Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-142/2021 25.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Məmmədovun sədirliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin MN № ******* saylı, 15 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsinə dair Cəbiyev Nahid Vahid oğlu tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: Cəbiyev Nahid Vahid oğlu Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərib edilmiş MN № ******* saylı, 15 noyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərib edilmiş MN № ******* saylı, 15 noyabr 2020-ci il tarixli qərarından Cəbiyev Nahid Vahid oğlu tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərardan görünür ki, həmin qərar 15 noyabr 2020-ci il tarixdə qəbul olunmuş və qərarın sonunda qərardan şikayət vermə qaydası və müddəti izah olunmuşdur. Qərardan verilmiş şikayətdən isə görünür ki, həmin şikayət 18.12.2020-ci il tarixdə məhkəməyə daxil olunmuşdur. Cəbiyev Nahid Vahid oğlu tərəfindən şikayətə mübahisələndirilən qərarın ona nə vaxt təqdim olunmasına dair sənəd əlavə edilməmiş və məhkəməyə qərardan şikayət vermə müddətinin bərpasına dair vəsatətlə müraciət olunmamışdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərib edilmiş MN № ******* saylı, 15 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsinə dair Cəbiyev Nahid Vahid oğlu tərəfindən verilmiş şikayət ərizəsi və şikayət ərizəsinə əlavə olunmuş sənədlər geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-142/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-142/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver