Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1428/2025 12.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 kirayədə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025ci il tarixli, MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-3051/2024-015 nömrəli icra sənədinə əsasən borclu Şəxs 530 manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu üzrsüz səbəbdən ödənişi icra etməmiş, nəticədə 530 manat borcu qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-2357/2024 nömrəli icra sənədinə əsasən Şəxs 7344 manat pul tutularaq X5 ödənilməlidir. Borclu üzrsüz səbəbdən heç bir ödəniş etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin protokollara baxılması bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3051/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 580 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Sözügedən icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanmış, tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Sözügedən icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Borclu icra sənədini üzrsüz səbəbdən icra etməmiş, nəticədə 530 manat borcu qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2357/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 7344 manat məbləğində maddi ziyanın əvəzi alınaraq iddiaçı X5 verilməlidir. Sözügedən icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlanmış, tələbin könüllü crası haqqında bildiriş borcluya göndərilmişdir. Həmin icra sənədi üzrə borclu üzrsüz səbəbdən heç bir ödəniş etməmişdir. Qeyd edilənlərə əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında ona dəymiş zərərdən 50 manat məbləğində ödəniş edildiyini bildirmiş, vurulmuş zərərin tam şəkildə ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 bildirmişdir ki, hadisə vaxtı 18 yaşına çatmamış fiziki qabiliyyəti məhdudlaşmış uşağı onun avtomobilində olmuşdur. Şəxs 2022-ci ilin avtomobilini 2023-cü ilin fevral ayında vurmuşdur. Borclu hər hansı bir sexdə avtomobilin detallarını düzəltdirmək istəmiş, lakin o, buna razı olmamışdır. Onun avtomobili düzəlməlidir. Əks təqdirdə uşağının aparılıb gətirilməsini təmin edə bilmir. Borclu imkansızlıqdan şikayət etsə də, onun mülkiyyətində “Mazda” markalı avtomobil olmuşdur, o, həmin avtomobilin üzərinə həbs qoyulması barədə məhkəməyə müraciət etsə də, məhkəmə ərizəni təmin etməmiş, daha sonra Şəxs həmin avtomobili başqa adamın adına keçirmişdir. Lakin, avtomobili özü idarə edir. O, öz haqqını tam şəkildə tələb etdiyini bildirmiş, ona dəymiş zərərin ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, əməlin törədilməsində özünü təqsirli bilir. Hadisə 2024cü ilin fevral ayında baş vermişdir. Bu qədər borcu olduğundan mülki məhkəmə prosesi zamanı məlumatı olmuşdur. Hadisə belə baş vermişdir ki, o, A.Süleymanovanın avtomobilini vurmuş, A.Süleymanova da “Prius” markalı maşına dəymişdir. Hadisə baş verən anda “Prius” markalı maşının sahibi ondan yalnız 100 manat xərc tələb etmişdir. Lakin, həmin zaman üzərində 100 manat olmadığından xərci ödəyə bilməmişdir. Daha sonra iş məhkəməyə getmişdir. Tələb edilən 100 manat məbləğ 500 manat olmuşdur. İş üzrə ekspertiza təyin edilməsi tələb edilmiş, qətnamədən apellyasiya şikayəti verilmişdir. Qətnamə dəyişdirilmədən saxlanmışdır. Hal-hazırda işsiz olduğundan borcunu ödəyə bilmədiyini, mülkiyyətində heç bir əmlakı olmadığını, iş üzrə borcun hissə-hissə ödənilməsi barədə məhkəməyə müraciət etmək istədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)- 3051/2024 nömrəli icra sənədinə əsasən borclu Şəxs 580 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)- 3051/2024 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3051/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icrasına dair bildiriş Şəxs xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. xx.xx.2025-ci ildə borclunun axtarışı haqqında qərara əsasən Şəxs barəsində axtarış elan edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2357/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 7344 manat məbləğində maddi ziyanın əvəzi alınaraq iddiaçı X5 verilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli icraata başlama haqqında qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2357/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2357/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icrasına dair bildiriş Şəxs xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron icra” informasiya sistemindən əldə edilən məlumata əsasən Şəxs məxsus əmlak müəyyən olunmamışdır. Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2003cü il təvəllüdlü X4, xx.xx.2001-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X13 adlı uşaqları var. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədləri üzrə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. Borclu icra sənədlərini icra etməmiş və məhkəmə iclasında izahatında işləmədiyi üçün borcunu ödəyə bilmədiyini qeyd etmişdir. Lakin, tələbkarlar isə borcun tam ödənilməsini tələb etmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs himayəsində bir azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-1428/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1428/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver