Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1435/2024 09.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 20 iyun 2024-cü il tarixli, EP seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən tərtib edilmiş 20 iyun 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Protokoldan görünür ki, Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursunun banklarla Dövlət Gömrük Komitəsi arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixdə alınmış məlumata əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə rəsmiİəsdirilən 2 (iki) gömrük bəyannaməsi üzrə ümumilikdə 5600.00 ABŞ dolları məbləğində vəsait müvəkkil bankda olan hesaba köçürülməmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından Gürcüstanda fəal yyət göstərən şirkətlə arasında bağlanılmış müqaviİə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş az miqdarda, yəni ümumilikdə 5600.00 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Aparılmış araşdırma zamanı yenidən zərurət yarandığından Şəxs ASC tərəfindən sözügedən dövr üzrə rəsmiləşdirilən 2 (ik) gömrük bəyannaməsi üzrə ixrac etdikləri mallar müqabilində ölkə ərazisinə qaytarılmamış vəsaitin məoləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə 3-33-1100/013/005829 saylı xx.xx.2024-cü il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/006425 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən “Vahid Avtoıtıatlaşdırılmış idarəetmə Sistemində”, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1 elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixinə alınmış məlumata əsasən “DİADEM’1 ASC (VÖEN: **********) tərəfindən sözügedən dövr üzrə rəsmiləşdirilən gömrük bəyannamələrində konsiqnasiya əməliyyatları üzrə qalıq məbləği müəyyən olunmamışdır. Həmçinin, aparılmış araşdırma zamanı Şəxs ASC tərəfindən **********7964 sorğu nömrəli xx.xx.2023-cü il tarixli və **********0045 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri üzrə ixrac edilmiş malların müqabilində valyuta vəsaitlərinin ASC-nin müvəkkil bankda olan hesablarına köçürülüb-köçürülməməsi, müsbət halda valyuta vəsaitlərinin köçürüldüyü tarix və məbləği barədə Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsi üçün “Azərbaycan Beynəlxalq Bankı' Açıq Səhmdar Cəmiyyətinin Səbail Filialına 3-33-1100/2-002998/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, həmin məktuba cavab olaraq sözügedən bankdan daxil olmuş 1360 nömrəli xx.xx.2024-cü i İ tarixli саvab məktubuna əsasərı **********7964 sorğu nömrəli xx.xx.2023-cü il tarixli və **********0045 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri üzrə xx.xx.2024-cü il tarixdə şirkətin hesabına 5600.00 ABŞ dolları məbləğində vəsait daxil olmuşdur. iş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük idarəsindən hüquqi şəxs “DİADEM" ASC-yə ünvanlanmış "konsiqnasiya yolu ilə ixrac olunmuş malİarın müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair" 3-33-1100/2-011253/2023 nömrəli 18 12.2023-cü il tarixli xəbərdarlıq və 3-33-1100/2-011568/2023 nömrəli xx.xx.2023-cü il tarixli bildiriş sənədlərinə əsasən həmin hüquqi şəxs xarici iqtisadi fəaliyyət nəticəsində əıdə etdiyi pul vəsaitini 180 gün ərzində Azərbaycan Respublikasında olan müvəkkil bank hesabına köçürməli olduğuna dair lazımi qaydada xəbərdar edilmiş və ona hüquqi məsuliyyəti barədə qabaqcadan izah verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X1 izahatında bildirdi ki, Şəxs ASC və Gürcüstanda fəaliyyət göstərən “Cristal Bilding” şirkəti arasında bağlanmış müqavilə üzrə sözügedən şirkətə lranın hissələri yükü ixrac edilmiş, həmin mallar **********7964 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli və **********0045 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri üzrə ixrac edilmiş, həmin ixrac əməliyyatları üzrə hər iki bəyannamə üzrə əldə edilmiş 5600.00 ABŞ dolları məbləğində valyuta vəsaiti tam şəkildə xx.xx.2024-cü il tarixdə Şəxs ASC-nin müvəkkil bankda olan hesabına köçürülmüş, ixrac edilmiş mallar müqabilində valyuta vəsaitinin hansı səbəbdən konsiqsaniya əməliyyatları üzrə hesabatda öz əksini tapmaması barədə heç bir məlumatı yoxdur, bununla bağlı tərəflərindən yenidən banka müraciət ediləcək, həmin mələğin hesabatda öz əksini tapması üçün tədbirlər görüləcəkdir. Nəticədə Şəxs ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin və protokol tərtib etmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 15.1-ci maddəsinə əsasən şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs ASC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 5600.00 (beş min altı yüz) ABŞ dolları pul vəsaitinin otuz faizi məbləğində, yəni 1680.00 (bir min altı yüz səksən) ABŞ dolları məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1435/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1435/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver