Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1424/2023 31.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ X15 Şöbəsinin YNH üzrə inspektoru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə, Zəngilan ray., Mincivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:45-də idarə etdiyi Toyota Prius (Hibrid) markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman Sumqayıt şəhəri, Niyazi küçəsində yerləşən Oba marketin qarşısında dayanmış Toyota Prius (Hibrid) markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, zərbənin təsirindən həmin avtomobil qarşıda dayanmış “Tofaş Şahin” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. X9 (Hibrid) markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2, “Tofaş Şahin” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 maddi ziyan dəymişdir. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X14 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X12 YNH üzrə inspektoru X3 tərtib edilmiş protokola uyğun izahat verərək, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, 25 may 2023-cü il tarixdə axşam saatlarında dostları ilə bir qədə spirtli içki olan araq və pivə içdikdən sonra Toyota Prius (Hibrid) markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək idarə etmişdir. Bu zaman Sumqayıt şəhəri, Niyazi küçəsində hərəkətdə olan zaman Oba marketin qarşısında dayanmış Toyota Prius (Hibrid) markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, zərbənin təsirindən həmin avtomobil qarşıda dayanmış “Tofaş Şahin” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə zamanı spirtli içkinin təsiri altında olduğu üçün marketin qarşısında dayanmış Toyota Prius (Hibrid) markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobili görməmişdir. Hadisə zamanı “Tofaş Şahin” markalı, **- KS-*** dövlət qeydiyyat nişanlı avtomobil yol kənarına quraşdırılmış qaz boru kəmərinə dəyib dayansa da, həmin kəmərlərə heç bir zərər dəyməmişdir. Bildirir ki, Toyota Prius (Hibrid) markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan sığorta tərəfindən ödənilmiş, “Tofaş Şahin” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan isə özü tərəfindən aradan qaldırılmışdır. Hazırda heç bir avtomobil mülkiyyətçisi ondan şikayətçi deyildir. Əməlindən peşmandır, təqsirini etiraf edir, qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, A/3356 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 03:30-da müayinə olunmuş və alkoqol sərxoşluğu vəziyətində olması faktı aşkar edilmişdir. Alkoqol sərxoşluğu dərəcəsi 0.586 %dir. İş materiallarında olan ərizələrin surətindən görünür ki, zərərçəkmiş şəxslər X5 və X7 bildirmişlər ki, onlara dəymiş ziyan ödənildiyindən Şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından görünür ki, Şəxs Qanunun göstərilən tələblərini pozaraq, avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmiş və hadisə nəticəsində xəta nəticəsində zərər çəkmiş şəxslərə maddi zərər vurulmuşdur. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə, iş materiallarında olan digər sənədlərlə, o cümlədən məhkəmə iclasında etirafedici izahatı ilə öz təsdiqini tapır. Odur ki, Şəxs nəqliyyat vasitəsini sərxoş idarə etdiyinə görə və xəta nəticəsində zərər çəkmiş şəxslərə maddi zərər vurduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, Samir Mütəllimovda aşkar edilmiş alkoqolun miqdarı 0.586 % olduğundan, hadisə nəticəsində zərər çəkmiş şəxslərə maddi zərər vurulduğundan o, AR İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib, tənbeh edilməlidir. AR İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasının məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən olunmadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 23.3-cü maddəsinə görə Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə Fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 27.2.-ci maddəsinə görə Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1424/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1424/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver