Məhkəmə qərarları › İş №3(060)-1442/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1442/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1442/2025 20.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, X1 iştirakı ilə, Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Yol hərəkət qaydaları, yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2025-ci il tarixli EQ 28144957 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Yol hərəkət qaydaları, yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2025-ci il tarixli EQ 28144957 saylı inzibati qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin EQ 28144957 saylı elektron qərarına əsasən hərəkət halında çəki ölçmə nəzarət sistemi Kistler 9835A M-l 44.6 km, Sumqayıt şəhəri, H.Z.Tağıyev, Quba istiqaməti inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatına əsasən müəyyən edilmişdir ki, M-l 44.6 km, Sumqayıt şəhəri, H.Z.Tağıyev, Quba istiqaməti xx.xx.2025-ci il tarixində, saat 20:41:48-da X7 1840 LS Yük markalı 99FB963 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi xx.xx.1973-cü il təvəllüdlü, Qazax rayonu Xeyrımlı kəndində qeydiyyatda olan X4 tərəfindən Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə ilə iştirakı ilə aşkar olunmuş və o, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Şikayətə əlavə olumuş ARKOZ X5 nəzarət bölməsinin xx.xx.2025-ci il tarixli ƏMTƏƏ Nəqliyyat qaiməsindən göründüyü kimi yükün çəkisi 25030 kq nəqliyyatın boş çəkisi 14660 kq, nəqliyyatın dolu çəkisi isə 39960 olduğu halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindəki elektron tərəzisi maşının yüklə birgə ümumi kütləsinin 42960 kq müəyyən etmişdir. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindəki elektron tərəzisinin maşının ümumi kütləsinin ümumi kütləsinin düzgün müəyyənləşdirilmədiyi qənaətindədir. Məhkəmə iclasında iştirak edən X4 şikayətinin mahiyyətinə uyğun çıxış edərək Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Yol hərəkət qaydaları, yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2025-ci il tarixli EQ 28144957 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X8i İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Azərbaycan Respublikası DİN Baş X8i İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materillarına əlavə edilmiş 24 may 2025-ci il tarixli, EQ 28144957 nömrəli qərardan aydın olur ki, X4 24 mart 2025-ci il tarixdə saat 20:41-də idarə etdiyi «X7 1840 LS» yük markalı, ** FB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən M-1, 44.6 km, Sumqayıt şəhəri, H.Z.tağıyev, Quba istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrar idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 1200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş kamera görüntülərindən görsənir ki, 24 may 2025-ci il tarixdə, saat 20:41-də «X7 1840 LS» yük markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomaşın Sumqayıt şəhəri, H.Z.tağıyev, Quba istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 42960 kq olmuşdur. X2 şikayətə əlavə etdiyi ARKOZ X5 nəzarət bölməsinin xx.xx.2025-ci il tarixli ƏMTƏƏ Nəqliyyat qaiməsindən görünür ki, «X7 1840 LS» yük markalı, ** FB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 24 may 2025-ci il tarixdə, saat 11:08-də Qazax sement zavodunda yerləşən tərəzidən keçərkən ümumi çəkisi 39960 kiloqram olmuşdur. Məhkəmə həmin qaiməyə münasibətdə hesab edir ki, həmin sənəd sübut növü kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə baxışı zamanı qeyd olunan yükün çəkilməsini həyata keçirmiş tərəzinin müvafiq sertifikata malik olmaqla qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa həmin tərəzilərin qanunauyğun fəaliyyət göstərməsi sübuta yetirilsə belə yenə də bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki inzibati xəta hadisəsi baş verdikdən sonra avtomobildə olan yükün miqdarının dəyişdirilməsi halı istisna olunmur. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 24 may 2025-ci il tarixdə saat 20:41-də idarə etdiyi «X7 1840 LS» yük markalı, ** FB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrar idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 24 may 2025-ci il tarixli, EQ 28144957 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Yol hərəkət qaydaları, yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2025-ci il tarixli EQ 28144957 saylı inzibati qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar