Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1436/2025 19.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əliyeva Pərvanə Kazım qızının katibliyi, Şikayət verən şəxs X4, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarına əsasən AR İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 2500 (iki min beş yüz) inzibati cərimə olunmuşdur. Onun ümumiyyətlə həmin obyektlə əlaqəsi yoxdur. Orda heç bir vəzifə tutmamış və işləməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən cərimən aidiyyatı olmayan şəxsə təyin edilmişdir. O, özünü həmin xətanın törədilməsində təqsirli bilmir. Məhkəmə iclasında iştirak edən X7 şikayətini müdafiə edərək eyni məzmunlu çıxış etmiş, həmçinin bildirmişdir ki, o, əvvəllər özü müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün adına VÖEN rəsmiləşdirilmiş, lakin hal-hazırda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı üçün VÖEN-in fəaliyyətini dayandırmışdır. O, hal-hazırda Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “Ərkivan” restoranında əmək müqaviləsi əsasında ofisiant vəzifəsində işləyir. Həmin restoranı İsgəndər Abdullayev icarə əsasında işlədir. İsgəndər Abdullayev onu işə götürən şəxsdir, o da İsgəndər Abdullayevin işçisidir. Bütün vergi ödənişlər və əməliyyatlar İsgəndər Abdullayevin adından həyata keçirilir. Ərkivan restoranının ona heç bir aidiyyəti olmadığı və orada sadəcə işçi olduğu halda 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində qanunsuz olaraq inzibati tənbeh vermə haqında qərar qəbul edilmişdir. Qeyd edilən halları həmin idarənin əməkdaşlarının diqqətinə çatdıraraq müvafiq sənədlər də təqdim etsə də, təəssüf ki, bu hala əhəmiyyət verməmişlər. Göstərilən halları nəzərə alaraq şikayətinin təmin edilməsini, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 şikayətlə razılaşmayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “Xəzər” kompleks Ekkoloji monitorinq idarəsi tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon, Niyazi küçəsində yerləşən “Ərkivan” restoranından atmosferə zərərli maddələrin miqdarının norma həddi daxilində olub-olmamasının müəyyənləşdiirlməsi üçün aparılan analiz-ölçmə işləri aparılmış, nəticədə restoran tərəfindən atmosferə buraxılmış zərərli maddələrin miqdarı normadan artıq olmuşdur. Ona görə də həmin restoranı işlədən X7 barəsində müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bundan əlavə qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, monitorinq zamanı restoran ərazisində X7 da olmuşdur. Araşdırma zamanı X4 adına VÖEN olması müəyyən edilmişdir. Lakin, həmin VÖEN üzrə fəaliyyətin dayandırılıb-dayandırılmaması, həmin VÖEN üzrə sahibkarın harada və hansı fəaliyyətlə məşğul olması barədə hər hansı araşdırma aparmamışlar. Bundan əlavə X7 həqiqətən də bildirmişdir ki, həmin restoranı icarə əsasında X5 işlədir, bununla bağlı onlara sənəd də təqdim etmişdir. Lakin, həmin sənədlər imzasız olduğu üçün onu qəbul etməmişlər. X1 adına hər hansı VÖEN olubolmamasını da müəyyən edə bilməmişlər. İşin bu hallarını dəqiq müəyyən edə bilmədikləri üçün X7 barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Araşdırma zamanı tərəflərindən X4 izahatı da alınmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Sumqayıt şəhərində fəaliyyət göstərən Sumqayıt şəhəri, 17-ci mikrorayon, Niyazi küçəsində yerləşən “Ərkivan” restoranın ətraf ərazisində aparılan analiz-ölçmə işləri zamanı restorandan atmosfer havasına atılan zərərli maddələrin normadan artıq olması müəyyən edilmiş, bu səbəbdən də restoranın icarəçisi X7 fiziki şəxs kimi Azərbaycan Respublikası İXM-in 233.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edirlmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, Niyazi küçəsində yerləşən “Ərkivan” restoranında atmosfer havasına atılan zərərli maddələrin normadan artıq olması müəyyən edilmişdir. zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən hədd daxilində saxlanılması məqsədilə qaz-toz tutucu qurğunun quraşdırılmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X7 əmək müqaviləsi əsasında sistem administratoru işləyir. İşə götürən X5 və sonuncunun adına olan VÖEN: **********. İş materiallarına əlavə olunmuş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X4 adına VÖEN olmuş (**********), lakin onun fəaliyyəti dayandırılmışdır. VÖEN aktiv olan zaman fəaliyyət obyektləri kimi “X12” və “Taksi obyekti” göstərilmişdir. İş materiallarına əlavə olunmuş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X2 adına aktiv VÖEN var (**********). Onun fəaliyyət obyektləri kimi “Nur şadlıq evi” və “Erkivan restoranı” göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparılan araşdırma zamanı Sumqayıt şəhəri, 17-ci mikrorayon, Niyazi küçəsində yerləşən “Ərkivan” restoranını işlədən və orada sahibarlıq fəaliyyəti ilə məşğul olan şəxs dəqiqləşdiriləmədən əsassız olaraq X4 barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Ərkivan” restoranını işlədən və orada sahibarlıq fəaliyyəti ilə məşğul olan şəxs X5 (VÖEN: **********) olmuş, X7 isə onun işçisi olmuşdur. Göründüyü kimi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində araşdırma aparılarkən iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1436/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1436/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver