Məhkəmə qərarları › İş №3(060)-1430/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1430/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1430/2023 19.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, qərardan şikayət vermiş X3 iştirakı ilə, Şamaxı Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin 21 may 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Şamaxı Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul edilmiş 21 may 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayətində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Hundai Matrix minik” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şamaxı şəhərinə ailəsi ilə istrahətə yollanmışdır. Şamaxının bazar deyilən ərazisindən çıxarkən Şamaxı DYP əməkdaşları X2 və digər adını bilmədiyi əməkdaş yaxınlaşaraq kobud şəkildə bildirmişdir ki, ona protokol yazılacaq, səbəbini soruşduqda isə ona bildidilər ki, avtomobili avtobus dayanacağında saxlamışdır. O, buna etirazını bildiribmişdir ki, bura dayanacaq deyildi, heç bir 346-2, 5.12 və 5.13 yol nişanları mövcud olmadığını bildirmişdir. Polis əməkdaşı ailəsinin yanında onunla kobud şəkildə davranaraq əraziyə PPX-nın əməkdaşlarını cəlb edəcəyini demişdir. Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında cərimə qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. X5 tərəfindən verilmiş şikayət 31 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Şikayətə baxılması 09 iyun 2023-cü il tarixə təyin edilmişdir, lakin inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs məhkəmə iclasına gəlmədiyindən işin baxılması 19 iyun 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Şamaxı Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 ərizə ilə məhkəmənin E-mail ünvanına müraciət edərək işə onun iştirakı olmadan baxıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X5 məhkəməyə foto şəkilləri təqdim edərək və şikayətinə uyğun izahat verərək barəsindəki 21 may 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək, məhkəməyə təqdim olunmuş foto və DVD diskdə qeydə alınmış görüntüyə baxaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X5 barəsində 21 may 2023-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən 21 may 2023-cü il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X5 barəsində İXM-nin 346.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 40,00 manat məbləğində cərimə olunmuşdur. Məhkəmənin E-mail ünvanına 09 iyun 2023-cü il tarixdə Şamaxı Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 ərziə ilə müraciət edərək bildirmişdir ki, tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixdi inzibati tənbeh vermə haqqında qərardan X6 şikayat vermiş və şikayətə baxılması xx.xx.2023-cü il tarixdə saat 11:00-a təyin olunmuşdur. Qeyd olunan tarixdə və vaxtda məhkəmə iclasında üzrlü səbəbdən iştirak ede bilməyəcək, lakin X6 tərəfindən İXM-nin 346.2-ci maddəsinin tələblərini pozulmasını əks etdirən video görüntüləri E-mail vasitəsilə məhkəməyə təqdim olunması üçün Elektron ünvan 1 və Elektron ünvan 2 ünvanlarına göndərərək işə onun iştirakı olmadan baxıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsaslardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İİİ bəndinin 7-ci hissəsinə əsasən dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda durmağa icazə verilir. (5.12 yol nişanı avtobusun və ya trolleybusun dayanacaq yeri) “Hundai Matrix minik” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 xx.xx.2023-cü il tarixdə saat 10:56-da (Şamaxı şəhərində) İXM-nin 346.2-ci maddəsinin tələblərini pozmuşdur. Şamaxı Rayon Polis Şöbəsinin DYPB-nin 21 may 2023-cü il tarixdə TP ******* №li qərarı ilə X3 40,00 (qırx) manat cərimə olunması qərara alınmışdır. Məhkəmə iclasında şikayətçi tərəfindən məhkəməyə təqdim edilən şəkillərə və iş materialında olan diskə baxılarkən “Hundai Matrix minik” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacağı qarşısında saxlaması müəyyən edilmişdir. X3 İXM-nin 346.2-ci maddəsində qeyd olunan qayda pozuntusuna yol vermişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şamaxı Rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul olunmuş 21 may 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Buna görə də X3 şikayəti təmin olunmamalıdır. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şamaxı Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul olunmuş 21 may 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar