Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1442/2021 23.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt Şəhər Polis İdarəsinin 14.04.2021-ci il tarixli inzibati xəta haqqında protokolundan X4 tərəfindən verilmiş şikayətə hazırlıq iclasında baxaraq müəyyən etdi: X4 şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, barəsində Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 14.04.2021-ci il tarixli inzibati xəta haqqında protokolun və tətbiq edilmiş 80 manat cərimənin ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər 23 aprel 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə şikayət ərizəsni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, X4 tərəfindən verilmiş şikayətə inzibati xəta haqqında qərar əlavə edilməmiş, inzibati xəta haqqında protokolun mübahisələndirilməsi isə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokolun deyil, yalnız inzibati xəta haqqında qərarın mübahisələndirilməsinin nəzərdə tutulması, inzibati xəta haqqında qərarın isə şikayətə əlavə olunmaması hazırkı şikayətin baxılmasını mümkünsüz edən hallar olduğundan məhkəməyə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması nəticəsinə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 103, 128 və 129-cu maddəsinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt Şəhər Polis İdarəsinin 14.04.2021-ci il tarixli inzibati xəta haqqında protokolundan X4 tərəfindən verilmiş şikayət, ona əlavə olunmuş sənədlərlə birlikdə X2 geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1442/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1442/2021
23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver