Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1424/2024 01.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ YPX inspektoru, polis serjantı X4, Qərardan şikayət vermiş şəxs Nağıyev Fərid Rövşən oğlunun iştirakı ilə, Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından X8 Rövşən oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X8 Rövşən oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2.3-cü maddəsi ilə Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməklə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Nağıyev Fərid Rövşən oğlu ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Dövlət Yol Polis X13 Xidmətinin 04 iyun 2024-cü il tarixli inzibati xəta barədə qərarı ilə o, AR İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 150 manat cərimə olunmuşdur. Yanlış tərtib edilən protokolda qeyd edilib ki, müəyyən edilmişdir ki, guya o, Nağıyev Fərid Rövşən xx.xx.2024-cü il tarixdə, saat 21:45də Koroğlu küçəsi ərazisində VAZ21074 minik, markalı 10OG441 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması yaxud tormoz və sükan idarə sisteminin əvəz olunması səbəb olan dəyişikliklər edilməsi nəticəsində Nağıyev Fərid Rövşən oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətam törətdiyinə görə, barəsində 150 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Qeyd edir ki, o, Nağıyev Fərid Rövşən oglu Azərbaycan Respublikası İXM-nin tələblərində göstərilən heç bir qaydanı pozmamışdır. Yanlış Protokol tərtib ediblər. Guya o, nəqliyyat vasitəsini idarə edərkən qayda pozmuşdur, bu yalandir, nəqliyyat vasitəsi idarə olunmayan vəziyyətdə olub. Heç bir səbəb göstərilmədən yaxınlaşıb nəqliyyat vasitəsini Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İspektoru tərəfindən X7 Asim duracağa aparılıb. Bu hadisəyə X2, X5 və X3 da canlı şahiddirlər. Onların qanunsuz hərəkətlərindən narazı qalaraq bu ərzəni yazmağa məcbur olmuşdur. Hər iki valideyni 2-ci qrup əlildir, özü Qarabağ iştirakçısıdır. Onların qanunsuz hərəkətlərindən narazı qalaraq məcbur olub məhkəməyə müraciət edir. Hesab edir ki, o, Nağıyev Fərid Rövşən oglu heç bir qayda pozuntusuna yol verməmişdir. Ona görə də qanunsuz olan müvafiq qərar ləğv olunmalıdır. Sumqayıt şəhər Dövlət Yol Polis X13 Xidmətinin 04 iyun 2024-cü il tarixli inzibati xəta barədə qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta işi üzrə icraata onun əməlində inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Nağıyev Fərid Rövşən oğlu şikayət ərizəsini müdafiə edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə təxminən axşam saat 10-a qalmış radələrdə Sumqayıt şəhəri, Çerkassi küçəsində avtoyuma məntəqələri olan ərazidə dostunun avtomobili yuyulan zaman o da avtomobilini yolun kənarında saxlayaraq dayanmış, bu zaman Cavid adlı yol polis əməkdaşı yaxınlaşmış, avtomobilin axtarışda olduğunu bildirmiş, həmin polis əməkdaşı getmiş və başqa polis əməkdaşlarının yaxınlaşacağını bildirmiş, daha sonra iki nəfər inspektor yaxınlaşmış, onlar da avtomobilin axtarışda olduğunu bildirmişlər. Dəfələrlə soruşmasına baxmayaraq ona avtomobilin nə üçün axtarışda olduğunu deməmişlər və özünün gedib öyrənməsini bildirmişlər. O da heç bir tabesizlik göstərmədən avtomobili təqdim etmiş və avtomobili duracağa təmin olunmuşdur. 3-4 dəfə oraya getdikdən sonra ona Fərid adlı əməkdaş avtomobilə müdaxilə etdiyini bildirmişdir. O da avtomobilə baxış keçirilmədiyini və avtomobil duracağa gətirilən zaman ona səbəb deyilmədiyini, qanunsuzluq olduğunu bildirmiş, bu zaman ona şikayət etməsini demişlər. Bir-iki saatdan sonra ona sms-radar tətbiqi vasitəsi ilə cərimə protokolu gəlmişdir. O da həmin protokolu əldə edərək məhkəməyə şikayət etmişdir. Avtomobilə heç bir müdaxilə olunmamış və avtomobildə heç bir konstruksiya dəyişikliyi yoxdur. Məhkəmədən şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X9 bildirdi ki, Sumqayıt şəhəri, Çerkassi küçəsində həmin şəxsə yaxınlaşmışlar. Avtomobilə baxmışlar. Avtomobilin arxa təkər hissəsində zavod üsulu ilə 10 halqa olmalıdır, lakin həmin halqanın bir yarım hissəsi kəsilmişdir ki, bu da avtomobilə müdaxilə hesab olunur. Məhkəmə tərəfindən avtomobilə baxış keçirilərkən o da 10 halqanın yerində olmasını müşahidə etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi Dövlət X14 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından görünür ki, Nağıyev Fərid Rövşən oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X14 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vətəndaş tərəfindən nəqliyyat vasitəsinə hər hansı müdaxilə edilməsi sübuta yetirilmir. Belə ki, məhkəmə tərəfindən qeyd olunan VAZ 21074 minik markalı, 10-OG441 dövlət qeydiyyat nişanlı avtomobilə yerində baxış keçirilmiş və avtomobilin ağırlıq mərkəzinin pozulmasına səbəb olan hər hansı dəyişikliyin edilməsi müşahidə olunmamış, bu barədə videogörüntü qeydə alınaraq iş materiallarına əlavə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş, nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar. Həmin Qanunun 30-cu maddəsinin İİ hissəsinin 3-cü bəndində əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Nağıyev Fərid Rövşən oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Nağıyev Fərid Rövşən oğlunun şikayəti təmin edilsin. Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1424/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1424/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver