Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1429/2022 01.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi polis baş leytenantı X2, zərərçəkmiş hüquqi şəxsin nümayəndə X3 və X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 01 iyun 2022-ci il tarixli MN seriyalı ******* №li və 01 iyun 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 15.05.2022-ci il tarixdən 24.05.2022-ci il tarixədək müddətdə vətəndaş X4 məxsus Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən bağ sahəsinin hasarına bitişik su sayğacı vətəndaş Şəxs tərəfindən oğurlanmış, nəticədə 88,00 manat ziyan dəymişdir; Şəxs 16.04.2022-ci il tarixdə gecə saatlarında Yaşma yaşayış massivində yerləşən X7 məxsus bağ sahəsindən 2 ədəd hinduşka və 12 ədəd toyoğunu oğurlayaraq 100,00 manat ziyan dəymişdir. Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 01 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qərardadı ilə Şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-1428/2022 və 3(060)-1429/2022 №li işlər bir icraatda 3(060)-1428/2022 nömrə ilə birləşdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-1428/2022 və 3(060)-1429/2022 №li işlər bir icraatda 3(060)-1428/2022 nömrə ilə birləşdirilsin. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1429/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1429/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver