Məhkəmə qərarları › İş №3(060)-1426/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1426/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1426/2025 12.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə xx.xx.1965-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə MN ******* seriya №-li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində 16-cı mikrorayon ərazisində yerləşən “Ayta” marketdən 2 ədəd yapışqan lent, 1 ədəd kley, 1 ədəd alça sousu oğurlamış, nəticədə o, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 4-cü PB tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs 4-cü PB-nin sahə rəisi Cəlal Rəhimli tərtib etdiyi protokolun məzmununa uyğun izahat verərək eyni zamanda bildirmişdir ki, hazırda Şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmiş və barışmışlar. Bu barədə zərərçəkmiş şəxs müvafiq ərizə yazmışdır. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, o, yaşadığı evin təmir işləriylə əlaqədar olaraq, divar kağızını yapıştırmaq üçün yapışqan lentə və kleyə ehtiyac duymuş, bu səbəbdən o, 16-cı mikrorayon ərazisində yerləşən “Ayta” marketdən 2 ədəd yapışqan lent, 1 ədəd kley və 1 ədəd alça sousunu oğurlamışdır. Qeyd edir ki, protokol məhkəməyə daxil olanadək o, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmiş aralarında barışıq əldə edilmişdir. Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi qalmamışdır. Əməlindən peşmandır, bir daha bu kimi əməllərə yol verməyicəyinə söz verir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, hazırda Şəxs ona vurulmuş ziyanı tam ödəmiş, barışmışlar, odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək, bu barədə yazmış olduğu ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində protokol tərtib edilmiş şəxs Şəxs vəkili Vəkil müvəkkili ilə zərərçəkmiş şəxs arasında barışıq əldə edilməsini, vurulmuş ziyanın ödənilməsini nəzərə alaraq inzibati xəta hqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00-də tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 12:00-da MSY-dən azad edilmişdir. İlkin araşdırma zamanı Şəxs izahat verərək törətmiş olduğu əməli etiraf etmişdir. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tərəflərin izahatı ilə tam təsdiq edilir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin Qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, zərərçəkmiş şəxsə vurulmuş zərər tam olaraq ödənilmiş və barışmışlar, sonuncunun Salmova heç bir şikayət və tələbi qalmamış, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 39.2 və 114.1.4-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar