Məhkəmə qərarları › İş №3(060)-1439/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1439/2022

14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1439/2022 14.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Zəngilan rayonu, Məmmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zəngilan rayonu, Məmmədbəyli kəndində ünvanda qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 10:10 radələrində idarə etdiyi “MERCEDES” minik markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Sülh küçəsi ərazisində manevr etdiyi üçün saxlanılmış, həkim müayinəsi zamanı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi məlum olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X3 tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 10:10 radələrində “MERCEDES BENZ 220” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Sahil küçəsi ərazisində hərəkətdə olan manevr qaydasını pozmuş, ondan şübhələndikləri üçün polis əməkdaşları tərəfindən saxlanılmış, yoxlama sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir. Müalicə məqsədi ilə az miqdarda spirtli içki qəbul qəbul etdiyinə görə öz təşəbbüsü ilə yenidən sərxoşluq müayinəsində keçmiş və məlum olumuşdur ki, o, şərxoş deyil. Odur ki, barəsində aparılan inzibati icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokollaşdırmadan görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti vardır. (alkometr – 4,177 promil) İş materiallarına əlavə edilmiş Şəxs 09 fevral 2022-ci il tarixli izahatından görünür ki, o, spirtli içki qəbul etdiyini etraf etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 509 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, Şəxs 09 fevral 2022-ci il tarixdə saat 12:05-də etdiyi müraciət əsasında sərxoşluq vəziyyəti yoxlanılmış və sərxoş olmadığı müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Şəxs YPX-nın əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 10:00 saxlanılmış və həmin vaxt onun sərxoşluq vəziyyəti yoxlanılarkən spirtli içki qəbul etdiyi təsdiq edilmişdir. Bundan başqa vətəndaş aşkar edilmiş inzibati xəta ilə razılaşaraq öz izahatında həmin halı təsdiq etmişdir və üç saat sonra öz təşəbbüsü ilə həkim müayinəsində keçərkən onun sərxoşluğunun olmadığına dair göstəriş məhkəmə üçün tutarlı dəlil hesab edilə bilməz. Belə ki, xətanın aşkara çıxarıldığı vaxtdan artıq uzun zaman ötmüşdür. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Bakı şəhəri Binqədi rayonu üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar