Məhkəmə qərarları › İş №3(060)-1420/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1420/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1420/2024 02.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayit Şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 528.1-ci maddəsində qeyd olunan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* saylı protokol Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Protokolu tərtib etmiş Sumqayıt Şəhəri üzrə İcra İdarəsi icra məmuru Kənan Məhərrəmov 02 iyul 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək tərəflərin razılığa gəldiklərini nəzərə alaraq protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə Sumqayıt Şəhəri üzrə İcra İdarəsi icra məmuru Kənan Məhərrəmov oğlunun ərizəsini nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizənin təmin edilməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar