Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1440/2025 01.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X3 iştirakı ilə , Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası DİN Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş TP7280242 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Nasır Gurbanov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 342.5 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Nasır Gurbanov şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Nasır Gurbanov şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər DYPŞ-nin YPX-nin ispektoru, polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar əsasında İXM-nin 342.5-ci, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi istinad edilərək barəsində 50 manat cərimə növündə tənbeh tətbiq edilmişdir. O, xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ilə razı deyildir. Belə ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Sülh küçəsinin kəsişməsində sola dönərək Bakı şəhəri istiqamətində hərəkət etmək istəkən, işıqforda Sumqayıt şəhər DYPİ-nin əməkdaşı tərəfindən saxlanılaraq, sola dönmə hərəkəti edən zaman “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozduğu bildirələrək, qərar qəbul olunacağı bildirilmişdir. O, əməkdaşın bu iradı ilə razılaşmamış, lakin barəsində qərar qəbul edilərək, 100 manat cərimə və 3 bal ilə cəzalandırıldığını bildirilmişdir. Bundan sonra elektron informasiya sisteminə yerləşdirilən qərardan görmüşdür ki, barəsində tam fərqli bir maddə tətbiq edilərək, İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətasını-mühərriki nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı əsası ilə 50 manat cərimə tənbeh tətbiq edilmişdir. Lakin həmin vaxt avtomobilə heç bir texniki baxış keçirilməmiş, texniki vəziyyətinin nasaz olduğu müəyyən edilməmişdir. Qəbul edilmiş qərar qanunvericiliyin tələblərinə cavab vermir və ləğv edilməlidir. Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli və TP ******* saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Nasır Gurbanov şikayəti müdafiə edərək bildirdi ki, 30 may 2025-ci il tarixində idarə etdiyi “VAZ 21074” markalı, P942MM142 qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Sülh küçəsi ilə Koroğlu küçələrinin kəsişməsində olarkən Yol Polis əməkdaşları tərəfindən saxlanılmışdır. İdarə etdiyi avtomobildə heç bir nasazlığın olmadığını, mühərrikinin saz vəziyyətdə olduğunu qeyd edir. Baş vermiş hadisə ilə bağlı videogörüntü əldə edə bilməmişdir. Qayda pozuntusuna yol vermədiyini bildirir. Qeyd olunanların nəzərə alınmasını və barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Sumqayıt ŞPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhər DYPŞ-nin YPX-nin ispektoru, polis baş serjantı X2 tərəfindən tərtib edilmiş “İnzibati tənbeh vermə haqqında” TP7280242 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Sülh Koroğlu küçəsi ərazidə “VAZ 21074” minik markalı, P942MM142 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən mühərriki nasaz olan və belə nasazlığı aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində İXM-nin 327.1 və 342.5-ci maddələrində təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə qırx manat məbləğində cərimə edilir. İXM-nin 342.5-ci maddəsinə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 8.1-ci maddəsinə bəsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qanunun göstərilən normalarına istinad edərək məhkəmə hesab edir ki, barəsində qərar qəbul edilmiş şəxsin təqsirini sübuta yetirmək protokolu tərtib etmiş orqanın vəzifəsidir. Yəni iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Sumqayıt ŞPİnin DYPŞ-i iclasın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gələn olmamış, nə rəsmi, nə də işçi qaydasında Nasir Gurbanov tərəfindən yuxarıda qeyd edilən tarixdə inzibati xəta törətməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Nasır Qurbanovun inzibati xətanın törədilməsində təqsirli olması ilə bağlı bütün şübhələr onun xeyrinə həll edilməlidir. Yuxarıda sadalanan bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə o qənaətə gəlir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, Nasır Gurbanov barəsində Sumqayıt ŞPİ-nin DYPŞ-nin TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 AZərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə cərimə edilməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1440/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1440/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver