Məhkəmə qərarları › İş №3(060)-1441/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1441/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1441/2025 22.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X7 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından X7 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 xx.xx.2025-ci il tarixli, MN1870888 nömrəli inzibati inzibati tənbeh vermə haqqında qərarı ilə X13 vəzifəli şəxs kimi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3.000 (üç min) məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X7 vəkili və nümayəndəsi Vəkil şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 vəkili və nümayəndəsi Vəkil şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 (bundan sonra - Xidmət) xx.xx.2025-ci il tarixli, MN1870888 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə (bundan sonra - Qərar) X13 vəzifəli şəxs kimi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3.000 (üç min) məbləğində cərimə edilmişdir. Qərarda qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məsəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxs X12 xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-də hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Nəticədə "xxxx" MMC-nin direktoru X13 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 192.1-ci maddənin mətnindən, həm də prokotoldan görünür ki, inzibati xətanın baş verməsi üçün əsas şərt, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin (şəxsin) hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmasıdır. 192.1-ci maddənin mətnindən, həm də prokotoldan görünür ki, inzibati xətanın baş verməsi üçün əsas şərt, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin (şəxsin) hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmasıdır. Bu qeyd olunanlara əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qanunsuz və əsassız hesab edirlər. Lakin, hazırki iş üzrə "xxxx" MMC-də belə hal baş verməmişdir. Yəni, X12 işə və ya hər hansı xidmətin yerinə yetirilməsinə cəlb olunmadığını bildirmişdir. X12 xx.xx.2025-ci il tarixində işə qəbul olmaq üçün şifahi olaraq "xxxx" MMCyə müraciət etmiş, onun müraciəti dəyərləndirilərək xx.xx.2025-ci il tarixində əmək müqaviləsinin bağlanması üçün "xxxx" MMC-yə dəvət olunmuşdur. X12 xx.xx.2025-ci il tarixində "xxxx" MMC-yə gəlmiş və saat 12:00 da onunla əmək müqaviləsinin rəsmiləşdirilməsi elektron qaydada yaradılan “Əmək və məşğulluq” altsistemi (ƏMAS) platforması vasitəsi ilə tərəflərin imzalaması üçün göndərilmişdir. Həmin gün təxminən saat 13:00-da əmək müqaviləsi X12 tərəfindən imzalanmışdır. Əmək müqaviləsinin işəgötürən tərəfindən imzalanması müddətində isə X8 gözləməsi bildirilmişdir. X6 əmək müqaviləsinin imzalanmasını gözlədiyi müddət nahar fasiləsinə təsadüf etdiyindən, o "xxxx" MMC-nin insan resursları tərəfindən nahara dəvət edilmişdir. X12 da öz növbəsində "xxxx" MMC-nin bu humanist davranışını (işçi namizədinə göstərilən diqqət, qayğı və dəyəri) müsbət qarşılayaraq nahar dəvətini qəbul etmişdir. O, da cəmiyyətdə olan hər kəs kimi yeməkxanada nahar etmiş və nahardan sonra gözləməyə davam etmişdir. Nahardan sonra X12 "xxxx" MMC-nin bölmələri, faəliyyəti və görülən işlər barədə ona ətraflı izah olunmuş, müvafiq təlimatlandırmalar edilmiş və cəmiyyətin binası ilə tanış edilmişdir. Nahardan bir müddət sonra təxminən 15:00-da X6 (eyni zamanda cəmiyyətin 20 nəfər işçisinin) səhhətində narahatlıq baş vermişdir. X1 baş vermiş narahatçılıqla bağlı dərhal insan resurslarının əməkdaşı Vüsalə və o da öz növbəsində baş vermiş hadisə ilə bağlı "xxxx" MMC-nin rəhbərliyinə məlumat verilmişdir. Daha sonra SƏTƏM bölməsi tərəfindən X6 və işçilərin səhhətində baş vermiş narahatlıqla bağlı həm Sumqayıt Təcili Tibbi Yardım Stansiyasına, həm də Xidmətə məlumat verilmişdir. İş materiallarında olan baş vermiş hadisə ilə bağlı X6 və işçilərin izahatlarından görünür ki, onlar həkim tərəfindən evə buraxılmışdır. İş yükünün çox olması və işçilərin səhhətində baş vermiş narahatlıq səbəbindən X6 əmək müqaviləsi həmin gün təxminən saat 17:00-da işəgötürən tərəfindən imzalanmışdır. Hadisələrin xronoloji ardıcıllığından görünür ki, X12 xx.xx.2025-ci il tarixində "xxxx" MMC-də olsa da mövcud vəziyyətdə onun əməyindən istifadə edilməsi qeyri-mümkün olduğu üçün o, heç bir iş və xidmətin yerinə yetirilməsinə cəlb olunmamışdır. X2 xx.xx.2025-ci il tarixində işə cəlb olunmadığını həm özü, həm də "xxxx" MMC-nin işçiləri təsdiq edə bilər. Əgər Xidmət bu Qərar üzrə araşdırma apararkən X9 cəlb edərək onun izahatını almış olsaydı, o, da xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-də hər hansı iş və xidmətin yerinə yetirilmədiyini təsdiq edə bilərdi. İndiki halda Xidmət yalnız X6 xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-də nahar etməsini əsas gətirərək qərar qəbul etmişdir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibinin yaranmasının yeganə şərti, əmək müqaviləsi qüvvəyə minmədən şəxsin işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsidir. Lakin, "xxxx" MMC tərəfindən X6 xx.xx.2025-ci il tarixdə iş əmək müqaviləsi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunması sübuta yetirilmir. Həmçinin, məlumat üçün onu da qeyd edək ki, Xidmət tərəfindən eyni hadisə üzrə "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Həmin protokola Sumqayıt şəhər Məhkəməsində baxılmış və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir (İş № 3(060)-1293/2025). Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 vəkili və nümayəndəsi Vəkil şikayətin məzmununa uyğun izahat vermiş və eyni zamanda bildirmişdir ki, "xxxx" MMC-də əmək haqqının ödənilməsi saat hesabı ilə deyil, günlük olaraq hesablanır. Bu səbəbdən də MMC-də işə götürülən X8 xx.xx.2025-ci il tarixinə bütün gün üçün əmək haqqı hesablanaraq, tabeldə 8 saat qeyd edilmişdir. xx.xx.2025-ci il tarixinə səhhəti ilə bağlı xəstaxanaya aparılan bütün işçilərə də eynilə əmək haqqı 8 saat, yəni günlük hesablanaraq yazılmışdır. Həmin gün zəhərlənən şəxslərin içində müxtəlif sahədə işləyən əməkdaşlar olmuşdur. Sərdarova Nuranə xx.xx.2024-cü il tarixdə işə çıxmasına baxmayaraq ona xx.xx.2025-ci il tarixinə də əmək haqqı hesablanmışdır. Bundan başqa, işçilərin xx.xx.2025-ci il tarixdə zəhərlənmənin səbəbinin araşdırılmasında Əmək Müfəttişliyi Xidməti iştirak etmiş, lakin, zəhərlənmənin səbəbi müəyyən edilməmişdir. "xxxx" MMC-nin rəhbərliyi hadisənin nahardan sonra baş verməsinə əsasən zəhərlənmə faktının qidadan ola biləcəyi ehtimalını düşünüb işlədikləri yemək firmasını dəyişmişdir. Həmçinin, qeyd etmişdir ki, əmək müqaviləsini ilkin olaraq işəgötürən hazırlayıb ƏMAS sisteminə yükləyir, daha sonra müqavilə işçi tərəfindən imzalanır, ən sonda isə müqaviləni işəgötürən imzalayır. N.Sərdarova ilə də əmək müqaviləsi hazırlanıb sistemə günün birinci yarısı yerləşdirilmiş, lakin, sonradan işçilərin təxliyəsi ilə əlaqədar baş qarışıqlığı olmuş və müqavilə işəgötürən tərəfindən həmin tarixdə saat 17:02-də imzalanmışdır. Bundan başqa, bildirmişdir ki, eyni hadisə ilə əlaqədar "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməsi barədə qərar xx.xx.2025-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənləri nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X10 tərəfindən X7 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN1870888 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş "xxxx" MMC-nin direktoru X13 izahatında bildirmişdir ki, X12 xx.xx.2025-ci il tarixində sənədlərini MMC-yə təqdim etmiş və MMC tərəfindən işə qəbul edilmişdir. Belə ki, N.Sərdarova ilə həmin günün birinci yarısında əmək müqaviləsi hazırlanmış və sistemə yerləşdirilmiş və ona MMC-də müəyyən edilmiş qaydalar izah edilmiş, hansı işlə məşğul olacağı bildirilmiş, daha sonra isə nahar fasiləsində insan resurslarının əməkdaşı tərəfindən nahara dəvət edilmişdir. Nahar bitdikdən sonra o, sənədləşmə işlərinin həll edilməsi üçün gözləmiş və həmin vaxt da işçilərin səhhətində yaranmış zəhərlənmə ilə əlaqədar işçilər və həmçinin N.Sərdarova da təxliyə edilmişdir. "xxxx" MMC-də xx.xx.2025-ci il tarixinə bütün işçilərə 8 saat əmək haqqı yazılmışdır. N.Sərdarova ilə bağlanması üçün əmək müqaviləsi onun tərəfindən xx.xx.2025-ci il tarixdə saat 17:02-də imzalanmışdır. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X10 tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN1870888 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X4 inzibati tənteh vermə barədə qərarı müdafiə edərək izahatında göstərmişdir ki, şikayəti qəbul etmirlər. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinə əsasən işçi ilə əmək müqaviləsi bağlandıqdan sonra işçi işlədilə bilər. Nuranə Sərdarova qeyri-rəsmi olaraq həmin MMC-də nahar fasiləsində olmuşdur. Bundan başqa, ƏMAS sistemindən də görünür ki, N.Sərdarovanın əmək müqaviləsi xx.xx.2025-ci il tarixdə saat 17:01-də imzalanmış və həmin vaxtdan qüvvəyə minmişdir. N.Sərdarova MMC-də işləməsə idi ona 8 saat əmək haqqı hesablanmazdı. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X14 inzibati tənteh vermə barədə qərarı müdafiə edərək izahatında göstərmişdir ki, Nuranə Sərdarovanın adı təxliyə edilən işçilərin siyahısında işçi kimi qeyd edilmişdir. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə baxış keçirilən zaman müəyyən edilmişdir ki, N.Sərdarova müqaviləni saat 13:00-da, işəgötürən isə 17:00-da imzalamışdır. Lakin, əmək haqqı ödənilməsi barədə təqdim edilmiş cədvəldə isə xx.xx.2025-ci il tarixinə 8 saat hesablanmışdır. Qanunvericiliyə əsasən işəgötürən işçilərin iş vaxtının uçotunu dəqiq aparmalıdır. Bundan başqa, N.Sərdarovanın nahar fasiləsində "xxxx" MMC-də olması və zəhərlənməsi onun MMC-də işlədiyini göstərir. Əgər əmək haqqı xx.xx.2025-ci il tarixə bir saat üçün hesablansa idi, pozuntu yaranmazdı. "xxxx" MMC-də xx.xx.2025-ci il tarixdə işçilərin zəhərlənməsinin səbəbi ilə bağlı araşdırma aparılmış, lakin, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X12 izahatında bildirmişdir ki, o, tikiş fabrikinə müraciət etmiş və aprelin 21-də onu müəssisəyə çağırmışlar. Müəssisənin əməkdaşları onun telefonuna SİMA proqramı yüklənməsinə ehtiyac olduğunu söyləyib, həmin proqramı telefona yükləmişlər. Sadəcə həmin vaxt proqram aktiv olmamış və ona boş otaqda oturub gözləməsini bildirmişlər. Daha sonra nahar fasiləsində yeməkxanada yemək yemiş və mühafizəçilər oturan otaqda gözləmişdir. O, özünü pis hiss etdiyini söyləmiş və əməkdaşlar tərəfindən təcili yardım çağırılaraq xəstəxanaya aparılmış və orada ona sistem edilmişdir. O, xx.xx.2025-ci il tarixdə müəssisədə heç bir iş görmədiyini, sadəcə boş otaqda oturub gözlədiyini, daha sonra isə xəstəxanaya aparıldığını və xx.xx.2025-ci il tarixində MMC-də işə başladığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X5 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X13 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X5 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxs X12 xx.xx.2025-ci il tarixində hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X3 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. "xxxx" MMC-nin işçilərinin 01-30 aprel 2025-ci il üzrə davamiyyət cədvəlindən görünür ki, X8 21 aprel tarixində 8 saatlıq iş yazılmış və həmin saata görə əmək haqqı hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışdan görünür ki, Sumqayıt Tekstil MMC-də əmək müqaviləsi xx.xx.2025-ci il tarixdə saat 12:04:38 dəqiqədə hazırlanmış, həmin tarixdə 17:01:56 dəqiqədə isə imzalanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-1293/2025 nömrəli qərarı ilə "xxxx" MMC (VÖEN **********) barəsisndə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1293/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə 3(105)-422/2025 nömrəli qərarla təmin edilməyərək, qeyd edilən qərar dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X12 işə qəbul edilmək üçün Sumqayıt Tekstil MMC-yə müraciət etmiş, onun müraciəti əsasında işə qəbul edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində xx.xx.2025-ci il tarixdə saat 12:04:38 dəqiqədə MMC-nin əməkdaşı R.Hacıyev tərəfindən əsas sənəd yaradılmış və işəgötürən tərəfindən həmin tarixdə saat 17:01:56 dəqiqədə imzalanmışdır. Həmçinin, məhkəmə iclasında iştirak edən N.Sərdarova xx.xx.2025-ci il tarixdə MMC-də işləmədiyini, sadəcə onun telefonuna SİMA proqramının yükləndiyini, sənədləşmə işlərinin aparılması üçün gözlədiyini və daha sonra isə səhhəti ilə əlaqədar xəstəxanaya aparıldığını bildirmişdir. Məhkəmə hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X10 tərəfindən inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun aparılmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi tədbirlər görülməmiş, yalnız "xxxx" MMC-nin işçilərinin 01-30 aprel 2025-ci il tarixli davamiyyət cədvəlində N.Sərdarovaya 8 saatlıq iş normasına görə əmək haqqı ödənilməsi barədə qeyd aparılması əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə bununla əlaqədar qeyd edir ki, "xxxx" MMC-nin N.Sərdarova ilə əmək müqaviləsinin xx.xx.2025-ci il tarixində saat 17:01-də imzalanaraq qüvvəyə minməsi və ona həmin günə 8 saatlıq iş saatı hesablanmaqla əmək haqqı verilməsi onun MMC-də işə cəlb edilməsini təsdiq edən hal olmamaqla yanaşı, qeyd edilən hal üzrə N.Sərdarovanın əmək hüquqlarının pozulması faktı müəyyən edilmir. Belə ki, MMC tərəfindən N.Sərdarova ilə əmək müqaviləsi iş gününün qurtarmasına bir saat qalmış bağlansa da, ona 8 saatlıq iş norması hesablanaraq əmək haqqının verilməsi İXM-nin 192.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hər hansı inzibati xətanın olmasına dəlalət etmir. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin direktoru X13 tərəfindən əmək müqaviləsi bağlanmadan N.Sərdarovanın xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı qaydaların pozulmasına səbəb ola biləcək heç bir hal aşkarlanmamış, o cümlədən sübuta yetirilməmiş, N.Sərdarovanın əmək müqaviləsi olmadan əməyə cəlb olunub-olunmaması araşdırılmamışdır. Beləliklə, müəyyən edilir ki, inzibati xəta haqqında qərar qanunvericiliklə müəyyən edilmiş qaydada tam, hərtərəfli araşdırma aparılmadan tərtib edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, eyni hadisə ilə əlaqədar "xxxx" MMC-nin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilməsi barədə protokol üzrə icraata xitam verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-1293/2025 nömrəli qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(105)-422/2025 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə və işin bütün hallarının hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanıb, öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X5 xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X7 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 vəkili və nümayəndəsi Vəkil şikayəti təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X5 xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X7 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar