiş, Sabir Qənbərov xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xəstəlik vərəqəsin də olmuşdur. xx.xx.2024-cü il tarixində işə çıxmışdır. Qənbərov Sabir “Etilenpolietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixində keçirilən iclasına dəvət edilmiş və iclasda iştirak etmişdir. HİK-in RH-nin 133 nömrəli, xx.xx.2024-cü il tarixli iclas protokoluna əsasən X8 Azərbaycan Respublikası ƏMnin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilmişdir. Bildirir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə işəgötürən tərəfindən 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olunduğu işçilərdən biri də əmək qabiliyyətini müvəqqəti itirən işçilərdir. Bu səbəbdən müəssisə tərəfindən Sabir Qənbərovun işə çıxması gözlənilmiş, sonuncu xx.xx.2024-cü il tarixdə işə çıxmış, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsində qeyd olunmuş bir aylıq müddət bitməmiş işçi inzitam tənbehi qaydasında işdən azad edilmişdir. Hesab edir ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsində qeyd olunan 6 aylıq müddət bitməmiş, belə ki, işçi Sabir Qənbərov araşdırma aparılan müddətdə, təxminən 09 ay xəstəlik vərəqəsində olmuş, bu səbəbdən Əmək Məcəlləsinin tələblərinə əsasən sonuncunun əmək müqaviləsinə xitam verilə bilməmişdir. Hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən Əmək Məcəlləsinin tələblərinə tam riayət edilmişdir. Qeyd olunanların nəzərə alınmasını, şikayətin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən AR ƏƏSMN yanında X14 Xidmətinin baş məsləhətçisi X13 bildirdi ki, X8 X14 Xidmətinə daxil olmuş müraciəti əsasında araşdırılma aparılmış, araşdırma zamanı Oqtay Niftəliyev tərəfindən X17 müqaviləsinə xitam verilən zaman Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinin tələblərinin pozulması faktı aşkar edilmişdir. Belə ki, Həmin Maddənin 3-cü hissəsinə görə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Hazırkı iş üzrə isə müəssisədə yanğın hadisəsi 13 iyun 2023-cü il tarixdə baş vermiş, X17 müqaviləsinə isə təxminən 09 ay sonra-yəni 12 mart 2024-cü il tarixdə xitam verilmişdir. Bildirir ki, işçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt da həmin altı aylıq müddətə aiddir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsində müəyyən edilmiş altı aylıq müddət son müddətdir. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt isə yalnız Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsində qeyd olunan müddətə aid deyildir. Qeyd edir ki, X4 barəsində idarə tərəfindən qəbul edilmiş və mübahisələndirilən qərar tam qanuni qəbul edilmişdir, bu səbəbdən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaq zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: 13 iyun 2023-cü il tarixində saat 10:50 radələrində “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsində yerləşən (V =600 m3, D=10500 mm) E-3/1 tutumunda yanğın hadisəsi baş vermişdir. Sahə işçiləri tərəfindən dərhal yanğınsöndürmə vasitələrindən istifadə olunmuş, tutumun üzərindəki su çiləyicilər, eləcə də yanğınsöndürən lafet lülələri işə salınmış və paralel olaraq Fövqəladə Hallar Nazirliyinə məlumat verilmişdir. Yanğın 19:30 radələrində tam söndürülmüşdür. Baş vermiş hadisənin səbəb və şəraiti SOCAR-ın 14 iyun 2023-cü il tarixli 14-2/3- 1İ-76/2023 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən araşdırılmış və bu barədə 10 iyul 2023-cü il tarixli texniki təhqiqat haqqında akt tərtib edilmişdir. Komissiya SOCAR-dan daxil olan əmr və qərarların icra edilməməsi, əməliyyatların təlimata uyğun həyata keçirilməməsi, yerinə yetirilən əməliyyatlar üzrə nəzarətin həyata keçirilməməsi, qaydaların, prosedurların və təlimatların tələblərinə riayət edilməməsinə və risklərin reallaşmasında iştirak etdiklərinə görə hadisənin baş verməsinə cavabdeh olan məsul şəxslər barədə rəy vermişdir. Zavod rəhbərliyi araşdırma komissiyasının rəyinə uyğun olaraq yanğın hadisəsinin baş verməsinə görə günahkar hesab edilmiş bir sıra işçilərin, o cümlədən “Etilen-polietilen” zavodunun 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini X8 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilməsi üçün 14-2-3-1/3-6-846/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla zavod Həmkarlar İttifaqı Komitəsinə müraciət etmişdir. HİK-in RH-nin 114 nömrəli, xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini X12 xəstəliyi ilə əlaqədar işə çıxmadığına görə barəsində intizam tənbehi tədbiri görülməsi məsələsinə işə çıxdıqdan sonra baxılması qərara alınmışdır. Qənbərov Sabir xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xəstəlik vərəqində olmuş, xx.xx.2024-cü il tarixində işə çıxmışdır. “Tibbi ərazi X3” PHŞ “Sumqayıt Tibbi Mərkəzi” PHŞ-nin 07 mart 2024-cü il tarixli, 18-1-66/2-430/2024 saylı məktubunda qeyd olunmuşdur ki, xx.xx.1961-ci il təvəllüdlü Sabir Qənbərova xx.xx.2023-cü il tarixdən “Bronxial astma atopik forma” diaqnozu ilə 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi tərəfindən X9 Vərəqəsi açılmışdır. Qənbərov xx.xx.2024-cü il tarixdə “Qarışıq astma, bronxial astma, infeksion alergik forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi. Xoroniki respirator çatışmazlıq. Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu. TÇ İİİ dərəcə” diaqnozu ilə İİ qrup əlilllik təyin olunmuş, xx.xx.2024-cü il tarixdən X6 Vərəqəsi bağlanaraq işə yazılmışdır. Qənbərov Sabir “Etilen-polietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixində keçirilən iclasına dəvət edilmiş və iclasda iştirak etmişdir. HİK-in RH-nin 133 nömrəli, xx.xx.2024-cü il tarixli iclas protokoluna əsasən o, ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilmişdir. HİK-in razılığı alındıqdan sonra zavod üzrə verilmiş xx.xx.2024-cü il tarixli, 14-2-3- 1/3-1İ-198/2024 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən Sabir Qənbərov işdən azad edilmişdir. İş materiallarından görünür ki, 23 iyun 2023-cü il tarixdə Sabir Qənbərovun izahatı alınmışdır. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası ƏƏSMN yanında X14 Xidməti X5 tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 192.6-ci maddəsinə İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-nin 130.1-ci maddəsinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.2-ci maddəsinə görə qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün həmin qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. İşin məhkəmə tərəfindən müyyən edilmiş hallarından görünür ki, işəgötürən tərəfindən işçi barəsində intizam tənbehi intizam xətasının törədildiyi gündən 9 ay vaxt keçdikdən sonra verilmişdir. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin İ hissəsinə görə İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Maddənin İİİ hissəsinə görə İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Göründüyü kimi hazırkı iş üzrə bədbəxt hadisə 13 iyun 2023-cü il tarixdə baş vermiş, işəgötürən Oqtay Niftəliyev tərəfindən işçi X17 müqaviləsinə təxminən 09 ay sonra xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin İİİ hissəsində qeyd olunan 06 aylıq müddət imperativ qaydada müəyyən edilmiş müddətdir ki, həmin müddətdən sonra işçinin barəsində intizam tənbehinin verilməsi birbaşa istisna edilmişdir. İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, məhz həmin müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. X11 Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 28 mart 2023-cü il tarixli qərar) Bundan başqa iş materiallarından görünür ki, işçi Sabir Qənbərovun xəstəlik vərəqəsində olmadığı 23 iyun 2023-cü il tarixdə müəssisə tərəfindən sonuncunun izahatı alınmış, lakin hansısa səbəbdən həmin vaxt barəsində heç bir tədbir görülməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Oqtay Niftəliyevin inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün İXM-nin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikasının İXM-nin 192.6-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Azərbaycan ƏƏSMN yanında X14 Xidməti X2 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar